Mühazirələr toplusu Giriş


III FƏSİL. DECT Avropa mobil rabitə standartı



Yüklə 1,13 Mb.
səhifə5/19
tarix01.01.2022
ölçüsü1,13 Mb.
#103128
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   19
III FƏSİL. DECT Avropa mobil rabitə standartı

3.1 DECT mobil rabitə standartının xarakteristikası

DECT mobil rabitə standartı (Diqital Enhanced Cordless Telecommunications) ümumi Avropa mobil telefon rabitəsi standartı olub, ETSI tərəfindən materialları 1992-ci ildə nəşr edilmişdir. DECT standartı təkcə Avropa ölkələri ərazisində deyil, dünyanın bir çox ölkələrində ən tanınmış naqilsiz telefon sistemi kimi yayılmışdır. Bunun səbəbi isə DECT mobil rabitə standartı əsasında telefon şəbəkələrinin qurulmasıdır. DECT standartında geniş spektrli xidmətlər yüksək xidmət keyfiyyəti olur. DECT standartını ETSI 1992-ci ildə qəbul etmişdir.Bu standart əslində ETS-300175 tövsiyyəli standartıdır.1999-cu ilin məlumatlarına görə, DECT standartı əsasında dünyanın 100-dən çox ölkəsində tətbiqi qəbul edilmişdir. Həmin ölkələrdə üst-üstə 50 milyon DECT abunəçisi olmuşdur. DECT standartının tədbiqi ilə Avropada, CT3 standartı tam sıradan çıxarılmışdır. Digər qitələrdə DECT standartı sistemlər dıgər standartlarla müqayisadə uğurla rəqabət aparır. Məsələn, ABŞ-da istifadə edilən PACS və Yaponiyanın PHS standartını göstərmək olar. Avropa dövlətlərində DECT standartlı rabitə sistemləri mənzil və idarə-müəssisə abunəçiləri arasında geniş sürətdə istifadə edilir., DECT standartında mobil istifadəçilərin imkanları və çeviklliyi xeyli məhdudlanır. Naqilsiz qoşulma standartları içərisində məhz BTİ tərəfindən DECT baza standartı kimi qəbul edilmiş və 3-cü nəsil qlobal rabitə interfeys sistemləri işlənilmuişdir. DECT standartının ilk kommersiya avadanlığı 1993-cü ildə yaranmışdır. İlk dəfə onlardan naqilsiz idarə-müəssisə şəbəkələrinin və mənzil abunəçilərinin rabitəyə olan ehtiyacını təmin etmək üçün bir vasitə kimi istifadə edilmişdir. Sonralar DECT-in digər tətbiq sahəsi yaranmış, bunların içərisində yerli rabitə sistemi olan RLL (Radio in the lokal Loop), məhdud çevikliyə malik CTM sistemini (Cordless Terminal Mobilyu) və GSM sistemini göstərmək olar. DECT standartının ilk kommersiya avadanlığı 1993-cü ildə yaranmışdır. DECT standartlı şəbəkələrdə tezlikləri də planlaşdırmaq olmur, halbuki adi şanvari modelli şəbəkələrdə bu iş olduqca vacib sayılır. DECT standartında danışıq selinin çevrilməsi alqoritmi kimi veriliş sürəti 32 Kbit/san olan AD IKM metodu tədbiq edilmişdir. Beləliklə, stasionar telefon şəbəkələrində qəbul edilən xidmət keyfiyyətini

(itki ehtimalını) təmin edə bilir.



Şəkil 3.1 DECT mobil rabitə standartlı rabitə şəbəkəsinin struktur sxemi

DECT mobil rabitə standartlı naqilsiz rabitə şəbəkəsinin struktur sxemi şəkil 3.1-də təsvir edilmişdir.DECT mobil rabitə standartlı rabitə sistemi üçün göstərilən ümumi tezlik zolağı 10 tezlik kanalı arasında simmertrik sürətdə bərabər bölünmüşdür. İxtiyari tezlik kanalı, AD IKM metodu əsasında zamana görə sıxlaşdırılmaqla 24 vaxt kanalı təşkil edilmişdir. ABŞ ərazisində tədbiq edilən IKM-24 (T1sistemi) rəqəm veriliş sistemində olduğu kimi, zaman kanallarının yarısı baza stansiyasının portativ qurğusuna xidmət etmək üçün,ikinci yarısı isə əksinə əks proses üçün ayrılmışdır. Başqa sözlə desək, DECT standartlı naqilsiz rabitə sistemində dupleks rejimli TDM texnologiyası tədbiq edilmişdir. Abunəçi stansiyasında, ixtiyari danışıq kanalı üçün, bir cüt impuls (zaman) kanalı məşğul edilir və bu isə artıq sistem tərkibində 120 zaman kanalının təşkili deməkdir.

DECT mobil rabitə standartında radio kanalların fasiləsiz dinamik seçilmə mexanizmi istifadə edilir. Prinsipcə, ixtiyari portativ qurğu, 120 kanala qoşula bilər. Birləşmə yaratmaq üçün portativ DECT qurğusu, məlum sönmə normasına əsasən, keyfiyyətli rabitə xidməti təqdim edən radio kanalını seçmək imkanına malikdir. DECT mobil rabitə standartlı rabitə sistemlərində tezliklərin dinamik seçilməsinin planlaşdırmasının tədbiqini tələb edir və bu vəzifə son portativ qurğulara həvalə edilir. Burada müxtəlif növlü informasiya sellərinin mühafizəsi-tanınma (identifikasiya) və qeyd olunması (autentifikasiya) prosesləi nəzərdə tutulmuşdur.

Avropa dövlətlərinin ərazisində DECT vacib standart sayılır. ABŞ-da, DECT mobil rabitə standartı əsasında fəaliyyət göstərən və 1850-1990 Meqahers tezliklərdə işləyən fərdi çağırış mobil rabitə sistemlərinin (PCS) tədbiqində istifadə edilir.

3.2 Mobil rabitə şəbəkələr üçün PACS və PHS standartları

ABŞ-da Bellcore kompaniyası ümumi istifadəli naqilsiz rabitə şəbəkələrində tədbiqi üçün PACS mobil rabitə rabitə standartını qəbul etmişdir və bu sistemlə fərdi mobil rabitə rabitə şəbəkəsinin təşkili üçün istifadə edilir. PACS rabitə standartında 1850 ÷ 1910 və 1930÷ 1990 MHS tezlik spektri məşğul edilir. Funksional imkanlarına görə PACS standartı DECT standartının analoquna yaxındır. Bu standartda tezliklər paylanır və Avropadan fərqli olaraq, fərdi naqilsiz rabitənin inkişafı konsepsiyası üçün nəzərdə tutulmuşdur.

Yaponiyada fərdi mobil rabitə telefon rabitəsu üçün PHS naqilsiz rabitə standartı qəbul edilmişdir. Bu standart, Yaponiya ərazisində uğurla təbiq edilmiş mikroşanvari arxitektura çərçivəsində, ikitərəfli mobil rabitə telefon rabitəsini təşkil etməyə imkan verir. Mobil rabitə rabitənin təşkili üçün PHS tipli interfeyslə, 1895-1918 Mhs tezlik intervalında, IKM metodu təDbiq edilir.

3.3 DECT mobil rabitə standartında baza informasiya paketinin strukturu

3.3.1 Baza anlayışları

DECT mobil rabitə standartı paket kommutasiyalı IKM metodlu rabitə sistemidir və ona görədə informasiya selləri radio kanallarla paket selləri formasında verilir. BTİ-yə görə paket dedikdə, ikili simvollar (impulslar) toplusu nəzərdə tutulur. Paketin tərkibinə verilənlər seli, idarəetmə siqnalları və xidməti siqnallar toplusu daxildir. Həmin siqnallar (simvollar) müəyyən format tərkibində yerləşdirilir. Paketlərin uzunluğu 1000(125 bayt) bit qəbul edilmişdir.Adətən uzun məlumatlar ayrı-ayrı hissələrə bölünməklə, paketləşdirilir və xidmət göstərilir. Bu halda veriliş və qəbul prosesləri məntiqi virtual (V) və dataqramma (X) kimi iki rejimdə xidmət göstərilir. Məntiqi virtual rejimində zaman kanallarının kommutasiyası zamanı, verici və qəbuledici komplektlər arasında, virtual birləşmə növü yaradılır.Virtual rejimindən fərqli olaraq məntiqi dataqram rejimində məntiqi kanallar əvvəlcədən yaradılmır və eyni məlumata aid paketlər toplusu müxtəlif marşrutlarla son məntəqələrə çatdırılır. Mobil rabitə şəbəkənin kommutasiya mərkəzlərində (KM) hər iki rejimdə veriliş-qəbul prosesi zamanı paketlər operativ yaddaşda toplanıb yadda saxlanılır və növbə ilə məhdud ğözləmə xidmət sistemində xidmət göstərilir. Kommutasiya prosesində kifayət qədər qısa uzunluqlı paketlərin operativ yaddaşda saxlanılma müddəti bir neçə millisaniyə təşkil edir. Ona görə də operativ yaddaşda paketlərin yenidən qeydiyyatı, qəbulu və növbədə gözləməsi müddəti onların gecikmə müddətinə elə bir ciddi təsiri olmur. Diskret məlumat verilişli şəbəkələrin (DMVŞ) əsas xüsusiyyəti, kiçik uzunluqlu paketlərin məntiqi kanallarla ötürülməsində istifadəçilərin rabitə kanallarının paylanmasında iştirakı, yüksək veriliş sürətini təmin edilməsi ilə yanaşı, şəbəkə resurslarından səmərəli istifadə olunma əmsalı da xeyli yüksək olur .

3.3.2 Diskret kanalının idarə edilməsi

X.25 tövsiyəsi(Protokolu əsasında (kanal səviyyəsinin idarə olunması) yeddi səviyyəli Etalon Açıq Sistemlər Modeli(ASM ) üzrə HDLC protokolu ilə həyata keçirilir. Buna manqa səviyyəli protokol deyilir. X.25 tövsiyyəli manqa səviyyəli protokolun vəzifəsi aşağıdakılardır(şəkil3.2).

Başlıq

sahəsi


İdarəetmə

sahəsi


Şəbəkənin identifikatoru-

uzunluq identifikatoru sahəsi






Xidməti

sahə


64+16

64+16

64+16

64

16

Şəkil 3.2 HDLC protokolunun formatı

• Üç fazanın (mərhələnin) – manqanın diskret məlumat selinin ötürülməsi və manqa üzrə birləşmənin məcburi pozulması;

• protokol vahidlərinin idarə olunması.Kanal kommutasiyasında protokol vahidi dedikdə kadr, paket kommutasiyasında isə paket nəzərdə tutulur;

•Yuxarı şəbəkə səviyyəsinə görə şəffaflığın təminatı- manqa səviyyəli protokolun kadrlarının formatını təyin edir. Kadrın formatı dedikdə, ikili simvollar toplusunun rabitə kanalı ilə veriliş qaydası və müxtəlif fazalarda həyata keçirilən əməliyyatlar toplusu nəzərdə tutulur. Üç tip kadr tipi vardır:

a) İdarəedici kadrlar; b) informasiyalı kadrlar. Nömrələnməmiş kadrlar Bunlar arasında fərq ondan ibarətdir ki, idarəedici kadrın formatının tərkibində informasiya sahəsi (seqmenti) olmur.

ASM arxitekturasında ikinci səviyyə kanal səviyyəsi adlanır, O fiziki və şəbəkə səviyyələri arasında yerləşir. Kanal səviyyəsinin əsas vəzifəsi, uyğun formatlı protokollar əsasında, informasiya selini son məntəqəyə çatdırmaqdır.

1. Kanal səviyyəsində kod sözləri əsasında sinxronlaşma (dövrə görə sinxronlaşma) prosesi yerinə yetirilir.

2. Protokolun köməyi ilə informasiya seli (kod sözlər toplusu) ayrı-ayrı hissələrə-seqmentlərə bölünür və seqmentlər kanal kommutasiyasında kadr adlanır. Maneəli kanallarla verilən kifayət qədər uzun kod sözlər blokuna xidmət etdikdə, kanallarda səhv ehtimalı yüksək olur. Lakin qısa üzunluqlu blokları rabitə kanalları ilə ötürdükdə (xidmət edildikdə) naqilsiz rabitə sisteminin məhsuldarlığı (veriliş sürəti ) xeyli aşağı düşür, çünki sistemin ixtiyari hissəsinin tərkibində verilən faydalı informasiya selinin bir hissəsi itir. Protokolun köməyi ilə müxtəlif texniki qurğularla eyni səviyyəli prosesləri həyata keçirən, məntiqi və əməliyyat razılaşdırma prosesləri aparılır. Məntiqi razılaşdırma dedikdə, vahid formatlı məlumatlar selinin verilişində tətbiq edilən üsullar başa düşülür. Əməliyyat razılaşdırması dedikdə, birləşmə prosesində müxtəlif formatların razılaşdırılması, həmin proseslərin idarə edilməsi, informasiya sellərinin çeşidlənməsi(adi və prioritetli) və onların emalını ayrı- ayrılıqda həyata keçirən qaydalar çoxluğu nəzərdə tutulur. Texniki sistemlərdə protokol anlayışı interfeys anlayışı ilə birbaşa əlaqədardır. Məsələ burasındadır ki, şəbəkənin çoxsəviyyəli(yeddi səviyyəli) modelində, səviyyələr sistemlərə və alt sistemlərə bölünür. Bir sistem çərçivəsində, qonşu alt sistemlər arasında, qarşılıqlı əlaqələrə ciddi əməl edilməlidir. Ona görə interfeys dedikdə, qarşılıqlı əlaqələri təmin edən iki alt sistem və ya iki texniki sistem arasında istifadə edilən qurğular, o cümlədən əməliyyatlar toplusu nəzərdə tutulur. İnterfeys protokollarının köməyi ilə mexaniki, elektriki funksional razılaşdırma əməliyyatlarını həyata keçirir.

.

Mrabitə rabitə şəbəkələrində informasiya mübadiləsində çoxsaylı verici və qəbuledici komplektlər iştirak edir. Ona görə də verilişin təşkilində istifadə edilən protokolda konkret verici və qəbuledci stansiyaya ilkin ünvan verməklə, identifikasiya (tanınma) prosesi nəzərdə tutulur.Protokolu təşkil edən ixtiyari kadr (kadr dedikdə E1 xətt dəstəsində 16 impuls kanalı nəzərdə tutulur.)bir neçə dövrü -birləşdirən zaman kanallar çoxluğu nəzərdə tutulur. Bir dövr dedikdə 125/2=62,5.10-6 saniyə ərzində məşğul edilən 16 ədəd vaxt-impuls kanalı nəzərdə tutulur) təsdiq olunmuş sabit uzunluqlu üç sahəyə (ünvan, idarəetmə və xidməti-yoxlama sahələri) malikdir. Protokolun tərkibində bir ədəd dəyişən uzunluqlu sahə də vardır. Məlumdur ki, kanal səviyyəli HDLC tipli protokol iki tərəfli dupleks rejimli rabitənin yaradılması, səhvlərdən səmərəli mühafizə və bir çox digər üstünlüklərə malikdir. Aşağıdakı şəkildə, HDLC kanal səviyyəli protokolun iki tipi informasiya və idarəetmə paketlərinin formatı təsvir edilmişdir (Şəkil 3.3).




Başlıq

Ünvan

İdarəetmə sahəsi

Xidməti sahəsi

Başlıq
Şəkil 3.3 a İdarəedici paketin formatı

Başlıq

Ünvan

İdarəetmə

sahəsi


Verilənlər seli

sahəsi


Xidməti sahə

Başlıq

Şəkil 3.3b İnformasiyalı paketin formatı

3.3.4 DECT standartında baza informasiya kadrının strukturu

DECT mobil rabitə standartı baza informasiya kadrının strukturu aşağıdakı kimidir (şəkil 3.4)


Sinxronlaşma sahəsi

A

B







32

64

320

4

60

Şəkil 3.4 DECT mobil rabitə standartlı baza informasiya kadrının strukturu

Şəkil 3.4 -dən görünür ki, DECT paketinin uzunluğu 480 bit (60 Bayt) olub, aşağıdakı sahələrə bölünmüşdür.

• Sinxronlaşma sahəsinin uzuluğu – 32 bit (4 bayt);

• İnformasiya sahəsinin uzunluğu (B sahəsi)- - 320 bit (40 bayt);

• Xidməti (yoxlama) sahənin uzunluğu - - 4 bit (0,5 bayt);

• Aralıq -ehtiyat sahənin uzunluğu - 60 bit.(7,5bayt)

Şəkil 3.4 DECT kadrının formatı

Çox vaxt uzunluğu 60 bitlik olan sahə hərəsində 4 bit hissə-hissə olmaqla məntiqi kanallarla verilişi təşkil edilir. Bu əməliyyatda paketlərin yeri indentifikasiya edilir. Beləliklə, məlum olur ki, DECT standartında baza veriliş sürəti 

olmalıdir. Ona görə də veriliş sürəti 64 Kbit/san. olan IKM metodlu standart telefon siqnalları, yenidən kodlama əməliyyatı əsasında veriliş sürəti 32Kbit/san. olan kodeklərlə verilişi təşkili eilir. Yenidən kodlama əməliyyatı DECT stansiyasının kommutatorunun həm istifadəçi həm qrup hissəsində qəbul edilmiş tezliklərdə həyata keçirilir.

Texniki sənədlərdə DECT standartlı abunəçi stansiyası (AS) və mobil qoşulma (daxilolma) komplekti (УБ K)- istifadəçi hissəsi (İH) baza stansiyası (BS), DECT kommutatorlu isə qrup hissəsi (QH) adlanır. DECT standartları əsasında işləyən mobil rabitə sistemləri ilə diskret məlumat selinin ötürülməsində və xidmət göstərilməsində böyük imkanlar vardır. DECT kanalları ilə birbaşa veriliş sürəti 1,152Mbit/san. nəzərdə tutulmuşdur. DECT mobil rabitə standartlı radio kanallarda “hauss” manipulyasiya növündən istifadə edilir. Bu sistemlərdə verici komplektin çıxışındakı paketin şüalanma gücü 250.10-6VT səviyyəsi isə 24 dB, abunəçi stansiyasının orta şüalanma gücü isə 10.10-6VT-dır. DECT standartlı rabitə sistemi ekoloji cəhətdən ən təmiz hərəkətli naqilsiz rabitə sistemi hesab edilir. Sistemin qəbuledci komplektinin həssaslığı-86dB-dir. Baza stansiyası üçün istifadə edilən dayaq sinxrogeneratorun tezliyinin qeyri-stabillik əmsalının qiyməti 5.10-6-dır.

3.4 DECT mobil rabitə standartında paket kommutasiyası üsulunun təşkili

3.4.1 Kanalların tezlinin təyini

DECT mobil rabitə standartlı rabitə sistemləri ilə telefon rabitəsinin təşkili paket kommutasiya metodu əsasında həyata keçirilir. Burada radio tipli kanallar IKM metodu əsasında təşkil edilir. Sistemin tərkibində informasiya sellərinə (kod sözlər çoxluğu) radiokanallarla verilən paket seli formasında xidmət göstərilir. İnformasiya verilişində paketlər kadrların tərkibində təşkil edilir. İxtiyari kadrın davametmə müddəti T=10 millisaniyə olub 24 zaman kanalı (impuls kanalları) arasında bölünmüşdür. Bu şərtlə ixtiyari zaman kanalının (impuls kanalının) davametmə müddəti  olur.Bütün vaxt kanallarının oxunması üçün onlar nömrələnir. 24 zaman kanallarının sıra nömrələri 0-11 və 12-23 olmaqla (dupleks rabitə) veriliş və qəbul traktları (istiqamətləri) arasında simmetrik sürətdə bölünmüşdür. Belə ki, 0-11 saylı zaman kanalları avadanlığın qrup hissəsi ilə istifadəçi arasında(qəbul), 12-23 saylı zaman kanalları isə avadanlığın istifadəçi hissəsi ilə onun qrup hissəsi arasında(veriliş) rabitənin təşkili üçün nəzərdə tutulmuşdur.Göründüyü kimi,sistemin tərkibində ikitərəfli (dupleks) iş rejimi təşkil edilir. Dupleks rejimli zaman kanallarına,bir kadr tərkibində ardıcıl üsulla verilən, 2 paketlə xidmət göstərilir. İki paket arasında 12 kanalın davam etmə müddəti qədər vaxt intervalı ayrılır. Bu proses sxematik olaraq asağıda təsvir edilmişdir(Şəkil 3.5).



Baza stansiyası → Abunəçi stansiaysı

Abunəçi stansiaysı → Baza stansiyası




0

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

Şəkil 3.5 DECT mobil rabitə standartında radio rabitə kanallarının təşkili sxemi

DECT standartında radio kanallarının təşkili üçün müəyyən tezlik zolağı ayrılır

(16x16=256 zaman kanalı). Təsvir edilən formatda rabitənin təşkili üçün 16 kadr (0-15) birləşdirilir. 16 kadrlı formatı multikadr adlanır(şəkil3.6) və onlar nömrələnir. Kadrların sıra nömrəsi radio kanallarla təşkil edilən diskret kanalların kodlanması (şifrələnməsi) üçün istifadə edilir. Avropa ölkələrində DECT standartlı radio kanallar üçün 1880÷1900 Mqs tezlik zolağı ayrılmışdır. Həmin tezlik spektrində cəmi n=10 radio

Şəkil 3.6 P32 danışıq paketinin formatı

kanalın təşkili nəzərdə tutulmuşdur. Ayrı- ayrı radio kanalların aparıcı tezliklərinin qiymətini hesablamaq üçün, aşağıdakı düstur təklif edilmişdir:



burada, F(0)=1897, 304 MQs olub “0” saylı radio kanalın tezlik zolağını göstərir. Beləliklə məlum olur ki, DECT standartında ixtiyari radio kanalının əsasında 12 ədəd dupleks(ikitərəfli) rejimli tezlik kanalı təşkil edilməklə, sistemdə ümümülikdə 120 radio kanal təşkil etmək olar. DECT standartlı rabitə sistemləri aktiv vəziyyətdə olan zaman istifadəçi hissəsi ilə trafikə xidmət edilən halda, sistemdə azad olan radio kanallarının məcburi axtarişi prosesi başlanır (Bir kanalın axtarış müddətinə təqribən 1 saniyə vaxt ayrılmışdır). Ayrılmış 1 saniyə ərzində kanallararası maneəsi minumum olan azad radio kanal aşkar edilərsə, onda istifadəçi hissəsi həmin radio kanalını məşğul edir və bir şan daxilində həmin radio kanala estafet (hendover) sorğu siqnalı göndərir (zaman kanallarının əvəz edilməsi və çox güman ki, tezliyin dəyişməsi). Avadanlığın istifadəçi hissəsinin seçdiyi azad (məşğul edilməyən) radio kanal aşkar edilərsə, bu halda avadanlığın hər iki hissəsi fasilə olmadan seçilmiş kanala qoşulur. Estafet verliş üsuluna ən azı 3 saniyə vaxt ayrılmalıdr. DECT standartlı sistemlərdə radio kanallarının dinamik üsulla seçilməsi və “yumşaq estafet üsulla” verilişinin təşkili yüksək xidmət keyfiyyət modelinin tədbiqinə zəmanət verir. Praktikada bir baza stansiyasının xidmət edə biləcəyi radio kanallarının sayı avadanlığın tərkibində yerləşən verici-qəbuledici komplektlərinin sayından (xidmətedici cihazların sayından) asılıdr. Onların sayı 2-4-12 qədər ola bilər. Sistem daxilində mobil abunəçi stansiyasının (AS) radiokanallarla birbaşa rabitəsi olur. Avadanlığa qoşulma (daxil olma) blokuna xidmət edən radio kanalların sayı, bu kanala qoşulan son avadanlıqların (telefon aparatlarının, fərdi kompüterlərin, mobil aparatların və s) sayından (yük mənbələrinin sayından) birbaşa asılıdr. Son istifadəçi avadanlığı adi telefon aparatı olarsa, onların maksimal sayı 4 –dən çox ola bilməz.Ümumiyyətlə, DECT standartlı sistemlərdə istifadəçi hissəsi üç rejimdə işləyə bilir:

─ mobil rabitə rabitə sistemi işləmir, çünki sistem söndürülmüşdür;

─ mobil rabitə rabitə sistemi gözləmə rejimindədir, qoşulma mümkündür, lakin istifadəçi hissəsi üçün fərdi kanal ayrılmamış, verici komplekt işləmir, qəbuledici hissədə isə fərdi hissə ilə verilən idarə etmə siqnalları verilir və çağırış siqnalı dövrəyə (stansiyanın cavabı zummer siqnalı) qoşulmaqla terminalda eşidilir.

─ rabitə sistemi aktiv rejimdədir. Bu halda istifadəçi hissəsində normal veriliş üçün radio kanallar ayrılır.

Qeyd etmək lazımdır ki, DECT standartlı rabitə sistemləri şanvari modelli sistem sayılmır. Lakin onu təsvir etdikdə “şan” anlayışı işlənir və bu halda bir stansiyanın xidməti ərazisi(təsir dairəsi) başa düşülür. DECT standartlı şəbəkələrdə radio kanalın tezliyinin planlaşdırılması və onların mərkəzləşdirilmiş təyinatı nəzərdə tutulmamışdır. DECT standartlı sistemlərdə fərdi avadanlıq hissəsi üçün ayrılan radio kanallar maneələrin qəbul edilmiş minimal səviyyələrinə əsasən seçilir. Minimal maniəli radio kanalların təyini üçün rabitə sisteminin fərdi hissəsinin proqram təminatında qaydalar çoxluğu nəzərədə tutulmuşdur. Bu halda qəbuledici komplekt zaman cütlərində (İKM tipli kanallarda) və tezliklərə görə, maneə siqnallarının səviyyəsi isə müxtəlif kanallarda fərdi sürətdə ölçülür. Ölçmələr nəticəsində alınan qiymətlər çoxluğu baza yaddaşında toplanır, emal edilir və beləliklə son nəticədə DECT standartlı sistemlərdə istifadəçi hissəsinin kanalları əsasında minimal maneə səviyyəli radiokanal təyin edilərək məşğul edilir. Minimal maneəli radiokanalların təyini üçün normativ qiymətlər-kreteriyalar (Sönmə norması) aşağıdakı kimi qəbul edilmişdir:

─ a<93 dB – kanal azaddır;

─ a<93 dB +6 dB əlavə keyfiyyət səviyyəli kanal;

─ a<93+12 dB ikici keyfiyyət səviyyəli kanal.

Yuxarıda qeyd edildi ki, DECT standartlı sistemlərdə istifadəçi hissəsi məşğul edilməyən zaman kanallar içərisində sönmə normasına görə minimal olan radiokanal təyin edilir. Bu məqsədlə baza stansiyasında, kadrdan- kadra keçdikdə, azad zaman kanallarının qəbul tezlikləri ardıcıl sürətdə ölçülür. Baza stansiyasının qəbuledici komplektləri, hər hansı bir tezlikdə işləyən kadrın seçilməsi prosesində , istifadəçi hissəsinə məxsus Q-xidməti yayım kanalı əsasında təyin edilir. Q xidməti kanalı istifadəçi hissəsindən sorğunu (zəngi) qəbul edən kimi, həmin an üçün azad radiokanalın məşğul edilməsinə komanda verilir və istifadəçi hissəsi 1 saniyəlik intervalla fəaliyyətdə olan azad zaman kanallarının ardıcıl seçilmə və sınanma prosesi başlanır. Baxılan prosesdə həmin an üçün minimal maneəli radio kanal seçilən kimi, həmin kanal məşğul edilir və həmin kanala şan daxili estafet siqnalı göndərilir. Estafet siqnalları arasında fasilə müddəti ən azı 3 saniyəyə bərabər qəbul edilmişdir.

3.4.2 ARI identifikatorunun və PARK açarlı paketin formatı

DECT standartlı sistemlərdə kommutator və baza stansiyasının qrup hissəsi avadanlığı birləşmə zamanı ARI adlanan paketlə təyin edilir. ARI ifadəsi Access Riqhts Identifikator kimi oxunur. DECT standartında ARI adlı paket ARC (Access Riqhts Closs) və ARD (Access Riqhts Details) kimi iki alt sahələrdən təşkil edilir. Avadanlığın istifadəçi hissəsinə qoşulmaq üçün PARK (Portoble Access Riqhts Key) Beynəlxalq nömrə sistemini IPUI (International Portable User İdentifier) elektron açarla bir mənalı sürətdə təyin edilir. PARK və ARI paketinin strukturu eynidir (Şəkil 3.7 və3.8) DECT standartlı.

A R İ P A R K




ARC

ARD

ARM

ARC

ARD

PARK

Şəkil 3.7 ARI kadrının strukturu Şəkil3.8 PARK kadrının strukturu

rabitə sisteminin istifadəçi və qəbul hissələrinin avadanlığı arasında birləşmə yaratmaq üçün PARK kadrını təşkil edən n simvollu kod sözü(paketi), ARI tərkibində olan kod sözləri (bitləri) ilə üst-üstə düşməlidir.Yalnız bu halda PARK adlanan kadrı təşkil edən kod sözünün tərkibində artıq simvolların (bitlərin) olması praktiki əhəmiyyət daşımır. İstifadəçi hissəsini göstərən n simvollu PLİ adlı (ARC+ARD) paket (buna uzunluq indikatoru deyilir) təyin edir (PLI-Parklenqth indikator). DECT standartlı sistemin istifadəçi hissəsinin qeydiyyatı üçün kifayət qədər çevik struktur imkanları vardır. İstifadəçi və qeyd edilmiş avadanlığın təyinatından asılı olaraq, DECT şəbəkəsi öz aralarında qarşılıqlı rabitəyə malik bir neçə alt şəbəkəyə bölünür. Bu isə o deməkdir ki, konkret şəbəkədə istifadəçi hissəsi digər şəbəkələrə (alt şəbəkələrlə) qoşulmaq imkanına malikdir.

3.5 DECT mobil rabitə standartında istifadəçi hissəsinin identifikasiyası

3.5.1 Abunəçilərin mobil radio rabitə sisteminə qoşulması

DECT standartında fərdi istifadəçilərin müəyyən baza stansiyasına qoşulması və əksinə sistemin abunəçisi olmayan digər abunəçilərə qadağalar qoyulması üçün istifadəçinin fərdi tanınması alınması prosesi nəzərdə tutulmuşdur.İstifadəçilərin fərdi tanınması identifikasiya prosesi adlanır. Bu məqsədlə radiotelefon stansiyasının qrup hissəsinə qoşulmaq(daxil olmaq)və indentifikasiya prosesinin aparılması üçün uzunluqları eyni olan və hər ikisi eyni struktura malik paketlərdən istifadə edilir. DECT standartında bu məqsədlə ARI-PARI (Primary ARI), ARI-SARI (Secondary ARI) və ARI-TARI (Tertiary) kimi kadr tiplər nəzərdə tutulmuşdur. DECT standartında avadanlığın qeyd edilmiş hissəsini ilkin ARI kadrı, baza stansiyasının N-ci kanalına məxsus idarəetmə siqnalını şüalandırır. Bu siqnal istifadəçi hissəsinin REPI (Radio Fixed Razt İdentifier) adlı indentifikatorunun ümumi uzunluğunu, hərəsində 40 bit(5 bayt) olmaqla 3 sahəyə ayırır (şəkil 3.9). Birinci sahə E, ikinçi sahə PARI, üçüncü sahə isə kadrın olması



Şəkil 3.9 Tanınmanın identifikasiyası paketinin formatı (olmaması) RPN adlanır. E (n=1 bit) sahəsi ilə şəbəkə ARI-SARI tipli kadrın olması (olmaması) ilə təyin edilir. İkinci sahə PARI ( İH-nin identifikatoru), üçüncü sahə RPN (Radiofixed Part Number) adlanır. PARI paketinin ARD alt sahəsi ilə avadanlığın istifadəçi hissəsinin( IH) identifikasiya edilməsi, ARS sahəsi ilə isə baza stansiyası arasındakı istiqamətin nömrəsi təyin edilir. DECT standartında abunəçi stansiyası (AS) qoşulma bloku komplektinə (AQBK) ilk növbədə istifadəçi hissəsi ilə PARK- ın ayrı- ayrı sahələri arasında istifadə edilən ARI kadrına məxsus n simvollu köd sözlərinin üst-üstə düşmə prosesi yoxlanılır. Baxılan halda üst-üstə düşmə(idenfikasiya) prosesi baş tutarsa, baxılan halda istifadəçi hissəsi ilə qəbul edilmiş hissə öz aralarında birləşmə yaradır və şəbəkəyə daxilolma (qoşulma) prosesi başlanır.



Şəkil 3.10 REPI indentifikatorununstrukturu

PARİ və PARK sahələri fərqli olarsa, bu halda istifadəçi hissəsi digər şəbəkələrin SARI kadrına-identifikatorunun yoxlanılması prosesinə başlayır. Beləliklə, təsvir edilən proseslər nəticəsində, istifadəçi hissəsi seçilən şəbəkəyə qoşulur. SARI paketi idarəetmə- Q adlı kanalla, çox nadir hallarda isə PARI sahəsi ilə verilir. Əgər SARI-lərin sayı 6-10-dan çox olarsa, onda ARI identifikatorunun bir hissəsi TARL TARİ qrupuna daxil edilir. İstifadəçi hissəsinin TARİ-si verilmir və istifadəçi hissəsi SARİ ilə üst-üstə düşərsə, onda uyğun PARK kadrının TARİ-sinin axtarışı üçün sorğu siqnalını göndərir. ARİ və PARK kadrlarının strukturlarını ayrı- ayrılıqda araşdıraq(şəkil3.10).

3.5.2 ARI və PARK kadrının strukturu

ARI adlı paketin ARC adlı sahəsinin uzunluğu 3 bit olub 8 ədəd müxtəlif abunəçi qrupunun identifikatorunu təyin etməsi üçün nəzərdə tutulmuşdur. Hal-hazırda DECT standartlı sistemdə işləyə bilən rabitə sistemlərinə 5 istifadəçi qrupunun qoşulması qəbul edilmiş və onların şərti kodu aşağıdakı kimi qəbul edilmişdir.

1.A qruplu istifadəçilər – 000 mənzil (residentıal) abunəçiləri

2.B qruplu istifadəçilər – 001 idarə-müəssisə (business) abunəçiləri

3.C qruplu istifadəçilər – 010 ümumi istifadəli şəbəkə (common) abunəçiləri

4.D qruplu istifadəçilər – 011 GCM şəbəkəsinə qoşula bilən ümumi istifadəli şəbəkə abunəçiləri

5.E qruplu istifadəçilər –100 fərdi şəbəkə abunəçiləri .

Qrup hissəsini göstərən RFPI adlı identifikatorun ilk 4 sinfini nəzərdən keçirək. Bunlardan kütləvi xidmət sistemlərində istifadə edilir. Mənzil istifadəli şəbəkələrdə xidmət etmək üçün bir və ya bir neçə (7-ə qədər) baza stansiyası yerləşdirilə bilər (RPN və RFPI kadrları üçün 3 bit uzunluqlu paket işlənir).

Mənzil istifadəli şəbəkələr üçün PARI identifikatorunun strukturu . ARD sahəsinin iki kodu olur (şəkil3.8 ).

EMC sahəsinin uzunluğu. ETSI Avropa standartlar institutu naqilsiz rabitə sistemlərində istifadə edilən ixtiyari abitə avadanlıq istehsalçısına bu kodu təqdim edir .

FPN sahəsinin kodunun (uzunluğu). İxtiyari mənzil şəbəkə istifadəçilərini qeyd etmək üçün ayrı- ayrılıqda ixtiyari istifadəçiyə FPN kodu təqdim edilir və bu proses avadanlıq istehsalçıları tərəfindən yerinə yetirilir. DECT standartında mənzil şəbəkə istifadəçiləri üçün ARI-PARI və ARİ SARI və ARİ -TARI sahələri işlədilmir.(şəkil 3.11).

Pari

E




RPN

N

A

EMC

ERN

RPN







16

17

3

Şəkil 3.11 Mənzil şəbəkələri üçün PARI identifikatorunun strukturu

3.5.3 Ümumi istifadəli şəbəkələr üçün PARI identifikatorunun alt sahəsinin formatı

Ümumi istifadəli şəbəkələr üçün istifadə edilən PARI adlı kadrın strukturu aşağıdakı kimidir (Şəkil 3.12). PARI adlı kadr POC, FPN, FPS və RPN adlı 4 alt sahələrə

E

P A R I

R P N

У/N

C

P O C

F P N

F P S

R P N







16

8

4

8

Şəkil 3.12 PARI kadrının strukturası

malikdirr. POC (Rablic Operator Code)alt sahəsinin vəzifəsi şəbəkə operatorlarını kodlamaq olub uzunluğu 16 bit, FPN və FPS alt sahələrinin ümümi uzunluğu isə 12 (8+4) bitdir. Bu sahələrin köməyi ilə çoxşanlı istifadəçi ilə şəhər daxilində yerləşmiş 63 alt şəbəkənu seçib rabitə yaratmaq olar .

3.6 DECT standartında nömrələnməni göstərən paketin formatı

DECT standartında nömrələnməni göstərən IPUL adlanan paket iki sahədən təşkil edilir.

IPUL adlanan paket PUT v ə PU N kimi iki alt sahəyə maslikdir. PUT (Portable User Tupe) sahəsinin uzunluğu 4 bitdir Onun PUN alt sahəsi (Poctable User Number) istifadəçinin son terminalının fərdi nömrəsini göstərir. Ümumiyyətlə, IPUL adlanan paketin N, S, O, T, P, Q, R, U. adlı 8 tipi məlumdur. UPUL paketinin N alt sahəsindən A və B sinifli şəbəkələrdə istifadə olunur. URUL paketinin

İ P U L


P U T

P U N

4

N







Genişlənmə

4

4

12


Şəkil 3.13 IPUL paketinin strukturu

Uzunluğu N= 36 bit olan PUN alt sahəsi istifadəçi hissəsinin (İH) terminalının nömrəsini göstərmək üçün istifadə edilir və onun strukturu aşağıdakı kimidir (Şəkil 3.12). (Bu nömrələrin kodunun fərdi olması zədəli və sertikatsız abunəçilərə nəzarət etməyə imkan vermir). PUN alt sahəsi ilə tam beynəlxalq nömrə qeyd edilir (15 rəqəm, 60 bit).Şəbəkəyə ilkin qoşulma- daxilolma prosesində DECT standartlı avadanlığın istifadəçi hissəsi qrup hissəsinə özəl IPUL nömrəsini (kodunu) göndərir. Şəbəkədə istifadəçinin qeydiyyatı prosesindən sonra IH müvəqqəti TPUL (Temporary Portable User Identity) nömrəsinə məxsus kodu alır. Uzunluğu 16 bit olan fərdi TPUL paketini təşkil edən kod sözündə “0” –la başlanmış ixtiyari rəqəm işarələnə bilər (şəkil 3.14).

T P U L









Genişlənmə

4

4

12

Şəkil 3.14 T PUL paketinin strukturu

Bundan sonra həmin paket daha 12 bit genişləndirir (Psevdo təsadüfi kod söz ardıcıllığı). Əgər IH TPUL nömrəsinə (koduna) malik deyilsə, onda burada razılıq əsasında IPUL-a aid 16 kiçik səviyyəli bit əlavə edilir.

Qeyd etmək lazımdır ki, abunəçi stansiyası üçün T PUL paketi zona anlayışı ilə bağlıdır. Zona dedikdə, eyni vaxtda fərdi peycerlərə giriş çağırış siqnallarını göndərən şanların nömrəsi(kodu) nəzərdə tutulur. Zonaların nömrəsini təyin etmək üçün IH üçün identifikator istifadə edilir. İxtiyari zonaya məxsus FPS alt sahəsinə, bəzən isə RPN- alt sahəsinə əlavə simvollar daxil edilir. Abunəçi stansiyasının təsir radiusu bir zonadan digər zonaya keçdikdə,stansiyanın köhnə nömrəsi silinir və onun əvəzinə yeni müvəqqəti nömrə verilir.

3.7DECT mobil rabitə standartında rabitə kanallarının təşkili

DECT standartında istifadə edilən rabitə kanallarını təyinatına görə iki yerə bölmək olar:

• İstifadəçi kanalları;

• Xidməti (siqnallaşma) kanalları.

DECT standartında istifadəçi kanallarının informasiyası B sahəsini , siqnallaşma selləri isə baza paketinin A sahəsini məşğul edir. Hərçənd bəzi istisna hallarında yüksək veriliş sürətli kanallarının təşkili tələb edildikdə siqnallaşma sellərinin idarə edilməsi B sahəsinə də həvalə edilir. Bu standartda istifadəçi kadrın uzunluğu, kanalların xarakteri, informasiyanın mühafizə edilmə səviyyəsi və xarakterinə görə fərqləndirilir. Baza paketinin uzunluğu 320 bit (40 Bayt) olub 32Kbit/san.veriliş sürəti ilə verilir. Bu məqsədlə iki zaman (impuls) kanalı qoşalaşdırılır və onunla veriliş sürəti 80 Kbit/san. olan 800 bitlik informasiya selinin verilişi təşkil edilir. Yeni təşkil edilən kanallar, əlavə mühafizəsi olmayan IN tipli kanallar adlanır. DECT standartında qarışıq (telefon və qeyri- telefon) trafiklərinə xidmət göstərilir və bu məqsədlə qarışıq trafiklərə xidmət etmək üçün “şəffaf” kanallar təşkil edilir. “Şəffaf” kanalların veriliş sürəti 16 və ya 8 Kbit/san. olan aşağı veriliş sürətli diskret kanaldan (bir ədəd zaman kanalı əsasında 2 istiqamətli dupleks kanalı təşkil edilir) istifadə edilir. DECT standartında yüksək mühafizəsi olan Ip tipli kanallardan da istifadə edilir. Həmin kanallardan istifadə etdikdə verilənlər seli ümümi uzunluğu 40Bit olmaqla, 5 bitlik elementar seqmentlərə bölünür. İxtiyari seqment kadrlara yerləşdirilir və kadrların formatı HDLS protokolu(şəkil3.15) əsasında təşkil edilir.Ümumiyyətlə, 7 səviyyəli Açıq Sistemlər Modelində ixtiyari səviyyənin uyğun alt sistemlərə məxsus səviyyələrini öz aralarında interfeyslərdə razılaşdırmaq üçün protokol anlayışından istifadə edilir. Başqa sözlə desək protokol anlayışı dedikdə, müxtəlif texniki vasitələrinin köməyi ilə eyni səviyyəli məntiqi və əməliyyat pazılaşdırma

Şəkil 3.15 HDLS kadrının formatında Ip kanalının paketinin strukturu

müxtəlif texniki vasitələrinin köməyi ilə eyni səviyyəli məntiqi və əməliyyat pazılaşdırma proseslərinin realizə edilməsi üçün istifadə edilən qaydalar (tövsiyyələr) və təlimatlar çoxluğu başa düşülməlidir.

Qeyd: Müasir diskret veriliş sistemli (DVS) avadanlıqlarda protokol və interfeyslərin sayının çoxluğuna baxmayaraq, standart kodların (və ya proqramların) sayı əslində xeyli məhduddur. Ən geniş yayılan 5 və 7 elementli kod sistemləridir. Hər iki kod sistemində eyni əlifbanın simvolları (elementləri) həm informasiyalı həm də xidməti simvollar kimi tədbiq edilir. İnformasiya verlişində səhvlər baş verdikdə onda birincilər ikinciyə çevrilir (idarəedici bayt) və informasiya sisteminin normal iş rejimini dəyişməklə zədələr aşkar edilir.

Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU-T) diskret verilənlər selinin tonal tezlikli telefon kanalları ilə ötürülməsi üçün, V X seriyalı protokollar əsasında işləyən interfeys tipləri təklif etmişdir. Ən geniş yayılmış kommutasiya protokolu kanal və paket kommutasiya protokollarıdır. Məsələn, X.25 seriyalı protokolunun əsasını paket kommutasiya metodu təşkil edir.Diskret məlumat verilişli kanalların təşkili üçün müxtəlif formatlı protokolların olmasına baxmayaraq, onların əsas sahəsi aşağıdakı bir neçə vəzifəni yerinə yetirir:

· Protokolların strukturu. Kanal səviyyəsində protokol, ayrı-ayrı seqmentlərdən (sahələrdən) təşkil edilir. Hər bir seqment KADR adlanır.Protokolu tədbiq etmək üçün kanal səviyyəsində verilən informasiya selləri konkret uzunluğa malik paketlər ilə əvəz edilməlidir. Diskret kanalları idarə edən müasir protokollar iki sinfə bölünür:

a) opiyentasiya edilən Baytlı protokollar;

b) oriyentasiyalı edilən Bitli protokolar.

Birinci protokol iki nöqsana malikdir:

- Aşağı maneədayanıqlığın olması ;

- Verilən diskret növlü selin standatr formatının olmaması.

İkinci protokol standart protokol olub, yuxarıda adı çəkilən nöqsanlara malik deyildir. Bu protokolların içində ən məşhur protokol HDLC (Hiqh Level Data Link Control) və SRLC (Synch Ronous data Link Control) protokollarıdır. HDCL adlı protokol, iki tərəfli rabitə rejimində (dupleks rejimi) işlədikdə olduqca səmərəli mühafizə, şəffaflıq və digər üstün cəhətləri ilə fərqlənir. Məhz HDLC adlı protokol əsasında kanal səviyyəsində kommutasiya prosesi aparılır. Bəzən HDLC adlı protokol manqa səviyyəli protokol da adlanır. Onun funksiyaları bunlardır:

· Çoxfazalı şəbəkəni təşkil edən ayrı-ayrı manqalar (qovşaqlar) arasında birləşmənin təşkili, kommutasiyası, verilənlər selinin paket rejimində ötürülməsi, manqaların biri-birindən ayrılması, identifikasiya və avtorizasiya

· Yuxarı-şəbəkə səviyyəsinə nəzərətin səffaflığının təminatı. Maneəli kanallarla böyük

uzunluqlu informasiya blokunu translyasiya etdikdə, simvola görə səhv ehtimalı (P0=Psəhv.) kəskin artır və nəticədə informasiya sisteminin buraxma(veriliş sürəti) qabiliyyətli kəskin azalır. Paket kommutasiyalı şəbəkələrdə verici və qəbuledici avadanlıq arasında birləşmədə protokol çoxsaylı şəbəkə elementləri istifadə edildiyi üçün məcburi qaydada qəbulda identifikasiya və avtorizasiya edilir, yəni paketlərin ilkin ünvanlarının aşkarlanması və onların oxşarlığı prosesi baş verir. HDLC protokollu kadrın formatının strukturu aşağıdakı hissələrə (sahələrə) malikdir;

· Ünvanlaşma (identifikasiya) sahəsi;

· İdarəetmə sahəsi;

· Yoxlama-xidməti sahə .

Standart strukturda ünvanlaşma sahəsi dəyişən uzunluqlu olduğu halda, idarəetmə və xidməti hissə sabit uzunluğa malik olur. Xidməti hissə-səhvlərdən mühafizə hissəsi olub siqnallaşma aparaturasında (SA) səhvlərdən mühafizə qurğusu (SMQ) şəklində ayrıca modul kimi tədbiq edilir. Bu modulda P(x)=x16+x12+x5+1 çoxhədli polinomun xn-k çox hədli polinoma vurma və x-n polinomuna bölmə əməliyyatı aparılır, yəni o verlişdə xn-k ifadəsinə vurulur, qəbulda isə n-k çoxhədlisinə qalıqsız bölünməlidir;


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin