11. Bakı Məişət Tullantılarının Emalı zavodunun tikintisi və istismarı dövründə ətraf mühitə təsirin qiymətləndirilməsi (xülasə) 2009.http://elibrary.bsu.az/110/N_100.pdf
12. www.eco.gov.az
Naxçıvan – 2023
Əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsinə tələblər
Hüquqi və fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantı- larının idarə olunması və onların özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qa- ra və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində təhlükə poten- siallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçiril- məsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantı- larının qəbul edilməsi, həmçinin qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahib- karlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur.
Balaxanı sənaye parkında tullantıların idarə olunması
Azərbaycan Respublikasının Prezidentinin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ölkədə təkrar istehsalı inkişaf etdirmək üçün əsas vasitə- lərdən biri olan Balaxanı Eko-Sənaye Parkı yaradılması qərara alındı. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Bakı şəhərin-
də Balaxanı Sənaye Parkının yaradılması haqqında Azərbaycan Res- publikası Prezidentinin sərəncamı” (2011-ci il 28 dekabr tarixli 1947 nömrəli sərəncam) və Bakı şəhərində Balaxanı Sənaye Parkının fəaliy- yətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Res- publikası Prezidentinin sərəncamı” imzalanmışdır.
Bərk məişət tullantıları üzrə təkrar istehsalı inkişaf etdirmək məqsədilə 19 dekabr 2012-ci ildə Balaxanı Sənaye Parkının təməli qoyulmuş və 2017-ci ildə istifadəyə verilmişdir.
Balaxanı Sənaye Parkının idarəedici təşkilatı Azərbaycan Respub- likasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Tə- miz Şəhər” Açıq Səhmdar Cəmiyyətidir.
Balaxanı Sənaye Parkının ərazisi 8,3 hektar təşkil edir. Balaxanı Sənaye Parkının infrastrukturuna aşağıdakılar daxildir:
Balaxanı-Binəqədi magistral yolu ilə birləşdirən şose;
kommunal xidmətlər: elektrik, su, kanalizasiya, qaz və istilik təc- hizatı, tullantıların yığılması və atılması, telefon xətti, ADSL internet bağlantısı;
daxili xidmət vasitələri: yük maşını üçün tərəzi, anbar, bank və poçt, təmir emalatxanası, inzibati bina (ofis), əməliyyat binası (ye- məkxana, duş kabinələri, soyunma otağı və s.), birmərtəbəli istehsalat binaları;
ümumi xidmətlər: avtobus xidməti, avtomobil dayanacağı, ha- sarlanmış ərazi, təhlükəsizlik və mühafizə (yanğından mühafizə sis- temi də daxil olmaqla), müntəzəm ekoloji monitorinq.
Parkın yaradılmasında əsas məqsəd ölkənin sənaye potensialının sis- temli şəkildə reallaşması, qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabət qabıliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi ilə beynəlxalq tələblərə uyğun istehsal infrastrukturunun yaradılmasını, sahibkarların bu strukturdan istifadəsini, ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə biznes və sosial xidmətlərin göstərilməsini və eləcə də Bakı şəhərində və ətraf qəsəbələrdə ekoloji tarazlığın bərpasını təmin etməkdir.
Balaxanı Sənaye Parkının fəaliyyətinin planda nəzərdə tutulan məsələlər bunlardır:
-ümumi və davamlı infrastrukturun yaradılması;
emal, istehsal və xidmət sahələrinin əlaqəli şəkildə vahid mə- kanda yerləşməsi;
sənayenin ətraf mühitə təsirlərinin azaldılması.
Balaxanı Sənaye Parkı fəaliyyətində təkrar emal biznesinin geniş- ləndirilməsinə, yaşıl məhsul istehsalının artırılmasına, innovativ tex- nologiyaların tətbiqinə, məlumat və bilik mübadiləsinın həyata keçi- riməsinə çalışır.
Balaxanı Sənaye Parkı fəaliyyətində bu istiqamətlərdə sənaye sahələrini inkişaf etdirmək nəzərdə tutur:
plastik materialların təkrar emalı;
şin/rezinin təkrar istehsalı;
elektrik və elektron cihaz tullantılarının təkrar emalı;
akkumulyatorların təkrar emalı;
əlvan metal və kabellərin təkrar emalı;
təhlükəli məişət tullantılarının təkrar emalı (batareya, lampalar, civə tərkibli əşyalar və s.);
yaşıl (təkrar emal olunmuş) məhsulların istehsalı. Bu zaman “yaşıl enerji” istehsalı nəzərdə tutulur.
Yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesinə ma- rağı artırmaq məqsədi ilə potensial sahibkar və investorlar üçün parkın xarici və daxili infrastrukturu qurulub. Belə ki, xarici infrastruktur kimi yol salınıb, əraziyə elektrik, qaz, su, kanalızasiya və rabitə xətləri çəkilib. Park girişində qeydiyyat məntəqəsi və tərəzilər qurulub, əra- zidə ofis və əməliyyat binası tikilib və bütün lazımi ilkin infrastruktur yaradılıb.
Balaxanı Sənaye Parkında işləyən müəssisələrə vergi və gömrük sahəsində tətbiq olunan stimullaşdırıcı tədbirlər əsasında, onların rəqabət qabiliyyətli olmasına, səmərəli və ekoloji təhlükəsizlik meyar- lara arxalanaraq formalaşmasına və yüksək texnologiyalar tətbiq etməsinə imkan yaradılmışdır.
Balaxanı Sənaye Parkında fəaliyyət göstərəcək sahibkarlıq subyek- tlərinə qanunvericiliklə nəzərdə tutulmuş vergi güzəştləri tətbiq edilir. Belə ki, sənaye parkında qeydiyyata alınan rezident şirkət 7 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən, istehsal məqsədi ilə idxal edilən avadanlıq və qurğular isə ƏDV vergisindən azad olunacaq. Balaxanı Sənaye Parkı təkrar emal sahəsində maraqlı olan potensial sahibkar və investorlar üçün əlverişli şərait yaratmaqla ölkədə təkrar emal sənayesinin inkişafında əhəmiyyətli rol oynayır. İnvestisiya güzəştləri bunlardır:
qeydiyyata alındıqdan sonra 7 il müddətinə mənfəət vergisindən (fərdi sahibkarlar isə gəlir vergisindən) azad olma;
qeydiyyata alındıqdan sonra 7 il müddətinə torpaq vergisindən azad olma;
qeydiyyata alındıqdan sonra 7 il müddətinə əmlak vergisindən azad olma;
qeydiyyata alındıqdan sonra 7 il müddətinə sənaye parkında istehsal sahəsinin qurulması və istehsal məqsədi ilə idxal edilən tex- nika, texnoloji avadanlıq və qurğuların gömrük rüsumundan azad edilməsi.
Sahibkarların marağını nəzərə alaraq, Balaxanı Sənaye Parkının fəaliyyətinin genişləndirilməsi işləri davam etdirilir. Artıq polietilen və polipropilen tullantılarının, kartriclərin təkrar emalı, polietilen tullantılarının təkrar emalından yapışqan lent istehsalı, qida yağlarının təkrar emalı nəticəsində biodizel, taxta tullantıların emalından kömür, qida tullantılarından gübrə və yem, kağız tullantılarından meyvə-tərə- vəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə sahibkarlar Balaxanı Sənaye Parkında fəaliyyət göstərmək üçün müraciət ediblər. Balaxanı Sənaye Parkının fəaliyyəti nəticəsində əldə ediləcək nai-
liyyətlər aşağıdakılardır:
bir istehsal sahəsinin tullantısının digər istehsal sahəsində xam- mal kimi istifadə olunması;
tullantıların zərərsizləşdirilməsi zamanı əldə edilən alternativ enerjinin sənaye parkında istifadə olunması imkanı;
əməkdaşlıq, ümumi infrastruktur və xidmətlərdən səmərəli fay- dalanma;
təkrar emal nəticəsində təbii resurslara və enerjiyə qənaət olun- ması;
xammal idxalı asılılığının azaldılması.
8,3 hektar ərazini əhatə edən parkın üstünlükləri bunlardır:
əlverişli şərtlərlə qısa və uzunmüddətli kredit almaq imkanı;
əlverişli qiymətlə torpaq və sənaye binalarının kirayəsi.
vergi və gömrük güzəştlərinin tətbiqi;
magistral yola, dəmir yoluna, beynəlxalq hava limanına, dəniz limanına asan çıxışı olan çox əlverişli mövqedə yerləşməsi. Parkın nəqliyyat qovşağına yaxınlığı əldə ediləcək təkrar xammal və ya istehsal edilmiş məhsulların asanlıqla satış bazarına çıxarılmasına şərait yaradılır;
Rusiyaya, Xəzər və Qara dəniz, Qafqaz və Mərkəzi Asiya ölkələri kimi önəmli ixracat bazarlarına yaxınlığı;
həm yüksək səriştəli ixtisaslaşmış işçi qüvvəsi, həm də ucuz işçi qüvvəsi;
vahid infrastruktur;
proseduraların sadələşdirilməsi və inzibati məsələlərin həlli üçün vahid pəncərə sistemi;
ümumi xidmətlərdən yararlanmaq imkanı.
Balaxanı Sənaye Parkında hazırda 14 rezident (şirkət) qeydiy- yatdan keçmişdir: “Ekokat” MMC (tullantı yağlarının təkrar emalı), “Az.Ekol” MMC (plastik butulkaların emalı), “MET-AK” MMC (tullantı plastik məmulatların emalı), “Foriella” MMC (mebel isteh- salı), fərdi sahibkar Eminov Etibar (tullantı kağızlardan çap-po- liqrafiya məhsullarının istehsalı), “Bioropean” MMC (tullantı qida yağlarını təkrar emal etməklə biodizel üçün xammalın (“UCO”) istehsalı), “Altura Qrup” MMC (polietilen və polipropilen tullantıla- rını təkrar emal etməklə polietilen-polipropilen dənələrinin, zibil torbalarının, baxilin, stretçin və s. məhsulların istehsalı), fərdi sahib- kar Əzimov Tərlan (qənnadı məmulatların tullantılardan kənd təsər- rüfatı üçün gübrə və yem istehsalı), “Alphapack Azerbaijan” MMC (polietilen tullantıların təkrar emalından yapışqan lent istehsalı), “Carboza” MMC (ağac emalı sənayesindən, mebel sənayesindən, kənd təsərrüfatının ağac tullantılarından briketlənmiş kömür istehsalı) və “MET-AK” MMC (tullantı kağızından meyvə altlıqları (viyol) və karton qutu istehsalı).
Dostları ilə paylaş: |