TƏNƏFFÜS YOLU ZƏHƏRLƏNMƏLƏRİ
Dəm qazı,duman və digərzəhərli qazlarla nəfəs alma nəticəsində görülür.
Əlamətlər : Baş ağrısı , başgicəllənmə, qulaqlarda cingilti, özündəngetmə,mədə bulanması , qusma, dəri rənginin dəyişməsi.
İlk yardım
Qaz mənbəyi bağlanır , hava dəyişilir,xəstə təmiz havaya çıxarılır.
Üzünə su vurulur,qolları açıb- bağlamaqla hərəkət etdirilir, ehtiyac varsa süni tənəffüs və ürək masaj edilir.Xəstəxanaya çatdırılmalıdır.
DƏRİ YOLU İLƏ ZƏHƏRLƏNMƏ
Kremlər, tozlar, mayelər ilə təmas nəticəsində , dişləmə , sancma , ınyeksiya ilə meydana gəlir. Zəhərin təsir səviyyəsinə görə yerlı və ümumi əlamətlər müşahidə olunur .
İlk yardım
Maddə krem və ya toz şəklindədirsə bol su ilə yuyulur,yara varsa steril tənziflə örtülür.Yerlı əlamətlər getdikcə atrır, ümumi əlamətlər meydana çıxmağa başlayıbsa tez bir zamanda xəstəxanaya çatdırılmalıdır.Allergik şoka qarşı tədbir görülməlidir.
Həkimlərin təcrübəsinə əsasən kiçik uşaqlar, məişətdə istifadə edilən kimyəvi maddələrdən başlayaraq, dərman həbləri də daxil olmaqla, hər bir kimyavi vasitə ilə zəhərlənə bilərlər.
Məhz buna görə, bu halda əsas məsələ - belə bədbəxt hadisələrin profilaktikasından (qarşısını vaxtında almaq) ibarətdir. Belə ki, uşaq iməklədikdə, daha sonra isə otaqda sərbəst gəzməyə başladıqda, evdə onun üçün potensial təhlükəli hesab edilən hər bir şey – məişət kimyası, kosmetik vasitələr, ətirlər, boya, yapışqan, müxtəlif dərmanlar və s. bu kimi əşyalar uşağın əli çata bilməyən yerlərdə saxlanılmalıdır!
Uşaqlar tez-tez dərmanlarla zəhərlənirlər. Onlar üçün "böyüklərə aid olan” bütün dərmanlar və həmçinin artıq dozada qəbul edilmiş "uşaq” dərmanları təhlükəli hesab edilir. Uşağın dərman həbləri qəbul etdiyini, valideyinlər əksər hallarda, tez bir zamanda deyil, onlar qana sorularaq uşağa öz mənfi təsirlərini göstərdikdən sonra bilmiş olurlar. Ona görə də hər zaman uşağın hərəkətlərinə fikir vermək lazımdır. Belə ki, hər zaman aktiv və şən olan uşaq birdən-birə əzgin, yuxulu və ya əksinə həddən artıq oyanıqlı, həyacanlı olarsa, bu sizi şübhələndirməlidir. Dərmanların təsirinə məruz qalan uşaq, yuxulu vəziyyətdən oyanmayaraq, yataqda sürünür, ağlayır və qışqırır. Bu hal uşaqda hallusinasiyaların (qarabasma) olmasından xəbər verir. Bu zaman uşaqda, qıcolmalar, huşunun itirilməsi, hətta koma da ola bilər. Zəhərlənmənin olmasına ilkin şübhələriniz olan kimi dərhal "təcili yardım” çağırmaq lazımdır!
Dostları ilə paylaş: |