Münasibətilə “ İstiqlarlın əbədiyyət rəmzi- azərbaycan bayrağı” /metodiki vəsait



Yüklə 16,87 Kb.
tarix15.06.2018
ölçüsü16,87 Kb.
#53739

A
ŞİRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİRİlMİŞ KİTABXANA SİSTEMİ

c:\users\user\desktop\azerbaijan_640.png

Azərbaycan Bayrağı günü

münasibətilə
İstiqlarlın əbədiyyət rəmzi- Azərbaycan bayrağı”

/metodiki vəsait/

ŞİRVAN-2017

Azərbaycan bayrağı Günü 2009
Azərbaycan Respulikasının Dövlət bayrağı Dövlət gerbi və Dövlət himni kimi Azərbay- can Respublikasının müstəqilliyini təcəssüm etdirən rəsmi dövlət rəmzidir.

1991- ci il oktyabrın 18- də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyatının varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını qəbul etmişdir.

İlk dəfə Azərbaycan Respublikasının Dövlət bayrağı 1918 –ci il noyabrın 9- da Azər- baycan Xalq Cümhuriyyətinin iclasında qəbul edilmiş və 1920 –ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990 –ci il noyabrın 17 –də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991- ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng – müasir cəmiyyət qırmaq ,demokratiyanı inkişaf etdimək istəyini, yaşıl rəng – islam sivilaziyasına mənsub- luğu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkiz güşəli ulduz təsvir edilmişdir.Bayrağın eninin uzunluğuna nisbəti 1:2 –dir.

Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə Azərbaycanın dövlət rəmzləri ilə bağlı qanunvercilik bazası formalaşdı,”Azərbaycan Respulikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında”1998 –ci il 13 mart tarixində sərən- cam imzalandı. Bu siyasətin davamı olaraq cənab Prezident İlham Əliyev tərəfindən 2004-cü ildə Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Qanunun təstiq edilməsi, 2006 –ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının yaradılması, 2008 –ci ildə Azərbaycan Respulikası Prezidentinin ştandartı ( bayrağı ) haqqında fərmanın imzalanmasını xüsusilə qeyd etmək lazımdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009 –cu il tarixli Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında sərəncamına əsasən hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bay- rağı Günü kimi qeyd edilməyə başlanmışdır . Bununla yanaşı 17 noyabr 2007- ci il tarixli Sərəncama əsasən Dövlət Bayrağı Meydan yaradılmışdır.
Görkəmli şəxsiyyətlər bayraq haqqında
1.Bir kərə yüksələn bayraq bir daha enməz.

M.Ə. Rəsulzadə

2. Bayrağımız- Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir.

H. Əliyev.

Ümummilli lider.

3. Bizim bayrağımız qürur mənbəyidir.

İ. Əliyev

Azərbaycan Respublikasının Rrezidenti.


4.Bayraq öz mənliyimdir, bayraq kimliyim

Bayraq öz yurduma öz hakimliyim.

B. Vahabzadə.

Xalq şairi


5. Bayraqları bayraq edən üstündəki qandır.

Mithat Cemal Cüntay.

Bayraq gününün kitabxanalarda təbliği
Azərbaycan prezidenti İlham Əliyev noyabr ayının 9- nu Azərbaycan Dövlət bayrağı Günü elan etmişdir. Bu bayram respublikasında geniş miqyasda qeyd olunur.Kitabxana- lar bayraq günü ilə əlaqədar müəyyən tədbirlər həyata keçirməlidir. İlk növbədə bütün kitabxanalarda bayraq gününü özündə əks etdirən sərgilər hazırlanmalı, güşələr yaradılmalıdır.Eyni zamanda bayraq gününə həsr olunmuş məruzə və mühazirələr oxunmalı, oxucu konfransları, sual cavab gecələri və s. keçirilməlidir.”Bayrağımız varlığımızdır”,“Vətən bayrağı müqəddəsdir”, “Üçrəngli bayrağımız – dövlətimizin müstəqillik rəmzi”, “Dalğalan,üç rəngli bayrağımız” və s. mövzularda tədbirlər keçirmək olar. Tədbirlərin keçiriməsi üçün aşağıdakı ədəbiyyat siyahısından istifadə etmək olar:

1.Dövlət Bayrağı Meydanı.- Bakı: [ s.n.],2010. – 75

. 2. Əhmədov ,S. Azərbaycan Respulikasının dövlət Bayrağı / Səbuhi Əhmədov , Vüqar Məmmədov.- Bakı, 2010.-153 s.

3.9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür: Üç rənqli bayrağımız dövlətimizin müstəqilliyinin, xalqımızın milli mənsubbiyyətinin, tarixinin və mənəvi dünyasının rəmzidir // Yeni Azərbaycan .-2014.-8 noyabr s.2.



4.Ələkbərov ,Y. Möhtəşəm bayrağımız : 9 noyabr Dövlət Bayrağı Günüdür / Yusif Ələkbərov // Respublika – 2013 . 9 noyabr. –s.5

Tərtib etdi metodist Heydərova T.
Yüklə 16,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin