Mündəricat Giriş

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 445 b.
tarix17.01.2017
ölçüsü445 b.



Mündəricat

  • Giriş .................................................................................................................... 3

  • Beynəlxalq Ticarət Nədir? .................................................................................. 4

  • Beynəlxalq Ticarətin tarixi təkamülü .................................................................. 5

  • Ölkələrarası və bölgələrrarsı ticarət arasındakı fərqlər ....................................... 8

  • Ölkələrin xarici ticarətə qoşulma səbəbləri ......................................................... 9

  • Firmalar nə üçün beynəlxalq ticarətə qoşulurlar? ............................................. 10

  • Beynəlxalq ticarətin faydaları ........................................................................... 11

  • Beynəlxalq ticarətdən qazananlar və itirənlər ................................................... 12

  • Beynəlxalq Ticarətə Təsir Edən Başlıca Amillər .............................................. 13

  • Beynəlxalq Ticarətdə Risqlər............................................................................. 14

  • Dünya Mal İxracı və ÜDM-nin Artımı (2000-2007) ………………...………. 15

  • Dünya İxracında İlk 20 Ölkə ............................................................................ 16

  • Dünya İdxalında İlk 20 Ölkə ............................................................................ 17

  • III Bölmənin əsas anlayışları ............................................................................ 18

  • Mənbələr ........................................................................................................... 19



Giriş

  • Beynəlxalq Ticarət Təhlilləri Beynəlxalq Ticarət Nəzəriyyəsi (International Trade Theory) və Beynəlxalq Ticarət Siyasəti (International Trade Policy) olmaqla bir-birini tamamalayan iki bölmədən ibarətdir.

  • Əmtəə axınları beynəlxalq iqtisadi münasibətlərdə ən qədim və həmişə ən geniş yayılmış ticarət forması olmuştur.

  • Ancaq texnologiyanın inkişafı və dünya xidmət ticarətindəki sürətli artım, son illərdə diqqətin daha çox xidmətlər sferasına yönəldilməsinə səbəb olmuşdur.



Beynəlxalq Ticarət Nədir?

  • Beynəlxalq ticarət (international trade) əmtəə və xidmətlərin beynəlxalq sərhəddləri keçməklə mübadiləsidir.

  • Beynəlxalq ticarət (international trade) həmçinin iqtisad elminin bir sahəsi olmaqla, beynəlxalq maliyyə (international finance) ilə birlikdə beynəlxalq iqtisad (international economics) adlı daha geniş sahəni formalaşdırır.



Beynəlxalq ticarətin tarixi təkamülü

  • Sistemli və təşkilatlanmış bir şəkildə uzaq məsafələrlə ticarət (long-distance trade) 6000

  • il əvvəl Mesopotopmiya (İraq) və Anadolu (Türkiyə) torpaqları arasında Assuriyalılar tərəfindən həyata keçirilməyə başlanmışdır.

  • Bundan min il sonra Finikiyalılar (Livan) ticarətə əsaslanan ilk sivilizasiyanı formalaşdırmışdır.

  • Sonrakı min illər ərzində Babilistanda Hamurapi Qanunlarında ilk qanuni ticarət normalarının ortaya çıxdığını görürük.

  • V əsrdə Roma imperiyasının dağılması ilə Avropada ticarətin məhdudlaşdığı müşahidə edilmişdir.

  • VIII əsrdə Vikinqlər Skandinaviya və Konstinantinapol (İstanbul) arasında ticarət şəbəkəsi formalaşdırmışdır.

  • X-XIII əsrlərdə Orta Şərq, Avropa, Şimali və Şərqi Afrika arasında Ərəb ticarəti hakim olmuşdur.

  • XIII əsrə qədər Çin-Aralıq Dənizi arasında güvənli və məhsuldar bir ticarət yolu – İpək Yolu (Silk Road) fəaliyyətdə olmuşdur.

  • XIII əsrdən sonra bu ticarət dənizlərdə, xüsusilə Çin və İtalyan şəhər-dövlətlərində geniş yayılmağa başlamışdır.

  • XIII-XVI əsrlərdə Balik və Şimal dənizlərində Avropa şəhər-dövlətlərinin formalaşdırdığı Hanseatic League bir ticarət hövzəsi yaratmışlar.



Beynəlxalq ticarətin tarixi təkamülü

  • XV əsrdə Çin ən böyük dəniz donanması ilə Sakit Okeanda ticarətə nəzarət etmişdir.

  • XV-XVI əsrlərdə Aralıq Dənizində İtalyan şəhər-dövlətləri ticarətə nəzarət etmişdir.

  • İlk qlobal iqtisadiyyatın (first global economy) formalaşması Kolumbun 1492-ci ildə Qərib Hövzəsinə çıxması ilə başlamışdır. Bu tarixdən dünya ticarətində İspan vəə Portuqaliya hegamoniyası ortaya çıxmışdır.

  • XVII əsrdə Hollandiya və İngiltərə dünya ticarətini inkişaf etdirmişlər və koloniya əmtəə istehsalı mədəniyyətləri (colonial production of cash crops) formalaşdırmışlar. East İndia Trading Company, Dutch East İndia Trading Company kimi dövlət tərəfindən dəstəklənən beynəlxalq ticarət monopoliyaları formalaşmışdır.

  • Koloniya ticarət sistemində Asya mallarının (çay, ipək və.s) Avropa, Afrika və Amerika arasında üçbucaq ticarəti (triangular trade) ortaya çıxmışdır.

  • XVIII əsrdə dünya ticarətində İspaniya və Portuqaliya hakimiyyətini İngiltərə, Hollandiya və Fransa lehinə itirmişdir.

  • XIX əsrdə İngiltərə mərkəz olmaqla başlayan Sənaye İnqilabı ilə modern qloballaşmanın təməlləri atılmışdır.

  • XX əsrin II yarısından dünya ticarətində liberallaşma tendensiyaları qlobal ticarəti sürətli bir şəkildə inkişaf etdirməyə başlamışdır.



Beynəlxalq ticarətin tarixi təkamülü

  • Bu gün əksər ölkələrdə beynəlxalq ticarət ÜDM-nin mühüm hissəsini təşkil edir.

  • Baxmayaraq ki, beynəlxalq ticarət qədim tarixə malikdir, onun iqtisadi, sosial və siyasi əhəmiyyəti indiki əsrdə hədsiz artmışdır.

  • XIX-XX əsrlərdə sənayeləşmə, inkişaf etmiş nəqliyyat, qloballaşma, transmilli korporasiyalar və outsourcing texnologiyaları beynəlxalq ticarət sisteminə təsir göstərən başlıca amillər olmuşdur.

  • Artan beynəlxalq ticarət qloballaşma ilə xüsusi vüsət almışdır.

  • Bu gün beynəlxalq ticarət dünya gücü olan ölkələr üçün başlıca iqtisadi gəlir mənbəyidir.

  • Beynəlxlaq ticarət olmasaydı ölkələr öz istehsallarını milli sərhədləri ilə məhdudlaşdırardılar.



Ölkələrarası Ticarət və Bölgələrarası Ticarətin Fərqləri

  • İstehsal faktorlarının hərəkətindəki fərqliliklər

  • Fərqli pul vahidlərinin olması

  • Fərqli bazarlar

  • Fərqli siyasi vahidlər



Ölkələrin Xarici Ticarətə Qoşulma Səbəbləri

  • Yerli istehsalın yetərsizliyi

    • Təbii resursların qeyri-bərabər paylanması
    • Texniki bilik və ixtisaslı əməyin yetərsizliyi
    • İqtisadi inkişaf fərqləri
  • Nisbi üstünlüklər (qiymət və məhsuldarlıq fərqləri)

  • Əmtəə və qiymət çeşidləndirməsi

  • İxtisaslaşma

  • İctimai və mədəni seçimlər

  • Meydana gələn yeni vərdişlər

  • Gömrük tariflərindəki endirimlər

  • Ödəmələr və bank sisteminin inkişafı

  • Digər iqtisadi fəaliyyətlər (Transmilli korporasiyaların fəaliyəti, beynəlxalq investisiya əməkdaşlığı və.s)



Firmalar Nə Üçün Beynəlxalq Ticarətə Qoşulurlar?

  • Xərcləri azaltmaq

  • Daha çox mənffəət əldə etmək

  • Risqləri diversifikasiya etmək

  • Strateji üstünlüklər əldə etmək

  • İstehsalaın əsas kapitalını artırmaq

  • Boş potensialdan isitifadə

  • Qeyri-təchizat risqini azaltmaq

  • Ölkədaxili faydalılığın olmaması



Beynəlxalq Ticarətin Faydaları

  • Ticarətin faydaları (The Gains from Trade)

    • Əksər insanlar öz ölkəsində istehsal oluna biləcək malların idxalına bir qədər skeptik yanaşır.
    • Ölkələr bir-birilərinə mal satdığı təqdirdə hamısı fayda əldə edəcəkdir.
    • Ticarət və gəlir bölgüsü
      • Beynəlxalq ticarət xalqın müəyyən təbəqələrini narahat edə bilər.
      • Ticarət, texnologiya ve yüksək ixtisaslı və ixtisassız işçilərin əmək haqqları.


Beynəlxalq Ticarətdən İtirənlər və Qazananlar

  • Ticarət ölkələrə müxtəlif yollarla fayda gətirir, ancaq eyni zamanda ölkədaxili bəzi qruplara ziyan da verir:

    • Gəlirlər: ixrac sektorları, bol resursların sahibləri (sektorlar böyüyəcək).
    • Ziyanlar: idxal rəqabətli sektorlar, məhdud resursların mülkiyyətçiləri.


Beynəlxalq Ticarətə Təsir Edən Başlıca Amillər

  • Məsafə

  • Rəqabətə davamlı imkanlar və resurslar

  • Mədəni oxşarlıqlar

  • Ölkələr arasında əlaqələr

  • Biznes tsikllləri

  • Müharibələr və üsyan

  • İqlim

  • İnnovasiya potensialı



Beynəlxalq Ticarətdə Risqlər

  • I. İqtisadi risqlər:

    • Alıcı iflası risqi
    • Uzunmüddətli borcu ödəməmənin risqi
    • Rəddetmənin risqi
    • İqtisadi müstəqilliyi itirmək
    • Valyuta kursları risqi
  • II. Siyasi risqlər:

    • İmtina və ya idxal-ixrac lisenziyalarının yeniləşdirilməsinin risqi
    • Müharibə risqləri
    • Müsadirə risqi və ya idxalatçının şirkətinin müsadirəsi
    • Transfert risqləri (valyutalarla bağlı)
    • Transpert risqləri – idxala
    • Siyasi partiyaların idxalatçı kompaniyalara təsiri
    • Siyasi müstəqilliyi itirmək
    • Məhsulları yüklədikdən sonra idxala qadağa qoyulması


Dünya Mal İxracı və ÜDM-nin Artımı (2000-2007)



Dünya İxracında İlk 20 Ölkə



Dünya İdxalında İlk 20 Ölkə



III Bölmənin əsas anlayışları

  • Beynəlxalq ticarət (international trade)

  • Uzaq məsafələrlə ticarət (long-distance trade)

  • İlk qlobal iqtisadiyyatın (first global economy)

  • Koloniya əmtəə istehsalı mədəniyyətləri (colonial production of cash crops)

  • Ticarətin faydaları (The Gains from Trade)



Mənbələr

  • P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley.

  • James Gerber, International Economics, Third Edition, Pearson Education , 2005.

  • Raymond Miller, International Political Economy: Contrasting World Views, Routledge, 2008

  • H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2003.

  • R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2002.




Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə