Beynəlxalq Ticarət Təhlilləri Beynəlxalq Ticarət Nəzəriyyəsi (International Trade Theory) və Beynəlxalq Ticarət Siyasəti (International Trade Policy) olmaqla bir-birini tamamalayan iki bölmədən ibarətdir.
Əmtəə axınları beynəlxalq iqtisadi münasibətlərdə ən qədim və həmişə ən geniş yayılmış ticarət forması olmuştur.
Ancaq texnologiyanın inkişafı və dünya xidmət ticarətindəki sürətli artım, son illərdə diqqətin daha çox xidmətlər sferasına yönəldilməsinə səbəb olmuşdur.
Beynəlxalq Ticarət Nədir?
Beynəlxalq ticarət (international trade) əmtəə və xidmətlərin beynəlxalq sərhəddləri keçməklə mübadiləsidir.
Beynəlxalq ticarət (international trade) həmçinin iqtisad elminin bir sahəsi olmaqla, beynəlxalq maliyyə (international finance) ilə birlikdə beynəlxalq iqtisad (international economics) adlı daha geniş sahəni formalaşdırır.
Sistemli və təşkilatlanmış bir şəkildə uzaq məsafələrlə ticarət (long-distance trade) 6000
il əvvəl Mesopotopmiya (İraq) və Anadolu (Türkiyə) torpaqları arasında Assuriyalılar tərəfindən həyata keçirilməyə başlanmışdır.
Bundan min il sonra Finikiyalılar (Livan) ticarətə əsaslanan ilk sivilizasiyanı formalaşdırmışdır.
Sonrakı min illər ərzində Babilistanda Hamurapi Qanunlarında ilk qanuni ticarət normalarının ortaya çıxdığını görürük.
V əsrdə Roma imperiyasının dağılması ilə Avropada ticarətin məhdudlaşdığı müşahidə edilmişdir.
VIII əsrdə Vikinqlər Skandinaviya və Konstinantinapol (İstanbul) arasında ticarət şəbəkəsi formalaşdırmışdır.
X-XIII əsrlərdə Orta Şərq, Avropa, Şimali və Şərqi Afrika arasında Ərəb ticarəti hakim olmuşdur.
XIII əsrə qədər Çin-Aralıq Dənizi arasında güvənli və məhsuldar bir ticarət yolu – İpək Yolu (Silk Road) fəaliyyətdə olmuşdur.
XIII əsrdən sonra bu ticarət dənizlərdə, xüsusilə Çin və İtalyan şəhər-dövlətlərində geniş yayılmağa başlamışdır.
XIII-XVI əsrlərdə Balik və Şimal dənizlərində Avropa şəhər-dövlətlərinin formalaşdırdığı Hanseatic League bir ticarət hövzəsi yaratmışlar.
Beynəlxalq ticarətin tarixi təkamülü
XV əsrdə Çin ən böyük dəniz donanması ilə Sakit Okeanda ticarətə nəzarət etmişdir.
XV-XVI əsrlərdə Aralıq Dənizində İtalyan şəhər-dövlətləri ticarətə nəzarət etmişdir.
İlk qlobal iqtisadiyyatın (first global economy) formalaşması Kolumbun 1492-ci ildə Qərib Hövzəsinə çıxması ilə başlamışdır. Bu tarixdən dünya ticarətində İspan vəə Portuqaliya hegamoniyası ortaya çıxmışdır.
XVII əsrdə Hollandiya və İngiltərə dünya ticarətini inkişaf etdirmişlər və koloniya əmtəə istehsalı mədəniyyətləri (colonial production of cash crops) formalaşdırmışlar. East İndia Trading Company, Dutch East İndia Trading Company kimi dövlət tərəfindən dəstəklənən beynəlxalq ticarət monopoliyaları formalaşmışdır.
Koloniya ticarət sistemində Asya mallarının (çay, ipək və.s) Avropa, Afrika və Amerika arasında üçbucaq ticarəti (triangular trade) ortaya çıxmışdır.
XVIII əsrdə dünya ticarətində İspaniya və Portuqaliya hakimiyyətini İngiltərə, Hollandiya və Fransa lehinə itirmişdir.
XIX əsrdə İngiltərə mərkəz olmaqla başlayan Sənaye İnqilabı ilə modern qloballaşmanın təməlləri atılmışdır.
XX əsrin II yarısından dünya ticarətində liberallaşma tendensiyaları qlobal ticarəti sürətli bir şəkildə inkişaf etdirməyə başlamışdır.
Beynəlxalq ticarətin tarixi təkamülü
Bu gün əksər ölkələrdə beynəlxalq ticarət ÜDM-nin mühüm hissəsini təşkil edir.
Baxmayaraq ki, beynəlxalq ticarət qədim tarixə malikdir, onun iqtisadi, sosial və siyasi əhəmiyyəti indiki əsrdə hədsiz artmışdır.
XIX-XX əsrlərdə sənayeləşmə, inkişaf etmiş nəqliyyat, qloballaşma, transmilli korporasiyalar və outsourcing texnologiyaları beynəlxalq ticarət sisteminə təsir göstərən başlıca amillər olmuşdur.
Artan beynəlxalq ticarət qloballaşma ilə xüsusi vüsət almışdır.
Bu gün beynəlxalq ticarət dünya gücü olan ölkələr üçün başlıca iqtisadi gəlir mənbəyidir.
Beynəlxlaq ticarət olmasaydı ölkələr öz istehsallarını milli sərhədləri ilə məhdudlaşdırardılar.