MÜNDƏRİcat ümumi HİSSƏ BÖLMƏLƏR (Fəsillər)

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 4.84 Mb.
səhifə44/49
tarix20.01.2017
ölçüsü4.84 Mb.
1   ...   41   42   43   44   45   46   47   48   49
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəlləyə 409.11-ci maddə əlavə edilmişdir.

 

[257]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 412-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 412. Tərəfin müqavilə bağlamaqdan boyun qaçırması

412.1. Əgər müqaviləni bağlaması bu Məcəlləyə görə məcburi olan tərəf onu bağlamaqdan boyun qaçırırsa, digər tərəf müqaviləni bağlamağa məcbur etmək tələbi ilə məhkəməyə müraciət edə bilər.

412.2. Müqaviləni bağlamaqdan əsassız boyun qaçıran tərəf bununla digər tərəfə vurulan zərərin əvəzini ödəməlidir.

 

[258]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 413-cü maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 413. Borcun etirafı

413.1. Öhdəlik münasibətlərinin mövcudluğunu etiraf edən (mövcud borcun etirafı) müqavilənin etibarlığı üçün yazılı etiraf tələb olunur. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

413.2. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya əməl edilməsi məcburi deyildir.

 

[259]  26 oktyabr 2004-cü il 782-IIQD nömrəli "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 901) ilə 414.5-ci maddədə “Əgər bu Məcələdə” sözləri"Qanunvericilikdə" sözü ilə əvəz edilmişdir.


[260]  26 oktyabr 2004-cü il 782-IIQD nömrəli "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 901) ilə 415.2-ci maddədə “Əgər bu Məcələdə” sözləri"Qanunvericilikdə" sözü ilə,  "haqqında məlumatlar" sözləri "haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar" sözləri ilə əvəz edilmişdir.

[261]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəlləyə 419.2-ci maddə və 419-cu maddənin birinci abzasının əvvəlinə "419.1." nömrəsi əlavə edilmişdir.

 

[262]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 421.2-ci maddənin birinci cümləsindən "məhkəmənin qərarına əsasən" sözləri çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



 

421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

 

[263]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 422.1-ci maddəyə üçüncü cümlə əlavə edilmişdir.



 

[264]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəllədən 429-cu maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 429. Öhdəliklərin icrası müddətlərinin müəyyənləşdirilməsi

429.1. Qanunlarda, məhkəmə qərarlarında və əqdlərdə göstərilən öhdəliklərin icrası müddətlərinin və tarixlərinin müəyyənləşdirilməsi üçün aşağıdakı qaydalar qüvvədə olur:

429.1.1. əgər müddətin başlanmasını hadisə və ya günün anı, o cümlədən müqavilənin bağlanması müəyyənləşdirirsə, hadisənin baş verdiyi və ya anın çatdığı gün müddətin hesablanması üçün nəzərə alınmır;

429.1.2. əgər müddətin başlanmasını günün başlanğıcı müəyyənləşdirirsə, müddətin hesablanması zamanı həmin gün hesaba alınır (yaş hesablanarkən doğum günü üçün eyni qayda qüvvədə olur);

429.1.3. əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir;

429.1.4. əgər müddət həftələrlə, aylarla və ya bir neçə ayı əhatə edən dövrlə - illə, yarım illə, rüblə hesablanırsa, o, sonuncu həftənin və ya sonuncu ayın axırında bitir.

429.2. Əgər aylarla hesablanan müddətin sonuncu ayında onun bitməsini müəyyənləşdirən gün yoxdursa, müddət həmin ayın sonuncu gününün axırında bitir.

429.3. Yarım illik müddət dedikdə altı aylıq müddət, rüblük müddət dedikdə üç aylıq müddət, yarım aylıq müddət dedikdə on beş günlük müddət başa düşülür.

429.4. Əgər müddəti uzatmaq lazımdırsa, yeni müddət əvvəlki müddətin qurtardığı andan hesablanır.

429.5. Aylarla və ya illərlə hesablanan müddətin fasiləsiz müəyyənləşdirildiyi hallarda ay otuz günə, il isə üç yüz altmış beş günə bərabər olur.

429.6. Ayın başlanğıcı dedikdə onun birinci günü, ayın ortası dedikdə on beşinci günü və ayın axırı dedikdə sonuncu günü başa düşülür.

429.7. Əgər öhdəliyi müəyyən gündə və ya müddət ərzində icra etmək zəruridirsə, müəyyən gün və ya müddətin sonuncu günü şənbə və ya bazar gününə və ya öhdəliyin icrası yerində hamılıqla qəbul olunmuş bayram gününə düşürsə, onların əvəzinə növbəti iş günü hesaba alınır.

 

[265]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəllədən 430.3-cü maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



430.3. İkitərəfli müqaviləyə görə üzərinə öhdəlik qoyulmuş şəxs, öhdəliyini qabaqcadan icra etməyə borclu olduğu hallardan başqa, öhdəliyin icrasından digər tərəf cavab hərəkətini həyata keçirənədək imtina edə bilər.

 

[266]  23 dekabr 2005-ci il tarixli 39-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 68) ilə  Məcəlləyə 430.4-cü maddə əlavə edilmişdir.



 

[267]  3 mart 2006-cı il tarixli  82-IIIQD nömrəli “Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və "Respublikada pul dövriyyəsini sabitləşdirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 28 mart tarixli 1004 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006-cı il, № 3, maddə 225) ilə Məcəllənin 439.3-cü maddədə "Bankının uçot faizi" sözləri "Bankı tərəfindən müəyyən edilən uçot" sözləri ilə əvəz edilmişdir.

 

[268]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəllədən 444-cü maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 444. Müqavilənin dəyişmiş şəraitə uyğunlaşdırılması

444.1. Əgər müqavilənin bağlanması üçün əsas olmuş şərait müqavilə bağlandıqdan sonra açıq-aşkar dəyişmişsə və tərəflər həmin dəyişiklikləri nəzərdə tutsaydılar, müqaviləni bağlamazdılarsa və ya başqa məzmunlu müqavilə bağlayardılarsa, müqavilənin dəyişmiş şəraitə uyğunlaşdırılması tələb edilə bilər. Əks təqdirdə ayrı-ayrı hallar nəzərə alınmaqla müqavilənin tərəfindən dəyişdirilməmiş müqaviləyə ciddi riayət etmək tələb oluna bilməz.

444.2. Müqavilənin əsasında durmuş təsəvvürlərin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

444.3. Tərəflər ilk növbədə müqavilənin dəyişmiş şəraitə uyğunlaşdırılması üçün səy göstərməlidirlər. Əgər müqavilənin dəyişmiş şəraitə uyğunlaşdırılması mümkün deyildirsə və ya digər tərəf buna razı deyildirsə, mənafeləri pozulmuş tərəf müqavilədən imtina edə bilər.

 

[269]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 445.6-cı maddədən birinci cümlə çıxarılmış, ikinci cümlədə “O,” sözü “borclu” sözü ilə əvəz olunmuşdur. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 



445.6. Gecikdirmə zamanı borclu hər bir ehtiyatsızlıq üçün məsuliyyət daşıyır. O, zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır.

 

[270]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 445.8-ci maddədən üçüncü cümlə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Kreditor gecikdirmə nəticəsində dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər.

 

[271]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəlləyə 445.9-cu maddə əlavə edilmişdir.



 

KM2 9 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun  Qərarı (“Respublika” qəzeti  11 iyul 2009-cu il, № 149) ilə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.

[272] 3 mart 2006-cı il tarixli  82-IIIQD nömrəli “Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və "Respublikada pul dövriyyəsini sabitləşdirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 28 mart tarixli 1004 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006-cı il, № 3, maddə 225) ilə Məcəllənin 449.1-ci maddəsinin ikinci və üçüncü cümlələrində "bank faizinin" sözləri "bank" sözü ilə əvəz edilmişdir.

[273] 3 mart 2006-cı il tarixli  82-IIIQD nömrəli “Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və "Respublikada pul dövriyyəsini sabitləşdirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 28 mart tarixli 1004 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006-cı il, № 3, maddə 225) ilə Məcəllənin 449.2-ci maddəsində "bank faizinin" sözləri "bank" sözü ilə əvəz edilmişdir.

 

[274] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 450.2-ci maddədə "etmir" sözü "edir" sözü ilə əvəz edilmişdir.



 

[275]  23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə Məcəllənin 450.3-cü maddəsində "etmir" sözü "edir" sözü ilə əvəz edilmişdir.

[276] 23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə 455-ci maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 455. Öhdəliyin pozulması üçün məsuliyyətin əsasları

455.1. Borclu öhdəliyi icra etməməsi və (və ya) lazımınca icra etməməsi üçün, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, təqsiri olduqda məsuliyyət daşıyır. Borclu öhdəliyin lazımınca icrası üçün özündən asılı olan bütün tədbirləri gördüyünü sübuta yetirərsə, təqsirsiz sayılır.

455.2. Təqsirin olmadığını öhdəliyi pozmuş şəxs sübuta yetirir.

455.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən öhdəliyi icra etməmiş və ya lazımınca icra etməmiş şəxs lazımınca icranın qarşısıalınmaz qüvvənin, yəni həmin şəraitdə fövqəladə və qarşısı alına bilməyən halların nəticəsində qeyri-mümkün olduğunu sübuta yetirməsə, məsuliyyət daşıyır. Borclunun kontragentləri tərəfindən vəzifələrin pozulması, bazarda lazımi malların olmaması və ya borcluda zəruri pul vəsaitinin olmaması bu cür hallara aid deyildir.

455.4. Öhdəliyin qəsdən pozulması üçün məsuliyyətin aradan qaldırılması və ya məhdudlaşdırılması haqqında qabaqcadan bağlanmış razılaşma əhəmiyyətsizdir.

24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 455-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 455. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin öhdəliyin pozulması ücün məsuliyyətinin xüsusi əsasları

Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən öhdəliyi icra etməmiş və ya lazımınca icra etməmiş şəxs lazımınca icranın qarşıalınmaz qüvvənin, yəni həmin şəraitdə fövqəladə və qarşısı alına bilməyən halların nəticəsində qeyri-mümkün olduğunu sübuta yetirməsə, məsuluyyət daşıyır. Borclunun kontragentləri tərəfindən vəzifələrin pozulması, bazarda lazımi malların olmaması və ya borcluda zərurui pul vəsaitinin olmaması bu cür hallara aid deyildir.

[277]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 457-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 457. Üçüncü şəxslərin hərəkətləri üçün borclunun məsuliyyəti

Borclu icranın həvalə edildiyi üçüncü şəxslər tərəfindən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır, bu şərtlə ki, bu Məcəllədə birbaşa icraçı olan üçüncü şəxsin məsuliyyət daşıması müəyyənləşdirilməsin.

 

[278]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 461.1-ci maddədən "və ya məhkəmənin qərarına əsasən" sözləri çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



461.1. Öhdəliklərin icrası üçün təminat vermiş şəxs kreditorun razılığı ilə və ya məhkəmənin qərarına əsasən onu başqa təminatla əvəz edə bilər.

 

[279]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 461.2-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



461.2. Əgər öhdəliyin icrası üçün təminat kreditorun təqsiri olmadan yetərli deyildirsə, o tamamlanmalı və ya əvəzinə başqa təminat verilməlidir.

 

[280]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 476-cı maddədən ikinci cümlə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Zaminliklə təmin edilən öhdəliyi icra etmiş borclu bu barədə dərhal zaminə məlumat verməlidir. Əks halda öz növbəsində öhdəliyi icra etmiş zamin kreditordan əsassız aldıqlarını tuta bilər və ya borcluya qarşı reqres tələb irəli sürə bilər.

 

[281]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 490-cı maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 490. Borclunun qarantiyası

490.1. Borclunun qarantiyası elə öhdəlikdir ki, ona əsasən borclu hər hansı şərtsiz hərəkəti və ya müqavilə predmetinin hüdudlarından kənara çıxan hərəkəti icra etməyi öhdəsinə götürür.

490.2. Borclunun qarantiyası bu Məcəllədə nəzərdə tutulan qaydalara zidd olmadıqda və ya borclunu həddindən artıq yüklü etmədikdə etibarlı sayılır.

490.3. Borclunun qarantiyası yazılı surətdə rəsmiləşdirilməlidir.

 



Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə