Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə167/519
tarix02.01.2022
ölçüsü9,34 Mb.
#12100
1   ...   163   164   165   166   167   168   169   170   ...   519
اَللهُ اَكبَر

1. “Allahu əkbər” dörd dəfə deyilir (“Allah vəsf olunan hər şeydən böyükdür).”

اَشهَدُ اَن لاَ اِلهَ الاّ اللهُ

2. “Əşhədu ənla ilahə illəllah” iki dəfə söylənilir (“Şəhadət verirəm ki, yeganə Allahdan başqa mə’bud yoxdur”).

اَشهَدُ اَنَّ مُحَمَّدًا رَسُولُ الله

3. “Əşhədu ənnə Muhəmmmədən rəsulullah.” İki dəfə deyilir (“Şəhadət verirəm ki, Məhəmməd Allahın rəsuludur”).

حَىَّ عَلَى الصّلوةِ

4. “Həyyə ələs-səlat” iki dəfə deyilir (“Tələs namaza doğru.”)

حَىَّ عَلَى الفَلاَحِ

5. “Həyyə ələl-fəlah” iki dəfə deyilir (“Tələs qurtuluşa doğru.”)

حَىَّ عَلَى خَيرِ الْعَمَلِ

6. “Həyyə əla xeyril-əməl” iki dəfə deyilir (“Tələs əməllərin ən xeyirlisinə, namaza.”)

اَللهُ اَكبَر

7. “Allahu əkbər” iki dəfə deyilir (“Allah vəsf olunası hər şeydən böyükdür.”)

لاَ اِلَهَ اِلاّ الله

8. “La ilahə illəllah” iki dəfə deyilir (“Yeganə Allahdan savayı mə’bud yoxdur.”)

İqamə on yeddi cümlədir. İqamə ilə azan arasındakı fərq bundan ibrətdir ki, iqamənin başlanğıcında: “Allahu əkbər” iki dəfə deyilir, sonunda “La ilahə illəllah” bir dəfə deyilir. Bundan əlavə, “Həyyə əla xeyril-əməl” dedikdən sonra iki dəfə “Qəd qamətis-səlat” söylənilir. (“Namaz bərpa oldu.”)



Məsələ 843: “Əşhədu ənnə Əliyyən vəliyyullah” (“Şəhadət verirəm ki, Əli Allahın bütün xalq üçün vəlisidir”) cümləsi azan və iqamənin əsas mətnindən deyil. Amma “Əşhədu ənnə Muhəmmədən rəsulullah” söylədikdən sonra təbərrük məqsədi ilə onu azan və iqamədən saymamaqla demək olar.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   519




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin