Məsələ 1796: Əgər bir mal nəqd satılarsa, satıcı və yaxud alıcı müamilə bitəndən sonra malını və yaxud pulunu tələb edə, onu təhvil ala bilərlər. Ev, torpaq və buna oxşar şeylərin təhvil verilmə qaydası, onu istifadə edə biləcək halda alan şəxsin ixtiyarında qoymaqdır. Daşınan əşyaların, məsələn, xalça, paltar və s. kimi təhvil verilmə qaydası, onu başqa yerə aparmaq istədikdə heç bir maneə olmayacaq halda alıcının ixtiyarında qoymaqdır.
Məsələ 1797: Nisyə müamilədə müddət tam şəkildə müəyyən edilməlidir. Onun üçün bir tarix müəyyən edilməsə, müamilə batildir.
Məsələ 1798: Bir mal nisyə satıldıqda, müddət vaxtı sona çatmazdan qabaq onun əvəzini tələb edə bilməz. Lakin, müştəri dünyadan köçəndən sonra, hətta, vaxt sona çatmazdan öncə, satıcı borcunu meyyitin malından tələb edə bilər.
Məsələ 1800: Əgər nəqd olaraq bir malı bir qiymətə, nisyə olaraq ondan baha müamilə etsələr, məsələn, bu malı nəqd olaraq filan qiymətə, nisyə isə on faiz baha verirəm, desələr və müştəri qəbul etsə, maneəsi yoxdur və sələm hesab olunmur.
Məsələ 1801: Əgər bir nəfər malı nisyə satsa, lakin sonradan öz alacağından bir miqdar azaldıb, qalan hissəni nəqd alsa, eybi yoxdur.