Sual 48: Əgər həkim müalicədən imtina edirsə və nəticədə xəstə dünyasını dəyişirsə, onun cəzası nədir?
Cavab: Həkim cəzalandırılmalıdır. Cəzalandırmanın müxtəlif növləri var: zindan, cərimə, işdən müvəqqəti və daimi məhrumluq.
Sual 49: Şagirdi vurmaq olarmı?
Cavab: Şagirdi vurmaq caiz deyil. Yalnız tərbiyə məqsədi ilə və onun valideynlərinin icazəsi ilə istisna var. Bizim dövrümüzdə bu işdən çəkinmək daha yaxşıdır.
Bank
Sual 50: Banka yatırılan uzunmüddətli və qısamüddətli sərmayələrin hökmü nədir?
Cavab: Əgər bu işdə şər’i ölçülər gözlənilirsə və pul sahibinin tələbi olmadan bank hansısa məbləğ ödəyirsə, eybi yoxdur.
Sual 51: Bank yatırımlarının qazancı halaldırmı?
Cavab: Şər’i ölçülər gözlənilərsə və ya bu ölçüləri gözləyən məs’ullara vəkillik verilərsə halaldır.
Həkİmlİk
Sual 52: Hamiləliyin qarşısını almağın hökmü nədir?
Cavab:Bu işin mühüm zərəri olmazsa, kişi və qadın daimi olaraq sonsuzluğa düçar olmazsa, caizdir. Amma hamiləliyin qarşısını alarkən qeyri-şər’i qaydada baxış və toxunma lazım gələrsə, yalnız fərdi və ictimai zərurət olduqda caiz sayılır.
Sual 53: Abort caiz sayılırmı?
Cavab: Ana üçün ciddi təhlükə yarandıqda bu təhlükənin qarşısını almaq üçün ilkin mərhələdə abort olar.
Sual 54: Cinsiyyəti dəyişmək olarmı?
Cavab: Cinsiyyətin dəyişilməsi prinsipcə qadağan deyil. Amma bu işdə şər’i ölçülərə əməl edilməli, qeyri-şəri baxış və toxunmaya yol verilməməlidir. Bu iş zərurət həddində mümkündür.