MüQƏddimə



Yüklə 1,6 Mb.
səhifə12/30
tarix21.10.2017
ölçüsü1,6 Mb.
#8148
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

ÜÇÜNCÜ FƏSİL

ƏLİ (ə)DAN NECƏ BEYƏT ALİNDİ?


Islam tarixinin bu hissəsi ən kədərli və ən acı hissələrdəndir ki, düşünən və agah şəxslərin qəlbini şiddətlə dərdə salıb yandırır. Tarixin bu hissəsi sünnü alimlərinin kitablarında çox qısa və yığcam, şiə alimlərinin tarixində isə çox geniş şəkildə yazılmışdır. Əziz oxuculardan bəziləri vəhy evinə edilən təcavüzü sünnü tarixçilərinin və hədisçilərinin öz dilindən eşitmək istəyə bilərlər. Buna görə də, bu hissəni onların öz mənbələrinə istinad edərək yazırıq ki, şəkk edənlər və çətin inanan şəxslər bu acı hadisəyə inansınlar. Burada məşhur sünnü tarixçisi ibni Qüteybənin "Əl-imamətu vəs-siyasət" kitabında yazdığının tərcüməsini nəql edirik. (Sonralar bunu təhlil edib araşdıracağıq.) Sünnü tarixçiləri bu fikirdədirlər ki, hələ Səqifə beyətindən çox keçməmiş xilafət aparatı qərara aldı ki, Əli (ə)-dan, Abbasdan, Zübeyrdən və Bəni-Haşimdən olan digər şəxslərdən Əbu Bəkrin xilafəti üçün beyət alsın və nəticədə, onun xilafəti birlik rəmzi olsun, hər cür müxalifət və maneə xilafət yolu üstündən götürülsün. Səqifə hadisəsindən sonra Bəni-Haşim qəbiləsi, eləcə də mühacirlərdən və Əli (ə)-ın dostlarından bir dəstə etiraz əlaməti olaraq, Fatimə (ə)-ın evində yığışıb oturmuşdular. Onların Peyğəmbər (s) dövründə xüsusi bir ehtirama malik olan Fatimə (ə)-ın evinə yığışmaları xilafət aparatının vəhy evinə yürüş edərək oradakıları zorla məscidə gətirib beyət almaq fikrini həyata keçirməsinə mane olurdu. Amma nəhayət, qüdrət artırmaq hərisliyi öz işini gördü: Vəhy evinin ehtiramı pozuldu. Əbu Bəkr, başda Ömər olmaqla bir qrup adama əmr etdi ki, nəyin bahasına olursa olsun, Fatimə (ə)-ın evinə yığışanları çıxarıb hamısından beyət alsın. O, Üsəyd ibni Həzir, Səlmə ibni Səlamət, Sabit ibni Qeys və Məhəmməd ibni Məsləmənin də olduğu bir qrupla Fatimə (ə)-ın evinə gəldi ki, oradakıları xəlifə ilə beyət etməyə dəvət etsin, əgər imtina etsələr, onları zorla evdən çıxarıb məscidə gətirsinlər. Xəlifənin məmuru evin qarşısında uca və kobud səslə qışqırıb dedi ki, tez olun, xəlifə ilə beyət etmək üçün evdən çıxın. Amma onun harayının heç bir nəticəsi olmadı və onlar evdən çıxmadılar. Bu vaxt məmur odun gətirilməsini tələb etdi ki, evi yandırıb, sonra isə oradakıların üstünə uçurtsun. Amma məmurun yanındakılardan biri bu işə mane olmaq üçün irəli gəldi və dedi:–Peyğəmbərin qızı Fatimə orada olan bir halda evi hansı cürətlə yandırırsan?!

O, tam soyuqqanlıqla cavab verdi ki, Fatimənin evdə olması bu işə mane ola bilməz!

Bu vaxt Fatimə (ə) qapının dalına gəlib dedi:–Sizin kimi pis bir mövqedə dayanan bir cəmiyyət tanımıram! Siz Rəsulullah (s)-in cənazəsini bizim aramızda qoyub özbaşına xilafət barəsində qərar qəbul etdiniz. Nə üçün öz hakimiyyətinizi zorla bizə qəbul etdirir və bizim haqqımız olan xilafəti özümüzə qaytarmırsınız?!

Ibni Qüteybə yazır: Bu vaxt xəlifənin məmuru oradakıları çıxarmaq fikrindən döndü və xəlifənin yanına gəlib hadisəni xəbər verdi. Xəlifə bilirdi ki, o evdə yığışıb oturan mühacir və Bəni-Haşimin görkəmli şəxsiyyətlərinin müxalifətçiliyi ilə onun hökumətinin əsasları möhkəmlənə bilməz. Bu dəfə öz qulamı Qonfuza əmr etdi ki, gedib Əli (ə)-ı məscidə gətirsin. O da qapının dalına gəlib Əli (ə)-ı çağırdı və dedi:–Allah Rəsulunun xəlifəsinin əmrinə görə məscidə gəlin!

Imam (ə) bu sözü eşitdikdə dedi:–Nə tez Allahın Rəsuluna iftira yaxırsan?! Peyğəmbər (s) nə vaxt onu özünə canişin təyin etdi ki, o da Allah Rəsulunun xəlifəsi olsun?!

Qulam ümidsiz halda qayıdıb eşitdiklərini xəlifəyə xəbər verdi. Evə yığışanların xilafət aparatının ardıcıl dəvətləri qarşısında göstərdikləri müqavimət xəlifəni bərk hiddətləndirdi. Nəhayət Ömər ikinci dəfə bir dəstə adamla Fatimə (ə)-ın evinə gəldi. Fatimə (ə) mühacirlərin səsini eşitdikdə qapının arxasında uca səslə nalə edib dedi:–"Atacan, ey Allahın Peyğəmbəri! Gör səndən sonra Xəttabın və Əbu Qühafənin oğlu tərəfindən necə əzab-əziyyətlərlə qarşılaşdıq!"

Hələ də atasının matəmində olan Fatimə (ə)-ın ah-naləsi elə ürəkyandıran idi ki, hətta Ömərlə birlikdə gələnlərdən bəziləri Zəhra (ə)-ın evinə hücum əmrini yerinə yetirməkdən imtina edərək ağlar halda qayıtdılar. Amma Bəni-Haşimdən və Əli (ə)-dan beyət almaq üçün israr edən Ömər bir neçə nəfərlə o həzrəti zorla evdən dartıb çölə çıxardılar, məscidə gətirib israr etdilər ki, hökmən Əbu Bəkrlə beyət etməlisən. Imam (ə) buyurdu:–Əgər beyət etməsəm nə olacaq?

Dedilər:–Öldürüləcəksən!

Əli (ə) dedi:–Allahın bəndəsini və Rəsuli-Əkrəm (s)-in qardaşını nə cürətlə öldürəcəksiniz?!

Əli (ə)-ın xilafət aparatı qarşısında göstərdiyi kəskin müqavimət nəticəsində ondan əl çəkdilər. Imam (ə) fürsətdən istifadə edərək, Peyğəmbər (s)-in qəbrinə yaxınlaşdı və zülmdən şikayətlənərək Harunun Musa (ə)-a dediyi cümləni dilinə gətirib dedi:–"Qardaş, səndən sonra bu qövm məni gücsüz saydı və az qalırdı ki, məni öldürsünlər."1


VƏHY EVİNƏ OLUNAN HÜCUM BARƏSİNDƏ TARİXİN MÜHAKİMƏSİ


Səqifədən sonrakı hadisələr islam tarixinin və Əmirəl-möminin Əli (ə)-ın həyatının ən acı və ən kədərli hadisələrindən idi. Bu barədə bəziləri tərəfindən həqiqətin əks etdirilməsi bu hadisənin əsl səbəbkarlarına və onu təşkil edənlərə təəssüblə yanaşan şəxslərin "inciməsinə" səbəb oldu. Onlar heç olmazsa istəyirdilər ki, əlləri bu işə bulaşmasın, paklıq və müqəddəslikləri qorunub saxlansın, Eləcə də haqqı gizlətmək və hadisələri əksinə cilvələndirmək həm tarixə, həm də gələcək nəsillərə xəyanət sayılırdı. Azad bir yazıçı bu xəyanətin rüsvayçılığını öz üzərinə götürmür və kiminsə nəzər-diqqətini cəlb etmək üçün haqqı tapdalamırdı.

Əbu Bəkr xilafətə seçiləndən sonra ən böyük tarixi hadisə vəhy evinə–Fatimə (ə)-ın evinə hücum, həm də etiraz əlaməti olaraq bu evə yığışanlardan beyət almaq məqsədi ilə məscidə aparmaq məsələsi idi. Bu mövzunun düzgün şəkildə şərh olunub qiymətləndirilməsi üçün üç mövzunun düzgün olub-olmamasını mötəbər mənbələrə əsaslanmaqla araşdırırıq, sonra isə hadisələrin nəticələri barəsində insaflı mühakimə yürütmək lazımdır. Bu üç mövzu aşağıdakılardır:

1) Xəlifə məmurlarının Fatimə (ə)-ın evini yandırmaq qərarına gəlmələri düz bir işdirmi? Və onlar bu işdə hara kimi irəlilədilər?

2) Əmirəl-möminin Əli (ə)-ı faciəli bir vəziyyətdə məscidə, beyət almaq üçün aparmaları düzgün bir iş idimi?

3) Bu hadisə zamanı Peyğəmbər (s)-in əziz qızının hücum edənlər tərəfindən zərbə alması və nəticədə bətnindəki uşağın düşməsi düz bir iş idimi?

Bu üç məsələ bu hadisənin ən ümdə və həssas qismlərindəndir və biz sünnü alimlərinin mənbə və sənədlərinə istinad edərək bunları araşdırırıq:

Islamın mütərəqqi və dəyərli təlimlərinə əsasən, heç bir müsəlmanın (əvvəlcədən icazə almadan) başqasının evinə daxil olmağa haqqı yoxdur və əgər ev sahibi qonaqları qəbul etməyib üzr istəsə, gərək onun üzrünü qəbul edib incimədən geri qayıtsın. Qurani-məcid bu əxlaqi göstərişdən əlavə, səhər-axşam Allahın adı zikr olunan və Ona pərəstiş edilən hər bir evi möhtərəm sayır: "Pak insanların səhər-axşam Allaha təsbih deyib Onu təqdis etdikləri evlərin təzim və təkrim olunmasına Allah fərman vermişdir."1

Bu evlərə hörmət qoyulması onlarda yerinə yetirilən ibadət və pərəstişə, həmçinin onlarda Allahın təsbihinə və təqdisinə məşğul olan insanların ehtiramına görədir. Əks halda, kərpic və suvağın heç vaxt ehtiramı olmamış və olmayacaqdır da. Qurani-Kərim bütün müsəlmanların evləri içərisində Peyğəmbər (s)-in evi barəsində müsəlmanlara xüsusi bir göstəriş verib buyurur:



"Ey iman gətirənlər, Peyğəmbərin evlərinə icazəsiz daxil olmayın!"2

Şəkk yoxdur ki, Fatimə (ə)-ın evi möhtərəm və yüksək məqamlı evlər sırasındadır ki, orada Zəhra və onun övladları Allaha pərəstiş edirdilər. Ayişənin, yaxud Həfsənin evinin Peyğəmbər evi olmasını iddia etmək olmaz. Amma o Həzrətin əziz qızının, başqa sözlə, dünya qadınlarının ən əzizinin evi hökmən Peyğəmbər (s) evidir. Indi görək xilafət məmurları Peyğəmbər (s) evinin hörmətini nə dərəcədə saxlamışlar.

Xilafətin ilk günlərində baş verən hadisələrin araşdırılması sübut edir ki, xəlifə məmurlarının hamısı bu ayələri ayaq altına salmış, Peyğəmbər (s) evinin şən və hörmətinə ümumiyyətlə riayət etməmişlər. Sünnü tarixçilərinin çoxu vəhy evinə edilən həmləni müəmmalı, az qismi isə müəyyən qədər aydın şəkildə yazmışlar. Xəlifələrə xüsusi təəssübü olan Təbəri yalnız bunu yazır ki, Ömər bir qrup adamla Zəhra (ə)-ın evinin qabağına gəlib dedi:–"Allaha and olsun, içəridə yığışıb oturanlar beyət üçün evi tərk etməsələr, evi yandıracağam!" Amma ibni Qüteybə Dinəvəri həqiqətin dərinliklərinə varıb deyir ki, xəlifənin məmuru təkcə bu sözü demədi, həm də əmr etdi ki, evin ətrafına odun yığsınlar, sonra dedi:–"Ömərin canı əlində olan Allaha and olsun, ya evi tərk etməlisiniz, ya da onu yandıracağıq!" Ona "Peyğəmbər (s)-in əziz qızı Fatimə evin içindədir" - deyiləndə, "Eybi yoxdur"!- deyə cavab verdi.

"Iqdül-Fərid"in müəllifi həqiqəti bir az da açaraq yazır: "Xəlifə Ömərə əmr etdi ki, evə yığışanları çıxartsınlar, əgər müqavimət göstərsələr, onlarla döyüşsün. Buna görə də, Ömər od gətirdi ki, evi yandırsın. Bu vaxt Fatimə (ə) ilə qarşılaşdı. Peyğəmbərin qızı ona dedi:–Ey Xəttabın oğlu, bizim evi yandırmağa gəlmisən?!"

O dedi:–Bəli! Amma başqaları kimi xəlifə ilə beyət etsəniz yandırmaram.

Şiə alimlərinin kitablarına müraciət etdikdə hadisəni daha aydın və aşkar şəkildə dərk edərik. Süleym ibni Qeys öz kitabında vəhy evinə olan hücum hadisəsini ətraflı şəkildə qələmə almış, həqiqəti faş etmişdir. O yazır: "Xəlifənin məmuru od qaladı və zorla qapını açıb evə daxil oldu, lakin Fatimə (ə)-ın müqavimətinə rast gəldi."

Görkəmli şiə alimi mərhum Seyid Mürtəza bu hadisəni geniş şəkildə araşdırmışdır. O, həzrət Sadiq (ə)-dan nəql edir ki, Əli (ə) beyət etmədi, nəhayət, qalın tüstü onun evini bürüdü.

Elə buradaca o hadisə barəsində olunan ilk sualı yekunlaşdırıb, mühakimə yürütməyi düşünən qəlblərin öhdəsinə qoyur, sünnülərin mötəbər mənbələrinə istinad edərək hadisənin ardını qələmə alırıq:


Əlİ (ə)-İ məsCİdə neCə aPardİlar?


Islam tarixinin bu bölməsi əvvəlki hissə kimi acınacaqlı və kədərlidir. Çünki heç vaxt təsəvvürə belə gəlməzdi ki, Əli (ə) kimi bir şəxsiyyəti belə bir acınacaqlı vəziyyətdə məscidə aparalar və qırx ildən sonra Müaviyə Əli (ə)-a tənə vurub onu tənqid etmək üçün bunu nəql etsin. O, Əmirəl-möminin Əli (ə)-a yazdığı məktubda Imam (ə)-ın xilafət aparatına qarşı göstərdiyi müqavimətdən söz açıb sonra deyir: "... hətta xilafət aparatı səni minilməyən dəvə kimi cilovlayıb, beyət üçün məscidə tərəf çəkdi."

Əli (ə) Müaviyənin məktubuna yazdığı cavabda işarə ilə bunu qəbul etmiş, onu öz məzlumiyyətinin əlaməti hesab edib buyurmuşdur: "Deyirsən ki, mən minilməmiş dəvə kimi beyət etmək üçün dartılıb aparılmışam. Allaha and olsun, məni tənqid etmək istəmisən, lakin məni tərifləmisən. Məni rüsvay etmək istəmisən, lakin özünü rüsvay etmisən. Hər hansı bir müsəlmanın məzlum olmasının (zülmə məruz qalmasının) heç bir eybi yoxdur."

Əli (ə)-a qarşı edilən hörmətsizliyi təkcə ibni Əbil-Hədid deyil, həm də ondan qabaq ibni Əbdi-Rəbbihi "Əqdül-Fərid" kitabında, (2-ci cild, səh. 285) və ondan da sonra "Sübhül-əşa" kitabının müəlifi (1-ci cild, səh. 128) nəql etmişdir. Qəribə burasındadır ki, ibni Əbil-Hədid "Nəhcül-bəlağə"yə yazdığı şərhində Imam (ə)-ın iyirmi səkkizinci məktubunun şərhinə çatdıqda o həzrətin və Müaviyənin məktublarını nəql edir, hadisənin düzgünlüyünə şəkk etmir, amma kitabın əvvəlində iyirmi altıncı xütbəni şərh edib qurtardıqda hadisəni kökündən inkar edib deyir: "Bu cür mətləbləri yalnız şiələr nəql etmiş, onlardan qeyrisi nəql etməmişdir."

HƏZRƏT ZƏHRA (ə.S)-A QARŞİ HÖRMƏTSİZLİK


Üçüncü sual bu idi: Əli (ə)-dan beyət alınarkən Peyğəmbər (s)-in əziz qızına da hörmətsizlik olundumu və ona zərər yetişdimi? Şiə alimlərinin nəzərinə görə, bu sualın cavabı əvvəlki iki sualın cavabından daha acınacaqlıdır. Çünki Əli (ə)-ı məscidə aparmaq istəyəndə Fatimə (ə)-ın müqaviməti ilə rastlaşdılar. Fatimə (ə) öz əziz ərinin aparılmasına mane olanda çoxlu ruhi və fiziki zərbələr aldı. Dildə onları bəyan etmək, qələmdə isə yazmaq qüdrəti yoxdur. Lakin sünnü alimləri xəlifələrin mövqelərini qorumaq üçün tarixin bu bölməsini ixtisara salmışlar. Hətta ibni Əbil-Hədid də öz şərhində bunu yalnız "şiələrin nəql etdikləri məsələlər" sırasında nəql etmişdir. Görkəmli şiə alimi məhrum Seyyid Mürtəza yazır: "Işin əvvəlində hədisçilər və tarix yazanlar Peyğəmbər (s)-in qızına qarşı edilən hörmətsizliyi nəql etməkdən çəkinmirdilər, bu məsələ onların arasında məşhur idi və hamı bilirdi ki, xəlifənin məmuru var gücü ilə evin qapısını Fatimə (ə)-a çırpdı və onun bətnində olan uşağı siqt oldu. Qonfuz Ömərin əmri ilə Zəhra (ə)-ı qamçının altına saldı ki, Əli (ə)-dan əl çəksin. Lakin sonralar bu cür məsələlərin nəql edilməsinin xəlifələrin məqam və mövqeyi ilə münasib olmadığını gördükdə onu nəql etməkdən çəkindilər."

Seyyid Mürtəzanın öz müddəasına gətirdiyi şahid budur: "Çoxlu nəzarətin olmasına baxmayaraq yenə də onların bəzi kitablarında bu əhvalat gözə dəyir. Şəhristani mötəzilənin rəisi Ibrahim ibni Səyyardan (Qutam adı ilə məşhurdur) belə nəql edir: "Ömər beyətalma günlərində qapını Fatimənin böyrünə çırparaq onun bətnində olan uşağı siqt elədi, sonra əmr etdi ki, evi içində olanlarla birlikdə yandırsınlar. Halbuki evdə Əli, Fatimə, Həsən və Hüseyndən başqa heç kim yox idi."


Zəhra (ə)-İn məqamİ Peyğəmbər (s)-İn o bİrİ qİzİ Zeynəbİn məqamİndan üstün İdİ


Peyğəmbərin qızı Zeynəbin əri Əbul-As müharibələrin birində müsəlmanlara əsir düşdü, lakin sonralar başqa əsirlər kimi azad olundu. Əbul-As söz verdi ki, Məkkəyə qayıdandan sonra Peyğəmbərin qızının Mədinəyə qayıtması üçün səfər tədarükünü görsün. Peyğəmbər (s) Zeyd ibni Harisə və ənsardan olan bir qrup müsəlmana göstəriş verdi ki, Məkkədən səkkiz mil məsafədə dayansınlar və Zeynəbin kəcavəsi ora çatdıqda, onu Mədinəyə gətirsinlər. Qüreyş Zeynəbin Məkkədən çıxmasından xəbər tutdu, qərara aldılar ki, onu yoldan qaytarsınlar. Cəbbar ibni Əsvəd bir dəstə ilə özünü Zeynəbin kəcavəsinə çatdırdı və öz nizəsini kəcavəyə vurdu. Bu zərbə nəticəsində Zeynəbin bətnində olan uşaq düşdü və Məkkəyə qayıtdı. Peyğəmbər (s) bu xəbəri eşitdikdə çox narahat oldu, hətta Məkkənin fəthində onun (Cəbbarın) qanını halal hesab etdi. Ibni Əbil-Hədid yazır: "Mən bu mətləbi ustadım Əbu Cəfərə oxuduqda buyurdu: "Əgər Peyğəmbər, öz qızı Zeynəbi qorxudub onun uşağının düşməsinə səbəb olan bir kəsin qanını halal etmişdirsə, onda sağ olsaydı, qızı Fatiməni qorxudub, onun oğlu Möhsünün siqt olmasına səbəb olan şəxsin qanını hökmən halal edərdi."

İnsanlarİn İnsanlar üzərİndəKİ haKİmİyyətİ


Xəlifələrin xilafətini "insanların insanlara hakimiyyəti", yaxud "məşvərət" (şura) şəklində izah etmək istəyənlər aşağıdakı iki dəstədən biridir:

1) Birinci dəstə həmişə islami prinsipləri müasir fikirlər və hazırkı elmi meyarlarla uyğunlaşdırmaq, bununla da qərblilərin və qərbsayağı olanların nəzər-diqqətini islama cəlb etmək və belə göstərmək istəyirlər ki, insanların insanlar üzərində hakimiyyəti yeni bir fikir olmamış, əksinə 14 əsr bundan qabaq islamda da mövcud imiş, Peyğəmbər (s) vəfat edəndən sonra onun ətrafındakılar xəlifə seçkisində bunu həyata keçirmişlər. Bu dəstənin məsələyə pak niyyətlə yanaşmasına baxmayaraq, təəssüflə islami məsələlərdə tədqiqat aparmaq üçün özlərini əziyyətə salmır, mütəxəssislərə də müraciət etmir, nəticədə bir sıra əsassız ideyalara və aldadıcı mətləblərə arxalanaraq haray-həşir qoparırlar.

2) Ikinci dəstə bəzi səbəblərə görə şiəliyə və ruhaniyyətə qarşı kin bəsləyir və bəzi vaxtlar gizli təhriklər nəticəsində sünnüləşməyə meyl göstərirlər, cürbəcür əxlaqi fəsadlar və əqidə pozğunluqları ilə mübarizə etmək əvəzinə, mömin, lakin sadəlövh cavanlara qoşulub onların şiəliyə olan etiqadlarını sarsıdırlar. Əvvəlki dəstənin buraxdığı səhvlər islah oluna bilər. Onlara düzgün və etimad oluna biləcək sənədlər təqdim olunduqda öz yanlış fikir və səhv yollarından qayıdırlar. Ona görə də, onlarla pis rəftar etmək rəva deyildir. Onlara edilə biləcək ən yaxşı xidmət həmişə onlarla əlaqədə olmaq və elmi, nəzəri əlaqələri kəsməməkdir. Amma ikinci dəstənin islah və hidayət olunması çox çətindir. Çünki kinli olmalarından əlavə, din barəsində düzgün və kifayət qədər məlumatları yoxdur. Buna görə də onları düz yola hidayət etmək üçün göstərilən səylər əksər hallarda faydasız olur. Mühüm məsələ sadəlövh və az məlumatlı cavanların onların qurduğu tələlərə düşməmələri üçün çalışmaq, tələyə düşdükləri təqdirdə isə dərhal onların qəlblərindəki şübhə və iradları təmizləməkdir. Məgər əql və şəriət icazə verərmi ki, hakim partiyanın məmurları evlərə yürüş edib orada yığışanları beyət etmək üçün süngü gücü ilə məscidə aparalar?! Görəsən, seçkili cəmiyyətin mənası budurmu ki, hakim partiyanın rəisi müxaliflərdən və bitərəflərdən zorla beyət almaq üçün bir qrup adamı məmur etsin və beyət etmədikləri təqdirdə onlarla vuruşsun?!

Tarix şəhadət verir ki, o dövrə hakim olan partiya üzvləri içərisində daha çox beyət almaq və rəy toplamaq üçün Ömər hamıdan çox israr edir və bu yolda hətta silaha da əl atırdı. Zübeyr də Fatimə (ə)-ın evinə yığışanlardan biri idi. Bu zaman onun risalət ailəsi ilə olan əlaqəsi gərginləşməmişdi. Məmurlar evdəkilərə həddindən artıq təzyiq göstərdikdə Zübeyr qılıncını siyirib çölə çıxdı və dedi:–"Heç vaxt beyət etməyəcəyəm! Beyət etməməyim bir yana, üstəlik gərək hamınız Əli ilə beyət edəsiniz!"

Zübeyr islamın adlı-sanlı qəhrəmanlarından, şücaətli və mahir cəngavər idi. Onun qılınc zərbələri başqa zərbələrdən seçilirdi. Buna görə də, məmurlar təhlükə hiss edib hamılıqla onun üstünə cumdular və qılıncını əlindən aldılar. Beləliklə də böyük bir qırğının qarşısı alındı.

Ömərin bu qədər israrının, başqa sözlə "canfəşanlığının" səbəbi nə idi?! Görəsən, doğrudanmı bu meydana pak niyyətlə girişmişdi, yoxsa Əbu Bəkrlə onun arasında bir sövdələşmə var idi?! Əmirəl-möminin Əli (ə) məmurların təzyiqinə məruz qaldığı və ölümlə təhdid edildiyi vaxt Ömərə xitabən dedi: "Ömər, (xilafət südünü) yaxşı sağ ki, çünki onun yarısı səninkidir. Xilafəti Əbu Bəkr üçün möhkəm bağla ki, sabah sənə qaytarsın."

Əgər doğrudan da Əbu Bəkr üçün beyət alınması, seçki əsasında olmuşdusa və "əmruhum beynəhum şura" ayəsinin aşkar nümunəsi idisə, onda nə üçün o, ömrünün son anlarında üç işi görməməsini arzu edirdi? O deyirdi: 1) Kaş Fatimənin evinin ehtiramını saxlayıb ona həmlə əmrini verməyəydim, hətta qapını məmurların üzünə bağlasaydı belə. 2) Kaş Səqifədə xilafət yükünü çiynimə götürməzdim və onu Ömərin və Əbu Übeydənin öhdəsinə qoyar, özüm isə vəzirliyi və müavinliyi qəbul edəydim. 3) Kaş Əl-Fəcat ləqəbi ilə məşhur olan Əyas ibni Əbdüllahı yandırmayaydım.

Təəssüfləndirici bir haldır ki, məşhur şair Məhəmməd Hafiz Ibrahim Misri (1351-ci hicri ilində vəfat etmişdir) özünün "Öməriyyə" qəsidəsində ikinci xəlifəni mədh etmiş, onun Fatimə (ə)-a qarşı etdiyi hörmətsizliyi tərifləmişdir:



"Ömərin Əliyə dediyi sözləri yada sal. Dinləyicini əzizlə, danışana təzim et.

Əliyə dedi ki, əgər beyət etməsən evini yandıraram və icazə vermərəm ki, orada qalasan.

Bu sözləri deyəndə həzrət Məhəmməd Mustafanın qızı evdə idi.

Bu sözü Ömərdən başqası deyə bilməzdi. O, rəhbər, Ədnan ərəbinin sərkərdəsi və onun himayəçisi idi."

Bu şüursuz şair, ilahi ərşi lərzəyə gətirən bir cinayəti xəlifə üçün fəxr saymaq istəyir. Görəsən, Peyğəmbər (s)-in əziz qızının Ömərin yanında azacıq olsa belə, hörmətinin olmaması və onun Əbu Bəkrə rəy toplamaq məqsədi ilə evi və Peyğəmbər (s)-in qızını yandırması bir iftixardırmı?! Gülünc vəziyyətdir ki, "Iqdül-Fərid" kitabının müəllifi yalandan belə nəql edir: "Əli (ə)-ı məscidə gətirdikləri vaxt xəlifə ona dedi:–Bizim rəhbərliyimiz sənin xoşuna gəlmədi?

Əli (ə) dedi:–Niyə ki gəlməsin!? Əksinə, mən özümə söz vermişdim ki, Peyğəmbər (s)-in vəfatından sonra Quranı bir yerə yığmayınca çiynimə əba salmayam. Buna görə də, başqalarından geri qaldım və sonra beyət etdim."

Halbuki onun özü və başqaları Ayişədən nəql edirlər ki, Fatimə (ə)-ın sağ olduğu altı ay müddətində Əli (ə) beyət etmədi və yalnız onun vəfatından sonra xəlifə ilə beyət etdi. (O həzrətin "Nəhcül-bəlağə"dəki sözləri bu həqiqətə dair aşkar bir şahiddir). Bu müddət ərzində təkcə Əli (ə) deyil, üstəlik Səqifə hadisəsində adlarını şərh etdiyimiz şəxslər də xəlifə ilə beyət etmədilər. Əli (ə)-ın vilayətinin ən böyük köməkçisi Salman Əbu Bəkrin xilafəti haqqında belə dedi: "Elə bir adamın xilafətini qəbul etdiniz ki, yalnız yaş cəhətindən sizdən böyükdür. Siz öz Peyğəmbərinizin Əhli-beytini bir kənara qoydunuz. Halbuki əgər xilafəti öz mehvərindən çıxarmasaydılar, heç vaxt ixtilaf yaranmazdı və hamınız haqq xilafətin meyvələrindən bəhrələnərdiniz.



Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin