Mürəkkəb-reoloji neftlərin quyudibi zonada süzülməsinin və nasos-kompressor borularında hərəkətinin təhlili və tədqiqi Mehdiyev Elnur Abdurəhman
ADNSU, Qaz-Neft-Mədən fakultəsi, Neft qaz yataqlarının işlənməsi, Magistr
E-mail ünvanı: elnurrr554@gmail.com
Telefon Nömrəsi: +994516483121
Xülasə Məqalədə Mürəkkəb-reoloji neftlərin quyudibi zonada süzülməsinin və nasos-kompressor borularında hərəkətinin təhlili və tədqiqi verilmişdir. Praktika göstərir ki, dünya neft sənayesində istifadə olunan neft yataqlarının bəziləri qeyri-Nyuton xassəlidir. Belə yataqlarda olan neftlərin tərkibində müəyyən miqdarda parafin, asfalten, qətran vardır. Bu cür neftlərin süzülməsi Darsi qanununa tabe olmur. Bu məsələni həll etmək üçün ümumiləşdirilmiş Darsi qanunundan istifadə edilir. Bu qanun, əsasən, özlü-plastik mayelər üçün öz doğruluğunu ödəyir. Bu qanuna görə yeni bir parametrin süzülməyə təsiri öyrənilir. Bu parametr başlanğıc toxunma gərginliyidir. Başlanğıc toxunma gərginliyinin fiziki təsiri nəticəsində quyudibinə süzülən neftin hasilatı azalır. Bu halda neftin süzülməsi üçün əlavə təzyiqdən istifadə olunması zərurəti yaranır. Lay temperaturu aşağı düşərkən başlanğıc toxunma gərginliyi artır, bu da öz növbəsində bir çox prosesə əks təsir göstərir. Ona görə də ümumiləşdirilmiş Darsi qanunu bir sıra süzülmə proseslərində istifadə oluna bilər.
Son dövrlərdə quyudibi zonanın neftin süzülmə prosesinə təsiri dünya praktikasında geniş şəkildə öyrənilir. Süzülməyə təsir edən göstərici kimi skin zonanın öyrənilməsi aktual məsələdir. Skin zonanın təsiri həm müsbət, həm də mənfi ola bilər. Bu səbəbdən də bu zonanın təsirinin öyrənilməsi böyük əhəmiyyət daşıyır. Bu parametrin dəyişdirilməsi hasilata öz təsirini göstərir. Skin faktor ölçüsüz kəmiyyət olub, layın sonrakı keçiriciliyinin ilkin keçiriciliyə nəzərən necə dəyişdiyini göstərir. Əgər bu parametr mənfi qiymət alarsa, onun təsiri müsbət olacaqdır. Belə olduğu halda hasilatın artması müşahidə ediləcəkdir. Skin faktorun mənfi qiymət almasına səbəb kimi hidravliki yarılmanı, lay simulyasiyasını, yüksək mailliyə malik quyu lüləsini göstərmək olar. Əgər bu parametrin qiyməti müsbət olarsa, bu zaman o mənfi təsir göstərəcəkdir. Bu halda isə hasilat azalacaqdır. Skin faktorun mənfi qiymət almasına qismən tamamlama, perforasiya saylarının kifayət qədər olmaması, faza dəyişmələri, turbulentlik, yatağın ilkin keçiriciliyinin azalması səbəb olur.