4. Texniki-iqtisadi inkişaf zonaları. Bu cür zonaların yaradilmasından məqsəd ölkə ərazisində yüksək texnoloji istehsalın təşkilini həyata keçirməkdən ibarətdir. Belə zonalarda fəaliyyət göstərən müəssisələrdə istehsalın idarə edilməsinin müsir metodlarından istifadə etməklə mütərəqqi istehsal texnologiyaları işlənib hazırlanır və tətbiq edilir. Bu cür zonalar əsasən inkişaf etmiş ölkələrdə daha çox yaradılır.
5. Yeni və yüksək texnologiyaların inkişafı zonaları.Bu cür zonalar ayrı - ayrı ölkələrdə “inkubatorlar”-ın, “biznes-innovasiya mərkəzləri”-nin “texnoparklar”-ın və “texnopolislər”-in yaradılmasını nəzərdə tutur. Belə zonalar əsasən inkişaf etmiş ölkələrdə - ABŞ, Yaponiya, Almaniya və Çin kimi ölkələrdə yaradılmışdır. Onların əsas məqsədi yeni və yüksək texnologiyalar, elmtutumlu məhsullar yaratmaqdan ibarətdir. Bir çox innovasiyalar, kəşflər, yeniliklər məhz bu zonalarda yaradılır. Dünya iqtisadiyyatının və eləcə də milli iqtisadiyyatların inkişafında bu zonaların rolu olduqca böyükdür.