12 Bax: Azərbaycan ədəbiyyatı tarixi. I cild.- Bakı, 1960,-s. 326.
13 Əbdi bəy Şirazi. Xəmsəteyn (əlyazma),- vər.148b.
14 Abbasqulu ağa Bakıxanov. Əsərləri.- Bakı: Azərnəşr, 1964.-S.287.
15 Z. Xandəmirov. Həbibüs-siyər.-III cild, s.550.
16 Abbasqulu ağa Bakıxanov. Əsərləri,- Bakı: Azərnəşr, 1964.-s.278.
17 Z. Xandəmirov. Göstərilən əsəri. s.59.
18 Abbasqulu ağa Bakıxanov. Əsərləri- Bakı: Azərnəşr, 1964.- s.328.
19 ƏYİ: Əlyazma B-1812.-vər. 219a.
20 ƏYİ: Əlyazma B-1368.- vər.13
21 ƏYİ: Lətaifüt-təvayif.- vər.123.
22 ƏYİ: Lətaifüt-təvayif.- vər.279.
23 ƏYİ: Əlyazma B-1812.- vər 219a.
24 ƏYİ: Əlyazma B-1812.- vər.218a.
25 Məsələn, Qətreyi İsfahani bir imarətin tikilişini mədh etdiyi qəsidənin hər misrasını maddeyi-tarix etmişdir (Bax:Rzaqulu xan Hidayət. Məcməül-füsəha, II cild.-s.423).
26 ƏYİ: Fəna. Maddeyi-tarix (Əlyazma).-vər.9.
27 Şah İsmayıl Xətai. Dəhnamə.- Bakı, 1948.-S.181.
28 ƏYİ: Seyid Əzim Şirvani. Təzkirə (Əlyazma).-s.8.
29 ƏYİ: Lətayifüt-təvayif.-vər.304.
30 Bu şerin başqa variantında son söz (sülsi-əxi-şin) əvəzinə “sülsi do sin” yazılmışdır. Hər iki variantda ümumi rəqəm miqdarı sabit qalır, çünki س + س =120 olduğu kimi, ن + ی +س də 120-dir.
Bu mənbələrdə əsərin adı “Sərv, Gül və Fələknaz”, şairin adı isə Təskin və ya Miskin kimi qeyd edilir.
1 Şeyx Mahmud Şəbüstəri. Gülşəni-Raz. –Bakı, 1972.-s. 9
2 Bax: M. Fuad Köprülüzadə. Türk ədəbiyyatında ilk mütəsəvviflər.-İstanbul,1918.-s.179.
3 Bax: Azərbaycan ədəbiyyatı tarixi. I c –Bakı, 1943.-s.233; Azərbaycan ədəbiyyatı tarixi. I c.- Bakı, 1960.-s.320; “Əsrarnamə” əlyazmasının faksimiləsi.-Azərb.EA nəşri, 1961.- s. 10; C.V. Qəhrəmanov. “Əsrarnamə”nin tərcüməsi və lüğət tərkibi.- ADU Elmi Əsərləri.-1964.-s.83.
4 Bax: Azərbaycan ədəbiyyatı tarixi. I c. –Bakı, 1960.- s.320.
5 Əhmədinin “Əsrarnamə”sində bütün sərlövhələr fars dilindədir.
7 Bu hekayətlər Bakıda 1964-cü ildə nəşr edilmiş “Əsrarnamə” fotofaksimilesində aşağıdakı vərəqlərdədir: 65, 7b, 11b, 15b, 17a, 23b, 25a, 29b, 31a, 35a, 41b, 44a, 45a, 48b, 51b; əlavə səh 4. 8.
8 Habelə XVI əsrin türk alimi Əliəddin Əli ibn Saleh “Ənvari-Süheyli”ni türk dilinə tərcümə edərkən onu əsaslı surətdə dəyişdirib, adını da “Himayunnamə” qoymuşdur.
9 Eduard Braun. Əz Sədi ta Cami. –Tehran.-s.498.
10 Bax: “Türkiyyat məcmuəsi”. II c.- s.481 və 483.
11 Bax: M.F. Köprülüzadə. Türk ədəbiyyatında ilk mütəsəvviflər. – İstanbul, 1918.-s. 269.
12 Bax: “Türkiyyat məcmuəsi”. II c.- s.493.
13 “İran filologiyası problemləri” üzrə Ümumittifaq elmi konfransındakı məruzəsindən.-Bakı, 22-24/YI 1977.
14 Buradaca qeyd etmək lazımdır ki, Əttarın “Əsrarnamə”sində tövhid, nət, münacat, məslək sahibinə tapşırıq və nəsihətlərdən başqa, 81 hekayət və 5 təmsil vardır.
16 Şibli haqqında məlumat verən Köprülüzadə onun dilindən belə bir cümlə gətirir: “Mənsur Həllac ilə mən eyni idik, mənə divanəlik isnad etdikləri üçün edamdan canım qurtuldu, Həllacın aqil olması onu həlak etdi”. (Bax: göstərilən əsəri,s.175).
17 Fəriddədin Əttarın Tehranda 1298-ci hicri ilində (1880 miladi) çap edilən “Əsrarnamə” əsəri, bizim fikrimizcə, ən mükəmməlidir. Bu əsəri çapa hazırlayan alim kitaba kiçik bir müqəddimə də yazmış, sonra başqa qədim bir əlyazma ilə tutuşdurub islah etmişdir. Əhmədinin əlində “Əsrarnamə”nin hansı nüsxəsinin olduğunu müəyyən etmək mümkün deyildir. Əttar “Əsrarnamə”sini köçürən katiblərin bütün xətalarına baxmayaraq, Əhmədinin “Əsrarnamə”si Əttar “Əsrarnamə”sinə bənzəməyən tamamilə müstəqil bir əsərdir.
18 “Fərhəngi-Əmid” adlı lüğətdə “tərcümə” sözünün məlum mənasından başqa, “bir şəxsin nəsəb və əxlaqı” mənası da verilmişdir. Məlumdur ki, “tərcümeyi-hal” sözü də bioqrafiya mənasını verir.
19 İndiyə qədər Əhmədinin bu əsəri də səhvən “Əsrarnamə” tərcüməsinin ikinci nüsxəsi hesab edilmişdir. Halbuki bu əsər “Hədisi-ərbəin” adlanıb, Məhəmməd peyğəmbərin adından deyilən qırx hədisin Azərbaycan dilində mənzum ifadəsidir. Əhmədi hər hədisə müxtəlif mənbələrdən alınmış müvafiq hekayətlər əlavə etmişdir. Bu “Hədisi-ərbəin”də hələlik müəllifi bizə bəlli olmayan “Behcətül-Hədaiq” adlı əsərdən və Zəməxşərinin “Rəbiül-əbrar” adlı məşhur əsərindən alınmış rəvayət və hekayətlər də vardır. 7000 misraya yaxın bir həcmə malik olan bu əsər Caminin fars dilində nəzmə çəkdiyi və Füzulinin onu Azərbaycan dilinə mənzum tərcümə etdiyi “Hədisi-ərbəin”dən əvvəl yazdığı üçün olduqca mühümdür. Əlyazmalar İnstitutunda mühafizə edilən əlyazmada Əhmədi “Hədisi-ərbəin”nin 47 vərəqi qalmış və burada 25 hədis vardır. Sondan 15 hədis düşmüşdür. Əlyazmanın axırında Əhmədi “Əsrarnamə”sinin bizə məlum olan son səhifəsi qalmışdır. Bu bircə səhifə alimlərdə bütün əlyazmanın “Əsrarnamə” olması qənaətini yaratmışdır. Buradan aydın olur ki, əlyazmada həmin 15 hədislə yanaşı, Əhmədinin “Əsrarnamə” əsəri də mövcud olmuş və sonradan düşüb itmişdir. Bu əsərin də əvvəldən və sondan naqis yeganə nüsxəsi Əlyazmalar İnstitutunda B-2873 şifrəsi altında mühafizə edilir.
20 Yeri gəlmişkən qeyd edək ki, Əbdürrəhman Cami də (1414-1492) peyğəmbərin adından rəvayət edilən 40 hədisin hər birinə aid bir rübai yazdığı halda, özünü haman əsərin müqəddiməsində nazim-mütərcim adlandırmışdır. Halbuki bu rübailərin heç birini tərcümə hesab etmək olmaz.
21 Əhmədi “Əsrarnamə”sinin son beyti belədir:
Girdi Əttar evinə Mövlana xoş,
Şəms əlindən ol şərabi etdi nuş (vərəq 55a)
Əhmədi özünə mövlana deyə bilməzdi. Bu beyt mütləq Cəlaləddin Rumiyə aiddir, çünki ancaq o “Əttar evinə girib Şəms əlindən badə içmişdir”. Buradan da başqa ehtimal meydana çıxır ki, həmin 20 hekayətdən bəziləri Rumi “Məsnəvi”sindən alınmışdır.
22 Əhmədi Təbrizinin ayrıca “Divan”nının olması da şübhə doğurmur.