Mənsurun bu hərəkatı yatırmaq üçün bütün cəhdləri, demək olar nəticəsiz qaldı. Məhəmməd özü Mədinənin ətrafında gizlənsə də onun tərəfdarlarının sayı günbəgün artır, artıq şəhər inqilabın mərkəzinə çevrilirdi.
Nəhayət, bu hərəkatı inqilaba sövq edən neçə illik mübarizədən sonra 145-ci ilin rəcəb ayında Mədinəyə daxil olub kütləvi bey`ət topladıqdan sonra şəhərin idarəsini öz ixtiyarına aldı. Halbuki son qələbə üçün lazımı tədarük görülməmiş və onun müxtəlif məntəqələrə yolladığı nümayəndələr də işi tam başa çatdıra bilməmişdilər. Bu minvalla şəhər zindanının qapılarını sındırıb məhbusları azad etməklə silahlı qiyamın ilkin təməlini qoydular.
Mənsur xəbərdar olan kimi cəld qardaşı İsanın başçılığı ilə Mədinəyə qoşun göndərdi. Çox qızğın və qanlı döyüşdən, həmçinin qiyamçıların sarsılmaz fədakarlıq və rəşadətindən sonra Mədinə şəhəri süqut etdi və qiyam yatızdırıldı. Bu döyüşdə çoxları qırıldı, o cümlədən Məhəmməd və yaxın silahdaşları qətlə yetirildi.1 Bu məğlubiyyətdən sonra elə həmin il qardaşı İbrahim Bəsrədə qiyam etdi. Bu qiyamda da İbrahim məğlub olaraq öldürüldü.2 Tarixdə çox mühüm olan Məhəmmədin inqilabının siyasi, ictimai, hərbi və təchizati kimi müxtəlif məxlubolma səbəbləri olmuşdur ki, burada təfsilatı ilə açıqlamağa imkan yoxdur.3
Dostları ilə paylaş: |