Müaviyənin baş aldatmaları
Müaviyə hakimiyyəti dövründə avam aldadıcı plan və siyasətlərlə öz hökumətini şəri və İslami bir hökumət kimi göstərməyə çalışırdı. O camaatın fikrini onun hökumətinin həqiqi İslam siyasətindən kənar olduğunu anlamaqdan yayındırırdı. Düzdür Müaviyə əməldə İslamı təhrif etmiş və əsl İslam hökumətinin yerinə Əməvi hakimiyyətini gətirib çıxarmaqla İslami cəmiyyəti qeyri-İslami cəmiyyətə çevirmişdi lakin bununla belə yenə də İslamın zahirinə əməl edir zahirdə İslam qayda-qanunlarına riayət edirdi. Arada olan pərdələri cırmırdı sarayında azca da olsa, İslamın zahiri qayda-qanunlarını dəyişməyə qoymurdu. O çox yaxşı bilirdi ki din və İslam xilafəti adı ilə camaata başçılıq edir. Buna görə də, aşkarda elə bir iş görməməli idi ki camaat o işi dinə qarşı mübarizə kimi qələmə versin. Çünki Müaviyə də elə bu dinə əsasən, camaata rəhbərlik edirdi. Əksinə o tutduğu mövqeyə uyğun olaraq həmişə öz əməllərini din çərçivəsində yerləşdirirdi. İslam və din qayda-qanunlarına uyğun olmayan işləri isə gizlində görürdü.
Bundan əlavə, Müaviyə çətinlikləri həll etməkdə və müşkülatı yoluna qoymaqda fövqəladə bir siyasət işlədirdi. Çətinlikləri xüsusi yollarla həll edirdi. Ancaq Yezid bu cür siyasət yeritmirdi. Elə bu iki səbəbə görə Müaviyənin hakimiyyəti dövründə qiyamın qələbə ilə nəticələnməsi və şəhadətin müsbət təsir verəcəyi sual altında qalırdı. Çünki camaat o vaxt Əməvi hakimiyyətinə qarşı qiyam etməyi düzgün hesab etmirdi. O vaxt camaatda Əməvi hakimiyyətinə qarşı hələ nifrət hissi oyanmamışdı. Cəmiyyətin ümumi fikri Müaviyənin İslamdan kənar olduğunu hələ anlamadığına görə, bəzi gözlənilməz ünsürlər səbəbindən İmam Həsən əleyhissəlamın Müaviyə ilə mübarizəsi haqqın batilə qarşı mübarizəsi kimi yox hakimiyyət uğrunda mübarizə kimi hesab olunurdu. Belə bir vaxtda şəhid olmaq qiyamın məqsədlərini irəli aparmaqda heç bir kömək etməz camaatın ümumi rəyi səhv formalaşar və bununla da, həqiqət heç olardı.
Dostları ilə paylaş: |