Təvvabin və Muxtar qiyamları haqqında qısaca məlumatları ona görə verdik ki bu qiyamlar İmam Hüseyn əleyhissəlamın şəhadətindən az sonra baş vermişdir. Ancaq bunu da bilirik ki İmam Hüseyn əleyhissəlamın inqilabından nəşələnmiş hərəkatlar təkcə bu iki qiyamla bitmir. Sonrakı illərdə də neçə-neçə qiyamlar baş vermişdir. Onların ən böyüyü hicrətin yüz otuz ikinci ilində qələbə ilə başa çatan və Bəni-Üməyyənin hökumətinə son qoyan Abbasilər qiyamı olmuşdur. Abbasilər qiyamının qalib gəlməsinin ən başlıca səbəbi Bəni-Üməyyənin Bəni-Haşimə qarşı etdiyi zülmləri və həmçinin, bu sülalənin məzlumiyyətini aşkar etmələri oldu. Camaatın qəzəbini Bəni-Üməyyəyə qarşı artırmaq baxımından İmam Hüseyn əleyhissəlamın şəhadətini xatırlatmaq böyük təsir bağışlamışdı. Tarixçilər yazırlar: “Elə ki sonuncu Əməvi xəlifəsi Mərvanın kəsilmiş başını ilk Abbasi xəlifəsi Əbül-Abbasın hüzuruna gətirdilər Əbül-Abbas uzun-uzadı bir səcdə etdi. Başını səcdədən qaldırdıqdan sonra Mərvanın kəsilmiş başına xitab edərək dedi: “Şükr olsun Allaha ki mənim qisasımı səndən və qəbiləndən aldı. Şükr olsun Allaha ki mənə sənin üzərində qələbə qazandırdı.” Sonra əlavə edib dedi: “İndi mənim üçün nə vaxt öləcəyim mühüm deyil çünki Hüseyn əleyhissəlamın intiqamı naminə Bəni-Üməyyədən iki min nəfəri öldürdüm.”1
Bəni–Üməyyə nümayəndələrinin sağ qalanlarının ölümcül cəsədlərini Əbül-Abbasın hüzurunda bir-birinin üzərinə yığdıqdan sonra o əmr etdi ki cəsədlərin üstündə süfrə salıb yemək hazırlasınlar. Özü isə cəsədlərin üstündə oturub yemək yeməyə başladı. Cəsədlərin bir neçəsi hələ də onun altında o tərəf-bu tərəfə çırpınırdı. Yeməyi yeyib qurtardıqdan sonra dedi: “Heç ömrümdə bu cür iştaha ilə yemək yeməmişdim.” Sonra əlavə edib dedi: “Bunların ayaqlarından tutub sürükləyərək yollara atın. Qoy camaat bunları öləndən sonra da lənətləsin. Çox çəkmədi camaat gördü ki itlər əyinlərində bahalı və zərli tikişlərlə tikilmiş paltarlar olan cənazələri yerlə sürükləyirlər.”2