Abdullah ibn Zübeyr zahirən islahedici və mal-dövlət düşgünü idi. O hicrətin altımışıncı ili İmam Hüseyn (əleyhissəlam) Məkkəyə gəlməzdən bir az qabaq Məkkəyə gəlib orada yaşamağa başlamışdı. Ancaq İmam Hüseyn (əleyhissəlam) Məkkədə olan müddətdə o meydandan çıxmış və camaatın nəzərindən uzaqlaşmışdı. İmam Hüseyn (əleyhissəlam) şəhid olduqdan sonra meydan onun üçün boşaldı və Yezidə qarşı müxalifətçilik edib özünü xəlifə adlandırdı.
Abdullahın Əli əleyhissəlamın ailəsi ilə arası bir o qədər də, yaxşı deyildi. Onun Cəməl döyüşünü törətməkdə böyük rolu olmuşdur. O Məkkədə olduğu müddətdə xütbələrin əvvəlində Peyğəmbərə salam göndərməyi qadağan etmişdi. Bunun səbəbini ondan soruşduqda, belə demişdi: “Peyğəmbərin bəzi pis qohumları var. Peyğəmbərin adı gələn kimi onlar başlarını yuxarı tuturlar (təkəbbür edirlər).”3 Elə bu işlərinə görə də İmam Səccad (əleyhissəlam) onun fitnə-fəsadından nigarançılıq keçirirdi.4 Bəzi tarixçilərin yazdığına görə Mədinə camaatının qiyamında Abdullah ibn Zübeyrin böyük rolu olmuşdur. O İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra iraqlıları danlayıb deyirdi ki siz İmam əleyhissəlamı dəvət etdiniz sonra isə ona kömək etmədiniz. Abdullah Yezidi də bərk pisləyir onu şərabxor itbaz azğın adlandırır və camaatı onu xəlifəlikdən salmağa çağırırdı.5 Tarixçilər həmçinin, qeyd edirlər ki Mədinə hakimi və Bəni-Üməyyə tərəfdarlarının Mədinədən qovulması da, Abdullahın razılığı ilə olmuşdur.1
Dostları ilə paylaş: |