Deyilənlərdən belə məlum olur ki İmam Səccad (əleyhissəlam) Aşura hadisəsindən sonra iki çətin yolayrıcına yetişmişdi: Ya öz dostları arasında həyəcan və etiraz hissi oyatmaqla (bunu İmam Səccad (əleyhissəlam) çox asanlıqla yerinə yetirə bilərdi) çox qəti bir hərəkata əl atıb müxalifət bayrağı ucaldaraq inqilabi bir hadisə yaratmalıydı ki, bu inqilabın da davamlı və nəticəli olması üçün lazımi şəraitin olmaması məcbur edirdi ki İmam (əleyhissəlam) mübarizədən çəkinsin və meydanı Bəni–Üməyyə üçün azad qoysun. Ya da səthi etirazı, gözəl və ölçüb-biçilmiş tədbirlə cilovlamalı, ilk növbədə öz böyük işinin müqəddiməsini hazırlamalı yolgöstərici bir fikir və həmçinin, əsas işə başlamaq üçün yaxşı kadrlar (İslam həyatının işini təzələmək İslam cəmiyyətini və İslam nizam-intizamını yenidən qurmaq kimi işləri) hazırlamalıydı. O, Həzrət həmçinin, qısa bir vaxtda özünün və etibar etdiyi azsaylı dostlarının canını təhlükədən qorumalı düşmən qarşısında meydandan çəkilməməliydi. Öz həyatı boyu o Həzrət, Bəni–Üməyyə hakimiyyətinin axtarıcı və qorxu yaradan gözündən gizlində qalmalı, bu cəbhədə (yaxşı insanlar tərbiyə etmək və yolgöstərən bir fikir öyrətmək cəbhəsində) amansız ancaq gizli mübarizəyə məşğul olmalı sonra da şübhəsiz ki məqsədə yaxın olan bu yolu davam etdirərək özündən sonrakı İmama çatdırmalıydı. Məlumdur ki birinci yol fədailər yoludur. Ancaq məsləki uğrunda mübarizə aparan bir rəhbər özü də elə bir rəhbər ki onun işinin təsir şüası nə təkcə öz dövrü ilə məhdudlaşır hətta bütün tarixi əhatə edir və belə bir rəhbərin təkcə fədai olması kifayət etmir. O eyni zamanda hövsələli dözümlü uzaqgörən gələcəyi fikirləşən və tədbirli də olmalıdır. Bu şəraitin yığılıb toplanması ikinci yolu İmam Səccad (əleyhissəlam) üçün labüd edir.1