2.5 Naqilsiz LAN Standartları
Naqilsiz şəbəkələrdə Ethernet texnologiyası artıq özünə çox böyük populyarlıq qazanmışsır. Bu texnologiya IEEE (Institute of Electrical and Electronics Engineering) tərəfindən inkişaf etdirilmiş 802.3 standartı ilə işləməktədir. Ethernetin əsas üstün cəhətləri ondan ibarətdir ki, o yüksək sürət təmin edir və digər şəbəkə texnologiyaları ilə uyumlu işləyə bilir. Ethernet ilk başlarda 10 Mbps sürəti ilə çalışsa da getdikcə inkişaf etdirilərək 100 Mbps-ə kimi yüksəlmişdir.
Naqilsiz şəbəkələr yaradıldıqları ilk illərdə çox kiçik sürətli informasiya ötürməsi təmin etməkdəydilər, 1-2 Mbps. Həm də bahalıydılar. Bu mənfi cəhətlərə baxmayaraq naqilsiz şəbəkələrin sərbəst və elastikliyi onları vertikal bazarda yer almasına kömək etdi. İlk olaraq ticarət işçiləri bu növ şəbəkələrin xidmətindən faydalanmağa başladılar. Daha sonra isə səhiyyə işçiləri evinə getdikləri xəstəsinin haqqında məlumatın ümumi bazadan alınması üçün naqilsiz şəbəkələrdən istifadə etməyə başladılar. Bundan sonra isə naqilsiz şəbəkələr artıq məktəb, universitet və digər müəssisələrdə yayılmağa başladı. Tezliklə naqilsiz cihaz istehsalçıları anladılar ki, bu texnologiyanın geniş yayılması üçün onlara Ethernet kimi bir standart lazımdır. 1991-ci ildən başlayaraq bir neçə standart inkişaf etdirildi. Nəhayət 1997-ci ilin iyununda IEEE naqilsiz şəbəkələr üçün 802.11 standartını inkişaf etdirdi.
802.3 standartının informasiyanı burulmuş cüt kabel ilə göndərdiyi kimi, 802.11 standartı da bunun üçün infra-qırmızı işıq və lisenziyasız 2,4 tezliyində yayımlanan radio dalğadan istifadə edir.
Dostları ilə paylaş: |