Naxçıvan Muxtar Respuplikasinin
Naxçıvan Dövlet Unverstetinin nezninde Naxçıvan Texniki Kollec
Bələdiyyə işi 3- kurs Məmmədova Fatma Mövzu:QanunvericilikHakimiyyəti Azərbaycan Respublikası Konstitusiyasının həll etdiyi əsas məsələlərdən biri dövlət hakimiyyəti məsələsidir. Konstitusiyasının üçüncü bölməsində ifadə olunan normalar məhz bu vacib məsələnin müəyyənləşdirilməsinə həsr edilmişdir. Bu normalar dövlət hakimiyyətinin təşkilinin əsaslarını müəyyən edir. Hakimiyyətin bölgüsü prinsipinə uyğun olaraq dövlət hakimiyyətinin sahələri arasında əsas yer qanunvericilik hakimiyyətinə məxsusdur. Ona görə ki, hakimiyyətin digər iki sahəsinin , yəni icra hakimiyyətinin və məhkəmə hakimiyyətinin öz fəaliyyət sferası olsa da, onlar qanunvericilik hakimiyyətinin qəbul etdiyi qanunlar adından və qanunların icrası məqsədilə fəaliyyət göstərirlər. Amma qanunvericilik hakimiyyəti dövlət hakimiyyətini icra və məhkəmə hakimiyyətləri ilə bərabər həyata keçirir. Qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının parlamenti tərəfindən həyata keçirilir Parlamentin kökləri qədim Yunanıstanda və qədim Romada nümayəndəli orqanların fəaliyyəti ilə bağlıdır. Lakin buna baxmayaraq parlamentin ilk vətəni İngiltərə hesab edilir. Parlament dedikdə, ölkə əhalisi tərəfindən seçki yolu ilə yaradılan, qanunvericilik hakimiyyətini həyata keçirən ali nümayəndəli dövlət hakimiyyəti orqanı başa düşülür Parlament qanunvericilik hakimiyyətinin ali orqanıdır. O, həm də dövlət hakimiyyətinin ali nümayəndəli orqanı hesab edilir. Parlament ali qanunvericilik hakimiyyətinin daşıyıcısıdır. Hər bir dövlətdə parlamentin öz adı vardır. Belə ki, xarici dövlətlərdə qanunvericilik hakimiyyətini həyata keç-
rən ali orqanı ifadə etmək üçün müxtəlif adlardan istifadə edilir. Məsələn, ABŞ-da parlamentə Konqress, Misirdə Xalq Məclisi, Özbəkistanda Ali Məclis və s. deyilir. Azərbaycan Respublikasının parlamenti isə Milli Məclis adlanır. Azərbaycan Respublikasının Konstitusiyasında «parlament» adından istifadə olunmur. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirir (Konstitusiyanın 81-ci maddəsi). Milli Məclis Azərbaycan xalqının suveren İradəsini ifadə edir. O, ölkə həyatı üçün mühüm və vacib olan ictimai münasibətləri əsasən və başlıca olaraq qanunlar qəbul etmək yolu ilə tənzimləyir, icra hakimiyyəti orqanlarının və ali vəzifəli şəxslərin fəaliyyətinə nəzarəti həyata keçirir, dövlətin digər ali orqanlarını təşkil edir, hökumətin bağladığı beynəlxalq müqavilələri təsdiq edir və s. Milli Məclis iki əsas funksiya yerinə yetirir; o qanunvericilik funksiyasını; • nümayəndəlik funksiyasını. Milli Məclisin qanunvericilik funksiyasının mahiyyəti ondan ibarətdir ki, o, qanunlar qəbul edir. Qanun yaratmaq Milli Məclisin əsas funksiyası hesab edilir. Milli Məclisin nümayəndəlik funksiyasının mahiyyəti isə ondan ibarətdir ki, o, Azərbaycan xalqını təmsil edir, ondan birbaşa səlahiyyət alır. Milli Məclis bilavasitə xalq tərəfindən seçilir. Buna görə o, xalqın nümayəndəsi hesab edilir. Məhz bu səbəbdən Milli Məclis xalq adından danışa və xalq adından müraciət edə bilər. Milli Məclis demokratik yolla formalaşır. Belə ki, Milli Məclisin dövlət hakimiyyəti orqanları iki yolla - seçkilər və"quruluşu^ olunma yolu ilə yaradılır. Milii Məclis məhz seçkilər yolu ilə formalaşır. Bu yol isə demokratik yoldur. Milli Məclisə seçkilər majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə keçirilir. Majoritar seçki sisteminə (fransızca «majorité» - «çoxluq») uyğun olaraq seçki dairəsi üzrə seçicilərin səs çoxluğunu əldə etmiş namizəd seçkidə qələbə qazanmış hesab edilir. Deməli, parlamentin formalaşması prosesində majoritar seçki sistemindən istifadə olunur. Yalnız majoritar seçki sistemi əsasında Milli Məclisə seçkilər keçirilə bilər.
Ali Məclisin say tərkibinə gəldikdə qeyd etmək lazımdır ki, o, 125 deputatdan ibarətdir. Yalnız Azərbaycan Respublikasının vətəndaşı Milli Məclisin deputatı seçilə bilər, özü də onun yaşının 25-dən aşağı olmaması tələb edilir. Bəzi kateqoriya şəxslərin Milli Məclisə deputat seçilməsinə yol verilmir. Onlar deputat seçilə bilməzlər. Həmin şəxslərə aiddir: ikili vətəndaşlığı olan şəxslər; başqa dövlətlər qarşısında öhdəliyi olan şəxslər; icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən şəxslər; elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər; din xadimləri; məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər; ağır cinayətlərə görə məhkum olunmuş şəxslər; məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslər. Göründüyü kimi, Milli Məclisin formalaşdırılması üçün Milli Məclisə seçiləcək şəxslər barəsində müəyyən tələblər müəyyən edilir. Həmin şəxslər bu tələblərə uyğun olmalıdır. Dünya ölkələrində fəaliyyət göstərən parlamentlər quruluşca birpalatalı və ya ikipalatalı olur. Parlament dedikdə adətən, ya birpalatalı nümayəndəli qanunvericilik orqanı, ya da ikipalatalı parlamentin aşağı palatası başa düşülür. Azərbaycan Respublikasının parlamentinə - Milli Məclisə gəldikdə isə qeyd etmək lazımdır ki, o, öz quruluşuna görə birpalatalı parlamentdir. Bu, Azərbaycan dövlətinin siyasi-ərazi quruluşuna görə forması ilə bağlıdır. Axı, Azərbaycan dövləti göstərilən əlamətə görə unitar dövlətdir. Deməli, Azərbaycan Respublikasında birpalatalı parlament modelindən istifadə olunur. Belarusiya, Qazaxıstan və Qırğızıstan kimi dövlətlər isə ikipalatalı parlament modelini qəbul etmişlər. Milli Məclis daim fəaliyyət göstərən orqandır. O, sessiyalar qaydasında fəaliyyət göstərir. Sessiya parlamentin fəaliyyətinin əsas formasıdır. Parlamentin təşkilati fəaliyyət formalarından biri sessiya hesab edilir. Sessiyalar özü iki cür olur: • növbəti sessiya; • növbədənkənar sessiya. Milli Məclisin növbəti sessiyası dedikdə, qanunda nəzərdə tutulan ardıcıllıqla keçirilən yaz və payız sessiyaları başa düşülür. Martın 1-də başlayıb, mayın 31-dək davam edən növbəti sessiya yaz sessiyası adlanır. Sentyabrın 1-də başlayıb, dekabrın 30
dək davam edən sessiyaya isə payız sessiyası deyilir. Milli Məclis hər il iki növbəti sessiyaya - həm yaz sessiyasına, həm də payız sessiyasına yığılır, yəni ildə iki dəfə sessiya çağırılır. Sessiya dövründə Milli Məclis qanun layihələrinə baxır, müzakirələr aparır və qanunlar qəbul edir, habelə digər vacib məsələləri həll edir. Növbəti sessiya Milli Məclisin başlıca iş formasıdır. Növbədənkənar sessiya bir qayda olaraq, həll olunması təxirəsalınmaz tədbirlərin görülməsini tələb edən hallara görə çağırılır. Belə ki, Milli Məclis ildə iki dəfə - iyul ayının 1-dən avqust ayının 15-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövrü deputatlar üçün məzuniyyət müddəti hesab edilir. Əgər tətil dövründə həll olunması təxirəsalınmaz tədbirlərin görülməsini tələb edən hal yaranarsa, onda məlum məsələdir ki. Milli Məclisin sessiyasını çağırmaq zərurəti yaranır. Belə vəziyyətdə deputatlar tətildən (məzuniyyətdən) geri çağırılır və Milli Məclisin növbədənkənar sessiyası keçirilir. Milli Məclisin növbədənkənar sessiyasını Milli Məclisin sədri çağırır. Bunun üçün iki əsasdan birinin olması tələb edilir. Birinci əsasa görə növbədənkənar sessiyanın çağırılmasını prezident tələb edir. İkinci əsas isə növbədənkənar sessiyanın çağırılmasını 42 deputatın tələb etməsindən ibarətdir. Növbədənkənar sessiyalarda yalnız sessiyanın çağırılmasına səbəb olmuş məsələ müzakirə oluna bilər. Gündəliyi sessiyanın çağırılmasının tə- şəbbüskan müəyyən edir. Daim fəaliyyət göstərən orqan olduğuna görə Milli Məclisin quruluşunda daxili rəhbər orqanlar, parlament komissiyaları, katiblik mühüm rol oynayır. Daxili rəhbər orqan sessiyalararası dövrdə parlamentin işini təşkil edir. Parlamentin sədri təkbaşına daxili rəhbər orqan olub, parlamentin fəaliyyətinə rəhbərlik edir. Ona spiker də deyilir. Spiker parlamentin İşini və fəaliyyətini təşkil edir. Parlament sədri gizli səsvermə yolu ilə deputatların tərkibindən seçilir. O, bir qayda olaraq təşkilat! məsələləri həll edir (iclasın gündəliyini müəyyən edir, parlamentin iclasını açır və aparır, parlament tərəfindən qəbul olunmuş qərarlar, müraciətləri və bəyannamələri imzalayır, parlament dinləmələrini təşkil edir və s.). Daimi komissiyaiar Milli Məclisin daxili quruluşuna aid olub, onun tərkib hissəsi hesab edilir. Onlar parlamentin daxili struktur bölmələridir.
Daimi komissiyalar deputatlardan təşkil olunur. Onlar daim fəaliyyətdə olan deputat orqanlarıdır. Daimi komissiyaların say tərkibi parlament tərəfindən təsdiq olunur. Deputat yalnız bir komissiyanın üzvü ola bilər. Daim komissiyalar iclaslar keçirir. Bu iclaslar parlamentin təşkilati fəaliyyət formalarından biridir. Daimi komissiyaların səlahiyyətinə qanun və qərar layihələrinin ilkin müzakirəsini təşkil etmək və Milli Məclisdə baxılmasına dair rəy vermək, qanun və qərar layihələri hazırlamaq daxildir. Onların əsas və başlıca funksiyası qanun layihələri hazıria- maqdan ibarətdir. Bununla daimi komissiyalar təşkilat forma kimi çıxış edir. Bu forma isə öz qanunvericilik funksiyasını həyata keçirməkdə parlamentə yardım edir. Milli Məclisin 11 daimi komissiyası vardır. Onlara aiddir: hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyası; iqtisadi siyasət daimi komissiyası; aqrar siyasət daimi komissiyası; sosial siyasət daimi komissiyası; elm və təhsil məsələləri daimi komissiyası; mədəniyyət məsələləri daimi komissiyası; insan hüquqları daimi komissiyası və s. . Milli Məclisi qanunvericilik hakimiyyətini həyata səlahiyyətfəri keçirdiyinə görə və ali qanunverici dövlət hakimiyyəti orqanı olduğuna görə onun əsas və başlıca səlahiyyəti qanunlar qəbul etməkdən ibarətdir. Özü də dərhal qeyd edirik ki, Milli Məclis dövlətin əsas qanunu olan Konstitusiyanı qəbul edə bilməz. Ona görə ki, ölkəmizin Konstitusiyası yalnız referendumla qəbul oluna bilər. Milli Məclis bir qayda olaraq, ölkənin ictimai-iqtisadi və siyasi həyatına aid vacib məsələlər barədə adi qanunlar qəbul edir. Bu məsələlərin dairəsi Konstitusiyanın 94-cü maddəsində nəzərdə tutulmuşdur: mülkiyyət münasibətləri; ailə münasibətləri; maliyyə fəaliyyəti və vergi məsələləri; əmək münasibətləri; müdafiə və hərbi qulluq məsələləri; rabitə və nəqliyyat işi; ticarət işi və s. Adi qanunlardan başqa, Milli Məclis qanunların digər növünü - Konstitusiya qanunları da qəbul edə bilər. Bundan əlavə. Milli Məclis hər il dövlət büdcəsi haqqında qanun qəbul edir. Milli Məclisin qanunlar qəbul etməsi qanun yaradıcılığı üzrə fəaliyyət adlanır. İkincisi, digər aii dövlət orqanlarını təşkil etmək Milli Məclisin səlahiyyətlərindən biridir. Milli Məclis həmin orqanları seçmir. O, yalnız birincisi, prezidentin təqdim etdiyi namizədi təyin edir;
ikincisi, prezidentin təqdimatına əsasən şəxslərin vəzifəyə təqdim edilməsinə razılıq verir. Məsələn, Milli Məclis prezidentin təqdimatına əsasən Baş nazirin, Baş prokurorun vəzifəyə təyin edilməsinə razılıq verir. Milli Məclis prezidentin təqdimatına əsasən Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya məhkəmələrinin hakimlərini təyin edir. Milli Bankın İdarə Heyəti üzvləri prezidentin təqdimatına əsasən Milli Məclis tərəfindən vəzifəyə təyin edilir. Göründüyü kimi Milli Məclis ali dövlət orqanlarının təşkili və ali vəzifəli şəxslərin təyin edilməsi (və ya vəzifəyə təyin edilməsinə razılıq verilməsi) üzrə müəyyən səlahiyyətlərə malikdir. Üçüncüsü, Milli Məclis məhkəmə səlahiyyətinə malikdir. Belə ki, o. Konstitusiya Məhkəməsinin təqdimatına əsasən prezidentin impiçmenti (vəzifədən kənarlaşdırılması) və hakimlərin vəzifədən kənarlaşdırılması barədə məsələni həll edir Dördüncüsü, Milli Məclis maliyyə səlahiyyətinə malikdir. Bu səlahiyyət Milli Məclisin prezidentin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsini təsdiq etmək və onun icrasına nəzarət etmək hüququndan ibarətdir. Dövlət büdcəsi dövlət üçün lazım olan pul vəsaitinin yığılması və xərclənməsi formasıdır. Dövlət büdcəsi qanunla qəbul edilir. Dövlət büdcəsi üzərində nəzarətin həyata keçirilməsi məqsədilə Milli Məclis Hesablama Palatası yaradır. Hesablama Palatası dövlət büdcəsinin təsdiq edilməsi üzrə, habelə onun icrasına nəzarət üzrə Milli Məclisin səlahiyyətlərinin həyata keçirilməsinə kömək edir. O, dövlət büdcəsinin layihəsinə rəy verir. Beşincisi, Milli Məclis nəzarət səlahiyyətinə malikdir. Bu səlahiyyət icra hakimiyyətinin və digər ali dövlət orqanlarının fəaliyyətinə parlamentin nəzarət etmək hüququnu ifadə edir. Belə nəzarət parlament nəzarəti adlanır. Parlament nəzarəti müxtəlif formalarda həyata keçirilə bilər. Parlamentin iclasında hökumətə, nazirlərə, dövlətin digər ali orqanlarına və vəzifəli şəxslərinə suallar vermək bu formalardan biridir. Deputat sorğusu parlamentin nəzarət forması hesab edilir. Bu formaya görə deputat mərkəzi və yerli icra hakimiyyəti or-
qanlarına, məhkəmə hakimiyyəti orqanlarına, Baş prokurora və ona tabe olan prokurorlara və s. sorğu verə bilər. Nazirlər Kabinetinə etimad məsələsini həll etmək parlament nəzarətinin əsas formasıdır. Nazirlər Kabinetinə etimad məsələsini qoymaq hüququ məhz parlamentə məxsusdur (Konstitusiyasının 95-ci maddəsi). Bu hüququn həyata keçirilməsi nəticəsində Nazirlər Kabineti istefaya göndərilə bilər. Göstərilən forma parlament nəzarətinin siyasi forması hesab edilir. Bundan əlavə, parlament nəzarəti hüquqi formada da ola bilər. Parlament istintaqı hüquqi formaya misaldır. Parlament istintaqı icra hakimiyyətinə aid məsələləri araşdırmaq üçün xüsusi komissiya (istintaq komissiyası) yaradılmasını nəzərdə tutur. Parlament istintaqı İtaliya və Yaponiyada Baş nazirin istefası, sonra isə mühakimə olunub cəzalanması ilə nəticələnmişdir. Bu, 1974-cü ildə ABŞ-da prezident R.Niksonun istefasına gətirib çıxarmışdır. Altıncısı, Milli Məclisin beynəlxalq (dövlətlərarası) müqavilələri təsdiq etmək səlahiyyətinə malikdir. Bu cür təsdiq etməyə ratifikasiya deyilir. Yalnız ratifikasiya olunduqdan sonra beynəlxalq müqavilə qüvvəyə minir. Milli Məclisin Sessiya və daimi komissiyalar Milli Məclisin hüquqyaratma fəaliyyət formalarıdır. Milli Məclis hüqufəaliyyəti qyaratma fəaliyyətini bu formalarda həyata keçirir. Milli Məclisin həyata keçirdiyi hüquqyaratma fəaliyyətin əsas məqsədi qanunların qəbuludur. Parlamentin qanunlar qəbul etməsi qanunvericilik fəaliyyəti sayılır. Parlamentin qanunvericilik fəaliyyəti müəyyən qayda əsasında həyata keçirilir ki, bu qayda son dərəcə vacib əhəmiyyətə malikdir. Buna görə həmin qayda dəqiq surətdə müəyyən edilirV Həmin qaydaya görə əvvəlcə qanun layihələri təklif olunur, daha sonra bu layihələr parlamentdə müzakirə edilir və qəbul olunur və nəhayət, dərc edilir. Qanun layihələrinin təklif, müzakirə, qəbul və dərc olunması qanunvericilik prosesi adlanır. Qanunvericilik prosesi dörd mərhələdən ibarətdir. Birinci mərhələ qanunvericilik təşəbbüsü adlanır. Bu mərhələdə qanunvericilik təşəbbüsü hüququna maiik olan şəxslər qanun layihələri təklif edirlər. Qanunvericilik təşəbbüsü hüququ dedikdə, ayrı-ayrı şəxslərin qanun layihəsi təklif etmək imkanı başa düşü
lür. Bu hüquqa malik olanlar ali dövlət hakimiyyət orqanları və ali vəzifəli şəxslərdir. Həmin şəxslərə aiddirlər: deputatlar; prezident: Ali Məhkəmə: Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. Onlar qanunvericilik təşəbbüsünün subyektləri adlanırlar. ikinci mərhələdə parlamentə daxil olmuş qanun layihələri qeydiyyata alınır. Milli Məclisin sədri onları müvafiq daimi komissiyalara göndərir. Hazırlanmış layihələr parlamentdə müzakirə edilir. Qanun layihəsinin parlamentdə müzakirə olunmasına qanunun oxunması deyilir. Qanunun layihələri üç oxunuşdan keçir. Üçüncü mərhələdə qanun layihəsi parlament iclasında səsə qoyulur. 63 səs çoxluğu ilə qanunlar qəbul edilir. Bəzi qanunlar isə 83 səs çoxluğu ilə qəbul olunur. Dördüncü mərhələdə parlament tərəfindən qəbul edilmiş qanunlar qəbul edildiyi gündən 14 gün müddətində imzalanmaq üçün prezidentə təqdim edilir. Prezident ona təqdim olunmuş qanunları 56 gün ərzində imzalayır. Bundan sonra qanunlar dərc olunur («Azərbaycan» qəzeti, «Azərbaycan Respublikasının qanunvericilik toplusu» və s. nəşrlərdə). Dərc edildiyi gündən onlar qüvvəyə minir. Deputatın Deputat dedikdə, xalq tərəfindən seçilən nühüquqi statusu mayəndə başa düşülür ki, o, qanunvericilik ha kimiyyəti funksiyasını və digər funksiyalar yerinə yetirir. Xalqı təmsil etdiyinə görə o, xalqın nümayəndəsi hesab edilir. Deputatlar birbaşa xalqdan səlahiyyət alan şəxslərdir. Buna görə parlamentə - Milli Məclisə xalq nümayəndəliyinin ali orqanı (ali nümayəndəli dövlət hakimiyyət orqanı) deyilir. Deputatlar isə məhz Milli Məclisin üzvləridiriər. Deputatlar parlamentə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Deputat yalnız Azərbaycan Respublikası vətəndaşlarından seçilə bilər. Deputatlar üçün yaş senzi müəyyən edilir: deputat seçilən şəxsin yaşı 25-dən aşağı olmamalıdır. Deputatın hüquqi statusu (hüquq və vəzifələri) əsasən və başlıca olaraq özünü iki sahədə göstərir: parlamentdə; seçki dairəsində. Parlament iclaslarında İştirak etmək deputat fəaliyyətinin əsas formasıdır. Bundan əlavə, o, parlamentin daimi komissiyalarının işində də iştirak edir. Həm parlament iclasında, həm də daimi komissiyalarda baxılan bütün məsələlər üzrə deputat həlledici səs hüququndan istifadə edir. O, parlamentin sədri və ya da
imi komissiyaların sədri seçilmək hüququna malikdir. Deputatın qanunvericilik təşəbbüsü hüququ vardır. O, bu hüquqdan istifadə edərək qanun layihələri təklif edir. Deputatın qanunvericilik təşəbbüsünə hökmən və mütləq parlamentdə baxılmalıdır. Deputat sorğu ilə dövlət orqanlarına və vəzifəli şəxslərə müraciət edə bilər. Onların borcudur ki, deputatın sorğusuna cavab versinlər. Deputat fəaliyyətinin ikinci forması seçki dairələrində onun gördüyü işdən ibarətdir. Deputat öz seçiciləri ilə əlaqə saxlayır, onlardan daxil olan ərizə, şikayət və təkliflərə baxır, öz seçicilərinin hüquq və mənafelərini təmin etmək üçün müvafiq tədbirlər görür. Seçki dairələrində deputatlar öz seçicilərini qəbul edir. Deputat immuniteti deputatın hüquqi statusunu müəyyən edən əsas məsələlərdən biridir. Bu məsələ deputat fəaliyyətinin təminatında əsas yer tutur. Məhz deputat immuniteti deputatın müstəqil olmasını təmin edir. Deputat immuniteti deputatın şəxsiyyət toxunulmazlığını ifadə edir. Deputat səlahiyyət müddəti ərzində cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Lakin deputat immuniteti mütləq xarakter daşımır. Bəzi hallarda o, məhdudlaşa bilər. Belə ki, deputat cinayət başında yaxalananda, tutula bilər. Belə olduqda deputatı tutan orqan bu barədə dərhal və ləngimədən Baş prokurora məlumat verir. Baş prokuror isə Milli Məclisə təqdimatla müraciət edir. Milli Məclis təqdimata baxaraq deputatın immunitet hüququnun ləğv olunması barədə qərar qəbul edir. Cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda deputat öz səlahiyyətlərini itirir, mandatından məhrum edilir.
Dostları ilə paylaş: |