Nəcəfov Rahil Nadir oğlunun fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 09.00.03 Fəlsəfə tarixi indeksi üzrə təqdim edilmiş “Şərq peripatetik fəlsəfəsində vəhy problemi” mövzusunda dissertasiyasına
RƏY
Təqdim edilmiş dissrtasiya çox maraqlı, aktual və yeni problemə həsr olunmuşdur. Vəhy əslində dini və mistik düşüncədən irəli gələn anlayışdır. Ancaq hər şeyin olduğu kimi, onun da fəlsəfi tahlilə uğraması qaçılmaz olmuşdur. Buna görə də ən qədim zamanlardan bu gönə kimi bu məsələ üzrə çeşidli filosoflar və başqa düşünürlər öz düşüncələrini irəli sürmüşdürlər. İslam dünyagörüşündə də bu problemə özəl önəm verilmişdir. Əslində vəhy müsəlman baxışlarının mərkəzində duran bir mövzudur. Hətta demək olar ki, nə Yəhudilikdə, nə də Xristianlıqda vəhyə İslamdakı qıdır önəm verilməmişdir. Buna görə də müsəlman düşünürləri bu mövzuya özyazılarında çoxlu yer ayırmış, onu məntiqlə tutuşdurmuşdurlar.
Nəcəfov Rahil Nadir oğlunun “Şərq peripatetik fəlsəfəsində vəhy problemi” adlı dissertasiyasında bu maraqlı mövzu ürrə çoxlu material yığılmış, təhlil edilmiş və nəticələrə gəlinmişdir. İşin aktuallığı və yeniliyi əsaslandırılmışdır. Dissertasiyanın strukturu da məqsədə uyğun tərtib olunmuşdur. Öncə 1 –ci fəsildəezoterik biliyin nə oldu və onların çeşidləri haqqında söhbət açılmışdır. 2-ci fəsildə vəhyin universal fəlsəfi problem olduğu iddia edilmiş, 3-cü fəsildə isə bəzi şərq peripatyetiklərinin irrasional idrak nəzəriyyəsi verilmişdir. Nəticələr bölmədində müəllif maraqlısonluqlara gələ bilmişdir.
İşin üstün cəhətləri ilə birlikdə, bəzi mənim fikrimcə çatışmayan incəlikləri də vardır. Birincisi mövzunun Azərbaycanla tam bağlılığı yoxdur. Bizim peripatetik irsiniz üçün ayrıca bir paraqraf ayrılmamış, bu aktual mövzu dərindən təhlil edulməmişdir.
İşin adı bütün şərq peripatezminə aiddir, halbuku, orada yalnız bəzi filosofların təhlili verilmişdir. Buna görə də adında mötərzədə yalnız onların adlarını çıkmık lazım idi.
Bundan başqa, şərq peripatetizmi və dini ənənəsi antik və xristian düşüncəsinə sıx bağlıdır. Buna görə də orada öncə onların irsinin qısa icmalı verilməli idi.
Həmdə iş yalnız keçmişə yönəlmiş, yeni zamanla paralellər aparılmamışdır.
Ancaq bütün bunlar dissertantın işinin əhəmiyyətini kiçiltmir. Onun tərəfindən çox böyük elmi iş görülmüşdur. Buna görə də hesab edirəm ki o, 09.00.03 Fəlsəfə tarixi indeksi ilə fəlsəfə üzrə fəlsəfə doktoru adını almağa layiqdir.
AMEA Fəlsəfə, Sosiologiya və
Hüquq institutunun baş elmi işçisi,
fəlsəfə elmləri doktoru A. A. Əlizadə
Dostları ilə paylaş: |