16
1960-1980-ci illərdə fasiləsiz və qapalı texnoloji proseslər distansion idarə olunmaqla,
texnoloji proseslərin parametrlərinə - qurğu və kommunikasiyaların hermetikliyinin, təhlükəli və
zərərli iş sahələrinin izolyasiyasının təşkili kimya istehsalatlarında işçi zonasında hava mühitinin
çirklənməsinin qarşısını almaqla, yüksək toksiki maddələrlə işçilərin təmasının
məhdudlaşdırılması peşə xəstəlikləri və zəhərlənmələrin azalmasına gətirib çıxardı. Bununla belə
yüksək toksiki təsir göstərən çoxsaylı kimyəvi birləşmələrin istifadə olunması
kimya sənayesi
işçilərinin sağlamlığına qeyri-qənaətbəxş təsir göstərməklə, potensial
təhlükə təşkil edən bir
mənbəyə çevirir.
Xəbərdaredici və cari sanitariya nəzarətinin həyata keçirilməsi zamanı müxtəlif növ-
qurğuların
seçilməsi, onların münasib yerləşdirilməsi kimi optimal texnoloji qərarların
verilməsinə xüsusi diqqət vermək lazımdır. Kimyəvi istehsalat sahələrinin rekonstruksiyası
zamanı işçilərin sağlamlıq vəziyyətinə qənaətbəxş təsir göstərən əmək şəraitinin yaradılmasına
diqqət yetirilməlidir.
Kimya sənayesinin inkişafının miqyası artdıqca xalq təsərrüfatında yeni-yeni kimyəvi
maddələrin tətbiq edilməsinin miqdarının çoxalması əmək gigiyenasının qarşısında
yeni-yeni
vəzifələr qoyur. Bu məqsədlə yeni tətbiq edilən kimyəvi birləşmələr üçün gigiyenik normativlərin
(Təxmini Təhlükəsiz Təsir Səviyyəsini-TTTS və Yol Verilən Konsentrasiyanı -YVK) əsaslan-
dırmaqla, peşə xəstəliklərinin və zəhərlənmələrin profilaktikası
üzrə tədbirlərin işlənib
hazırlanması təxirəsalınmaz vəzifəyə çevrilməlidir.
Dostları ilə paylaş: