Neft-qaz çixarma və Kİmya sənayesində ƏMƏk giGİyenasi qədim zamanlardan xalq arasında neft «qara qızıl»


Qanunverici və müalicə-profilaktik tədbirlər



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə13/13
tarix13.10.2022
ölçüsü0,53 Mb.
#118289
1   ...   5   6   7   8   9   10   11   12   13
 
5.2. Qanunverici və müalicə-profilaktik tədbirlər 
 
Zərərli maddələrlə işləyən şəxslər barədə əmək qanunvericiliyində iş gününün 
məhdudlaşdırılması hər il məzuniyyət müddətinin artırılması, əmək haqlarının yüksəldilməsi
təqaüdün verilməsi şərtlərini yüngülləşdirməklə, tələb olunan iş stajının uzadılması kimi güzəştlər 
nəzərdə tutulur. Yüksək zəhərlənmə təhlükəsi olan bəzi istehsalatlarda, zərərli maddələrin 
orqanizmin spesifik funksiyalarına təsiri zamanı qadınların və yeniyetmələrin belə işlərə 
buraxılmasına icazə verilmir. 
Peşə zəhərlənmələrinin profilaktikasında tibbi-profilaktik tədbirlər vacib rol oynayır. Birinci 
növbədə bunlara zərərli əmək şəraitində işçilər işə daxil olarkən – ilkin və dövri tibbi müayinələrin 
keçirilməsi və müalicə-profilaktik qidalanmanın təşkilidir. Azərbaycan Respublikasının Əmək 
Qanunvericiliyində xüsusi zərərli əmək şəraitində işləyənlər üçün müəyyən olunmuş normada 
müalicə-profilaktik qidaların verilməsi nəzərdə tutulur. Təsdiq olunmuş siyahı üzrə xüsusi zərərli 
əmək şəraitinə aid edilən istehsalatların, peşələrin və vəzifələrin siyahısı müəyyənləşdirilmiş və 
təsdiq edilmişdir. Belə şəraitdə işləyənlərə pulsuz müalicəvi-profilaktik qidaların, vitamin 
preparatlarının, profilaktik qidaların verilməsi nəzərdə tutulur. 
Xüsusi təhlükəli istehsalatlarda fövqalı və yüksək təhlükəli maddələrlə iş zamanı 
qazxilasedici stansiyalar nəzərdə tutulur. 

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin