N.Nərimanov və “Həyat” qəzeti
N. Nərimanov “Həyat” qəzetində 1906-cı ilin may ayından çalışmağa başlayır.
“Həyat” qəzetində “Həftə fəryadı” və “Hərdənbir” başlığı altında tez-tez dərc olunan felyetonlarında N.Nərimanov günün ən aktual, zəruri məsələlərinə toxunur, beləliklə, mütləqiyyətin mürtəce siyasətinin mahiyyətini açıb göstərirdi.
N.Nərimanovun “Həyat” qəzetində “Həftə fəryadı” başlığı altında 10, “Hərdənbir” başlığı altında 4 felyetonu çap olunmuşdur. “ Həftə fəryadı” başlığı altında çap olunan felyetonlarını “Nar”, ”Hərdənbir” başlığı altında çap olunan felyetonlarını isə “Arı bəy” imzası ilə dərc etdirirdi.
N. Nərimanov “Həyat” qəzetində ilk felyetonunu “Həftə fəryadı” başlığı altında 12 may 1906-cı ildə çap etdirmişdir. Felyeton qəzetin 102-ci nömrəsində, 2-ci və 3-cü səhifələrdə dərc olunmuşdu. Felyeton “Fikrinizdəki doğru dilinizdə olarsa dərinizə saman təpərlər” cümləsi ilə başlayır. Felyetonda daha çox atalar sözü və məsəllərdən, onların yaranması ilə bağlı əhvalatlardan danışılsa da, sətiraltı mənada cümlənin əsl mahiyyəti bildirilmişdir. Erməni-müsəlman davasından, müsəlmanların o dövrki cahilliyindən doğan problemləri, məsəllərin yaranma xüsusiyyətini ətraflı şəkildə izah edən ədib eyni zamanda çar senzurasının tüğyan etdiyini də nəzərə alaraq sətiraltı mənada bildirmişdir fikirlərini. Ən müxtəlif misallar gətirərək fikrinin mahiyyətini izah edən ədib, dövrü nəzərə alıb ehtiyatla danışmağı, fikirlərindəki doğrunun dilə gətirilərsə başlarına gələ biləcək problemlərin də qaçınılmaz olmağını göstərməyə çalışmışdır. Tolstoyun timsalında məsəlin ən bariz nümunəsini göstərən Nərimanov hökümətə çox da arxayın olmamağa çağırırdı camaatı. Anla, amma dilə gətirmə...
Nərimanovun “Həyat” qəzetinin 108-ci nömrəsində “Həftə fəryadı” başlığı altında çap olunan 2-ci felyetonu da o adövrün ən aktual problemlərindən xəsislik və tamahkarlıq məsələlərinə həsr olunmuşdur. Felyeton 19 may 1906-cı ildə çap “Nar” imzası ilə dərc olunmuşdur. Qənaət, xəsislik və tamahkarlıq məsələlərinə aydınlıq gətirməyə çalışan ədib oxucularla fikirlərini bölüşərkən özünə xas üslubu ilə bu sözləri situasiyadan asılı olaraq təhlil etmiş, “kimə tamahkar, kimə xəsis və kimə qənaətcil demək olar?” suallarını özünəməxsus şəkildə cavablandırmışdır. Eyni zamanda bizdə tamahkar olmadığını, xəsis olmadığını yalnız qənaətcillərin oldunu qeyd edən ədib, yenə də XX əsrin əvvəllərindəki müsəlman cəhalətini ön plana çəkir. Nərimanov bu məsələyə müxtəlif obrazlar vasitəsilə məsələyə aydınlıq gətirmişdir. Məsələn Hacı Murad obrazını gğtürmüş, onun timsalında məsələni aydınlaşdırmışdır. Hacı Murad bacısına 1 qəpik belə qıymayan, qızını mülkədara pul borcludur deyə ərə verməyə çalışan, qapısındakı nökəri 7 il pulsuz işlədən bir adamdır. Pullarını sandığa yığan bu adamın evini yarırlar, qızı qoşulur sevdiyinə, qaçır. Hacı Murada bu zaman nə ad qoymaq olar? Bizimkilər sadəcə qənaətcil deyərlər...
N. Nərimanovun “Həyat”-da çap olunan 3-cü felyetonu 113-cü nömrədə, 26 may 1906-cı ildə “Nar” imzası ilə dərc olunmuşdur. Felyeton qəzetin 2və 3-cü səhifələrində dərc olunmuşdur. Ədib burada bütün insanları bəşəriyyət boyu düşündürən bir məsələni, eyni amalda, eyni fikirdə, eyni düşüncədə, eyni mədəniyyətdə görmək istəyir, bütün bu xüsusiyyətlə malik insanlardan ibarət bir cəmiyyəti xəyal edir. Fikir ayrılığının heç də həmişə yeniliyə aparan bir yol olmadığını qeyd edən Nərimanov bunun bariz nümunəsini ruslar və yaponlar arasındakı müqayisəylə xalqa çatdırır. Rusların müharibədə vaqonlara Kuropatkinin şəkillərini doldurmasını, yaponların isə cavab olaraq elmlərini inkişaf etdirdiyini söyləyən ədibin heç də yanılmadığının 100 ildən artıqdır ki şahidi oluruq. İslam dinindən misallar gətirir, Gəncədə ruhani idarəsinin tikintisi üçün beş min manat pul lazım olduğunu deyir. Lakin o pulun daha da vacib əməllər üçün xərclənə biləcəyini də göstərir. Qurani-Kərimdə gizli qalan sirlərin yalnızca Allah üçün olmadığını deyir, insanlığı Qurani-Kərimi diqqətlə oxumağa çağırırdı. İnsalıq üçün elmi-ilahi vacibdir, lakin yutərli deyil. Qurani-Kərimdə donuz və digər heyvanların haram olduğu bildirilir, namazdan əvvəl dəstəmaz almağa çağırılır. Bu boşuna deyil, bu kimi məsələlərin nəticəsində “Gigiyena” elmi yarandı. Eynilə də “Sosiologiya” elmi.
Baş mühərrirə Vladiqafqazdan H.İ. tәrәfindәn bir mәktub göndərildiyini də deyən Nərimanov, həmin şəxsin yazılıarın formasını bəyənmədiyini deyir. Lakin bu Nərimanovun üslubu idi və xalq onu belə qəbul edirdi.
Nərimanov felyetonu belə sonlandırır :
“Müharibәsiz bir mәmlәkәt, yәni bir alәm ki, orada hamının qanacağı, fikri bir ola, belә bir alәm gәzirsiniz isә, nәzәrinizә "Çәnbәrәkәndinә" salınız. Orada hәqiqәt, hamı bir fikirli, bir qanacaqlı! Nә şikayәt, nә elmi-ilahi, nә elmi-siyasi, nә duma, nә şan, nә şövkәt, nә vәtәn dәrdi, nә millәt qeyrәti! Heç, heç bir şey yoxdur! Hamı bir fikir ilә, bir qanacaq ilә dolanacaq edib, qurdlara, ilanlara yem olarkәn, yan-yana veriblәr.”
Ədibin “Həyat” da çap olunan 4-cü felyetonu özündə 2 felyetonu birləşdirir və 1906-cı ilin 2 və 9 iyun tarixlərində, qəzetin 2-3-cü səhifələrində “Nar” təxəllüsü ilə dərc olunmuşdur. Bu 2 felyeton, demək olar ki, qocalar barədədir və əvvəlində Nərimanov camaata bir hekayə söyləmək istədiyini bildirir. Camaatın “hər dəfə eyni şeyləri deyirsiz” söyləməsindən sonra Nərimanovun izahı başlayır. Camaata hər nömrədə hürriyyətdən, azadlıqdan bəhs edən Nərimanov bu fikrə onların da sahib olmağını istəyir. Müxtəlif məslək sahiblərinin insanlara kömək etməyini istəyən ədib onlara məsləhət verir, qarşılıqsız köməklərini gözləyir. Milyonçulardan xəstəxana tikdirmələrini, yolları düzəltməlirini, mühəndislərdən tələbələri oxumalarını xahiş edir, dövlətin gələcəyinin, istiqbalın cavanlarda olduğunu bu pullu təbəqənin diqqətinə çatdırmaq istəyir. Həmin yollardan onların da keçdiyini nəzərlərinə çatdırır, özlərini yada salıb köməklərini diləyir.
Eyni zamanda burda oturub İrandan, Osmanlıdan yazanlara da öz fikirlərini bildirir. “Hətta tutalım, rus vəzirlərinin hərəkətləri sizə məlumdur. Rus qəzetlərində oxuyursunuz, ona görə də yazırsınız...
Osmanlı, İran vəzirlərini görürsünüzmü?” deyən Nərimanov yazanda doğru məlumat yazmağa, gördüyün, bildiyini yazmağa çağırır. İran vəzirlərinin nisbətdə üstün olduğunu qeyd edir, Çinliləri, Osmanlıları onlardan geri hesab edir.
Qocaların cavanlara kömək etməməsindən şikayətlənən Nərimanov onların hansı halda kömək edəcəklərini, pullarını xərcləməyə hazır olduqlarını da bildirir. Qocalardakı cavanlaşmaq hərisliyindən ətraflı danışan ədib bu barədə Markiz Molankinnam haqqında hekayətə başlayır, həkimi necə tapmağından, onun dərman verməyindən yazır. Həkim ilk əvvəl az dərman vermək istəyir, Markiz isə daha çox istəyir. Və get-gedə daha da cavanlaşır. O qədər cavanlaşır ki, uşaq kimi burnunu eşməyə, “Anama şikayət edəcəyəm”, “Baba! Mama! Qağa! Lulu!” deməyə başlayır, polis isə onu əlindən tutb aparır bölməyə, oradan da onu yollayırlar erməni kəndində yerləşən xəstəxanaya.
Bu hekani söyləməkdə ədibin məqsədi qocalara bu sevadan əl çəkmələrini söyləmək idi. Əgər onlar ruhlarının cavan qalmağını istəyirlərsə yardımsevər olmalıdırlar, 70 ilin günahlarını bağışlatmalıdırlar. Ancaq o zaman onların ruhlarına rəhmət oxunar, ürəkləri fərah olar. Ancaq xeyir işlə, xəstəxana, uşaqlar üçün məktəb, qız məktəbi açdırmaqla millətin köməyinə çatmağı onlara məsləhət görən Nərimanov onları heç bir zaman xeyir işdan yayınmamağa çağırır. Sonda zirzəmidə 5 yetimi ilə ac qalan qadından danışan Nərimanov həmin qoca milyonerləri vicdanları ilə hesablaşmağa çağırır...
Görkəmli publisistin növbəti felyetonu “Həyat”ın 16 iyun 1906-cı il tarixli 130-cu nömrəsində, qəzetin 2-3-cü səhifələrində “Nar” təxəllüsü ilə dərc olunmuşdur.Felyetonda Nərimanov əvvəlki qoşa felyetonunda qocalar barədə yazdığı felyetonların əsərsiz keçmədiyini, qocalardan ona məktubların gəldiyini bildiyini deyir. Nərimanov gözləyirdi ki, onun ac qadın və uşaqları barədə yazdığını oxuyan 5 nəfər ona cavab yazacaq və kömək etmək niyyətində olduqlarını bildirəcəklər. Lakin qocalar səssiz qalır. Məktub yazanlar Markiz barədə olan əhvalatı soruçurlar və həmin jurnalın adını soruçurlar. Məlum olur ki, jurnalın adı “Vnuşeniye”-“Təlqin”dir. Burada təlqin dirilərə olan təlqindir. Təlqinin həmişə işə yaradığını deyən Nərimanov yenə Markiz söhbətini misal gətirir. Burada dərmanın əslində rolu olmadığını, sadəcə Markizin inamının onu cavanlaşdırdığı bildirirlir. Xeyli həkimin də təlqinlə müalicə etdiyini deyən ədib əslində təlqinin böyük bir gücə malik olduğunu da qeyd edir. Rusiya dövlətinin öz millətinə verdiyi təlqinləri də xatırladır. Hətta cavanların da özlərinin öz təlqinlərinə inandığı qeyd edir və axırda gülünc bir vəziyyətin ortaya çıxdığını bildirir. Sonda ədib yenə də qocalara vicdanlı olmağı, vicdanının səsini dinləməyi məsləhət görür.
Nərimanovun sayca 6-cı felyetonu “Həyat”ın 23.06.1906 tarixli 136 nömrəli nəşrinin 3-cü səhifəsində “Nar” təxəllüsü ilə dərc olunmuşdur. Felyeton müxbirlərdən birinin idarəyə kağız yazmasından bəhs olunur. Kağızda müxbir üzünü Borçalı bəylərinə, zənginlərinə tutur . Onlardan xalqa yardım etmələrini, xalq üçün savab iş görmələrini, fəqir-füqəra övladlarını quldurluğa sövq etməmələrini istəyir. Bəylərə nahaq yerə qan tökməməməyə, yetimlərini haqqını yeməməyə çağıran müxbir onlara dost-düşməni tanımağı, vətənin halına yanmağı istəyir. Görünür, müxbir bu sözlərlə Borçalı zənginlərini tərəqqiyə dəvət edir. Lakin Nərimanov müxbirin bu sözlərini elə müxbirin özünə deyir. Boş-boş danışmaqla bir şeyin olmayacağını qeyd edir, Rusiyanı misal çəkir, Pyotrun uğurlarının sirlərindən danışır. Boş danışmaqdansa iş görməyin daha yaxşı olduğunu bildirir. Rusların hər bir sahədə özlərini avropalılara bənzətdiyini bildirir, saqqallarını qırxmaqlarından arvadlarını kişilərlə bir məclisə gətirmələrinədək hər şeyi müxbirə nəql edir və bu sözləri deyir : “Görürsünüz, müxbir əfəndim! Ruslar boş, mənasız sözlər ilə meydana çıxmadılar, “gördüklərini götürdülər”, özlərini avropalılara oxşatdılar.”
Nərimanov müxbirə məsləhət verərək deyir ki, onlara məsləhət verəsi olsaydım, göstərib edərdim. Onlara din qardaşlarının Bakını necə “gözəlləşdirdiklərindən”, “abadlaşdırdıqlarından” danışardım. Bakının “tərəqqisindən” danışan Nərimanovun eyni zamanda burda yeni məktəblərin açılmağından, hətta yetimlərin də camaatın hesabına oxumasından da danışır. Şəhərin “təmizliyindən” , ağacların gündə “sulanmağından”, “ xəstəxanalarda xəstələrin gündə 2 dəfə “çimməyindən”, şəhər kassasının dolub-daşmağından danışcağını bildirən Nərimanov həmin bəylərə bunların göstərməyin vacibliyini qeyd edir. Nərimanov “mən belə göstərədim” deyir.
Eyni zamanda Borçalı bəylərinin də millətpərəst, vətənsevər olmağa səsləyir, onların da vətənin tərəqqisi üçün əllərindən gələni əsirgəməməyə çağırır.
Nərimanovun “Həyat” da “Nar” təxəllüsü ilə 7 iyul 1906-cı ildə dərc etdirdiyi növbəti felyetonu da böyük marağa səbəb olmuşdur. Felyeton “ Yaman ad qazanıb “ölənlər” adsız ölənlərdən nəflidirlər!” cümləsiylə başlayır. Ədib özü də onun bu fikri ilə ilə bir çoxlarının razılaşmayacağını deyir. Lakin bildirir ki, nə olsun? Bəziləri mənimlə razılaşmayacaq deyə fikrimdən dönəsi deyiləm ki?! Özünün niyə şair olmadığını, şair olmaq üçün 7-8 il oxumağın öyrənməyin vacibliyindən qeydlər edən Nərimanovun özünün də dediyi kimi “dadsız-duzsuz” hekayəsinə başlayır. Heç kimə bir ziyanı dəyməyən, öz işiylə məşğul olan, səhər durub yeməyini yeyib qəlyan xoruldadan, axşam isə hamı kimi dükanını səssizcə bağlayıb evinə gələn birindən danışır. Beləcə həftələr, aylar keçir. Bir gün insan ölür. Adı 40 gün çəkilir. Sonra ona yananlar isə yalnızca öz yaxınları olur. Unudulur, gedir. Amma yaman ad qazanıb, xalqı talayan, soyanların isə adlarının illərlə dillərdən düşməyəcəyini də qeyd edir. Nümunə üçün Kuropatkini, Aleksandrı, hətta imperator Neronu misal göstərir. Əgər onların belə qəddar fəaliyyəti olmasaydı, yaddaşlarda da qalmayacaqlarını deyirdi. Nərimanov bildiri ki, pis olmasa yaxşının qədri bilinməz. Əgər biri daim şəkər yeyirsə şəkərin dadını bilməz, şəkərin dadını acı dərmandan sonra şərbət içənlər bilər. Biri gedib Avropa şəhərlərini, Parisi, Odessanı gəzib gəlir və buranın insanlarına həmin yerləin gözəlliyindən danışır. Lakin heç kim onu başa düşməyəcək, çünki Biləcəridən o tərəfə keçməyiblər. Ədib yaman ad qazanıb ölənlərin adsız ölənlərdən daha hörmətli olduğunu deyir.
Nərimanovun “Hərdənbir” başlığı altında yazılan felyetonu “Həyat”ın 149-cu sayında “Arı bəy” təxəllüsü ilə 9 iyul 1906-cı ildə dərc olunmuşdur. Felyeton ədibin öz gündəliyindən yazılmışdır. Ədib özü də qeyd edir ki, necə ki, bir çox şəxslərin gündəliyi var, onun da gündəliyi-ruznaməsi olub. Burada öz təhsilindən, ərəb dilini-“Zərəbə zeydün”-ü öyrənmək üçün çəkdiyi əziyyətlər, hədər gedən illərindən yazır. Sonra isə rus dilini öyrənməyindən, attestat almağından danışır. Digər dostlarının rus dilinə əvvəlcə başlayıb ondan varlı olmalarlna təəssüflənir. Lakin sonra bir dostu ona tərcümə işi tapır. Yalnız o zaman başa büşür ki, əslində ərəb dilini heç də əbəs yerə öyrənmiyib. Bu tərcümə işində çox xeyrinə yarayacaqdır. Ədibin həmin bu dilbilgisi onun çox işinə yarayıb, hətta “kantor”un da xoşuna gəlib. Hətta kantor öz işini də ədibə təhvil verib gedir başqa şəhərə. Yalnız burada başqa kantorun ona cavab yazmamasından sonra aradakı “rütbə” fərqini anlayır. Hətta yenidən yadına düşdükcə bir təhər olduğunu qeyd edir.
“Həyat” qəzetində Nərimanovun “Hərdənbir” başlığı ilə 12 iyul 1906-cı il tarixli 2-ci felyetonu da “Arı bəy” təxəllüs ilə çap edilmişdir. Felyeton 153-cü nömrədə dərc olunmuşdur. “Mənim işim necə olacaqdır?” cümləsi ilə başlayan felyetonda ədib yenə keçmiş günlərə qayıdır. Qabaqlar kluba getməyindən yazır. Lakin indi erməni-müsəlman davası ortalığa düşüb. Hər yeri rus kazakları doldurub. Onlardan yaman qorxduğunu bildirən ədib artıq gecə evdən çıxmamağa qərar verir. Lakin ürəyi sıxılır. Bu zaman qonşusu Kərbəlayi bəy Hacıbəyovdan məktub alır, qonşusunun evinə dəvət olunur. Gedən zaman qonşusunun evinin qonaqlarla dolub-daşdığını görür. Məclisdəkilərin hamısıyla görüşüb başa keçir. Məclisdəkilər ədibdən ölkədə baş verənlərlə bağlı xabər verməsini istəyirlər. Ədib beləcə xeyli vaxtın keçdiyini deyir. Sonra siyasətdən danışan ədib Rusiyanın daxili işlərini təhlil edir. Lakin məclisdəkilər ədibə erməni-müsəlman davasından danışmağı xahiş edirlər. Bir neçə vaxt da bundan yazıb danışan ədibə bir gün deyirlər ki, ermənilərlə müsəlmanlar barışıb. Ədib artıq oturur fikir edir ki, bəs mənim işim necə olacaqdır?!
Nərimanovun felyetonları içərisində “Həyat”da 14 iyul 1906-ci il tarixli 154 nömrəli sayında çap olunmuş felyetonun xüsusi yeri vardır. Bu felyetonu da “Nar” təxəllüsü ilə dərc etdirən ədib fəlsəfi mühakimələri ilə oxucuları düşündürür. Camaatı bir yerə toplaşmağa, bir yerdə iş görməyə dəvət edir. Şillerin şeirini əvvəldə qeyd edir və bu şeiri qızıl suyu ilə lövhələrə yazıb hər müsəlman evindən asmağın vacib olduğunu bildirir. Sonrakı nəslin bu şeiri əzbərləməyinin vacibliyini qeyd edən ədib hər bir valideyni uşaqlara örnək olmağa çağırır. İnsanın tərəqqi üçün var olduğunu bildirən Nərimanov hürriyyət məsələlərinə diqqəti cəm edir. Hürriyyət, vətən, müstəqqillik, azadlıq kimi anlayışları insanların beyninə yeritməyə çalışır, nəticədə azad və demokratik bir ölkə görməyi xəyal edir. Lakin xalq bu anlayışlardann xəbərsizdir. Onlar üçün azadlıq istədiyini öldürmək, istədiyi şeyi etməkdir. Nərimanov bu ifadənin düzgün izahını verməyə çalışır. Lakin xalq hər şeyin açarının pulda olduğunu, pulsuz heç bir şeyin olmayacağını deyir. Xalq heç bir şey etmir və yalnız kimlərdənsə nə gözləyir. Bu d Nərimanovu təəssüfləndirir. O deyir ki, heç bir şey etməyirsiniz, heç olmasa “Cəmiyyəti-xeyriyyə”yə kömək edin, ac, yetim, şikəst uşaqlar oxusun. Lakin xalq çalışırsa da, təklikdə çalışıb çabalayır, cəmiyyətə qoşulmur. Ona görə də bir iş hasil olmur.
27 iyul 1906-cı ildə, “Həyat” qəzetinin 165-ci sayında Nərimanovun “Hərdənbir” başlığı altında sayca 3-cü felyetonu dərc olunur. “Arı bəy” imzası dərc olunan felyetonu ədib öz gündəliyinə 25 iyul 1900-cu ildə yazdığını qeyd edir. İxtiyarı olsa idi yeni törəyən mühərrirlərin-jurnalistlərin məqalələrini qəzetə yaxın qoymayacağını qeyd edən ədib artıq yazı yazmağın da çətinləşdiyini qeyd edir. İstehzanı yenə də ön plana çəkən Nərimanov işin çətinliyini qeyd edir. “Qabaqlar ağzına gələni yazmaq mümkün idisə, indi belə deyil. Çünki bilmirsən filan mühərrir sənə nə deyəcək, filan mühərrir irad tutacaqmı?“ deyə qeyd edir. Xüsusən də erməni-müsəlman davasından yazarkən daha da ehtiyyatlı olmağın vacibliyini bildirir. Çünki bu məsələ bir qismə görə ermənilər tərəfindən yaranmışdısa, digər qismə görə rus “provakotor”ları tərəfindən yaranmışdı. Məsələnin önəmini qeyd edən ədib elə yazı yazmağı məqsədəuyğun bilir ki, həmişə istifadə etmək mümkün olsun. “Yox, əgər kiminsə xoşuna gəlməyən yazı yazdınsa, vay halına. Əgər o vaxta kimi səni “Arı bəy” tanıyırdılarsa, indi filankəssən deyərlər, hələ biraz da irəli getsən adını da çəkərlər” deyə qeyd edən Nərimanov yazı yazmağın necə də çətin bir iş olduğunu qeyd edir.
“Həyat”ın 178-ci nömrəsində ( 11.08.1906) 2-3-cü səhifələrdə Nərimanovun yeni felyetonu çap olunur. Felyeton Krılovun hekayəsi ilə başlıyır. “İt hürər, karvan keçər” məsəlinə gələn bu hekayə bütün yaradıcı insanlara kiminsə fikirlərinə görə hərəkət etməməyi məsləhət görür. Beyinlərindəki doğru ilə, daima millət üçün hərəkət etməyi aşılayan felyeton dövr üçün aktual problemlərin həllinə yönəlmişdi. Qarınlı, pullu zümrənin bəyənib- bəyənməyəcəyi yox, insalıq üçün xeyirli yazılar yazılmalıdır. Eyni zamanda bir para cavanların tində durub gəlib gedənlərin saqqalına, fasonuna söz atmağı da ədibə toxunur. Onlara belə boş işlərdənsə gedib bir para elm öyrənməyi məsləyi məsləhət görür. Eyni zamanda , Şişə kəndlərində acından qırılan qırılan yetimlərə, ac-yalavaclara kömək üçün bir şey etməyi məsləhət görür.
Nərimanovun “Həyat” qəzetində “Həftə fəryadı” başlığı altında çap olunan sonuncu felyetonu 13 avqust 1906-cı ildə, əvvəlkilər kimi “Nar” təxəllüsü ilə,184-cü nömrədə çap olunmuşdur. Bakı gecələrinin təsviri ilə başlayan felyeton oxuyucuya ciddi ictimai fikirlər aşılayır. İnsanların pul hərisliyindən dincəlməyə belə vaxtlarının olmamağını yazan ədib, hətta onların gecələr belə bu fikri başlarından çıxarmamağını təəssüflə qeyd edir. İnsanı məhəbbətə çağıran Bakı gecəsini, ay işığını Xəzərin dalğalarında görməyə çağırarkən Məcnun məhəbbətini əsla məsləhət görmədiyini deyir. Çünki bu cür məhəbbət insanları hətta intihara belə sürükləməyə qadirdir. Bunun üçündə yalnız məhəbbətin insanda aşıladığı xoş hissləri yaşamağı insanlara məsləhət görür. Gecələr insanların alver fikirlərindən daşındığını qeyd edərkən daşınmayanları da qeyd edir. Nargin adasına gedən paraxodu görərkən arvadını götürüb getməyi yox da, paraxodun gündə neçə dəfə gedib gəlməyini hesab edənlər olduqca cəmiyyətin tez düzəlməyəcəyini qeyd edən ədib insanları düzəlməyə səsləyir.Vətəni, milləti, hürriyyəti buraxıb da pul düşünənləri tezliklə doğru yola dəvət edir. 15 avqustda Qafqaz müəllimlərinin Bakıya toplaşacağını, lakin heç kimin vecinə olmadığının təəssüfünü bildirənNərimanov insanları daha vacib əməllərə səsləyir, elm üçün, millət üçün yararlı olmağa çağırır.
“Həyat” qəzetində Nərimanovun sonuncu çap olunan məqaləsi “Hərdənbir” başlığı altında “Arı bəy” təxəllüsü ilə dərc olunmuşdur. 25 avqust 1906-cı ildə, qəzetin 190-cı nömrəsində son felyetonu çap olunan Nərimanov öz təcrübəsini də daim artırır. Bu felyetonunu da ruznaməsindən-gündəliyindən yazanədib burada iki mühərririn-jurnalistin söhbətindən bəhs eliyir. Iki eyni əqidəli jurnalist söhbət edərsə, hətta onların söhbətini dinləmək də xoş olar. Lakin Nəriman deyir ki, vay o günə, iki əks iradəli mühərrir söhbət eləsin. Onlarla eyni otaqda olsan, yenə müdaxilə edə bilərsən. Amma qonşu otaqdasansa, heç bir şey edə bilməzsən. Eyni zamanda Spiridonovanın hekayəsini oxuyarkən, onun bu qız halıyla belə ədalət savunduğunu düşünərkən qonşu mühərririn otağına advokatın gəldiyini eşidir. Söhbətlərini olduğu kimi təsvir edir, aqdvokatın vicdanı ilə hesablaşmağını qeyd edir. Advokat heç cür yalançı işə girməyəcəyini deyir, mühərrir isə onu bu işə sövq edir.
Nərimanov bütün bu problemlərin kökünün demokratiyanın, azadlığın olmamasında görür.
Dostları ilə paylaş: |