66) Uşaqlarda absans epilepsiyası(UAE) zamanı epilepsiya əleyhinə dərmanların dozasını nə zaman azaltmaq olar?
A) Tutmaların olmamasından 2-4 il sonra
B) Tutmaların olmamasından 1 il sonra
C) Tutmaların olmamasından 4 ay sonra
D) Növbəti epileptik tutmadan dərhal sonra
E) Axırıncı epileptic tutmadan 6 ay sonra
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 21
67) Simptomatik fokal epilepsiyalarda remissiyadan nə qədər vaxt keçdikdən sonra epilepsiya əleyhinə preparatların dozasını azaltmaq olar?
A) 3-6 ay
B) 8-10 ay
C) 3-4 il
D) 2-2.5 il
E) 1-2 il
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 21
68) Epilepsiya əleyhinə dərmanların qəbulunun dayandırılması hansı müddət ərzində həyata keçirilməlidir?
A) 1il
B) 1-2 ay
C) 2 il
D) 4 ay
E) 3 ay
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 21
69) Alkoqol abstinent (“aclıq”) sindromu zamanı epileptik tutmaların əmələ gəlmə riskini azaltmaq üçün qısa müddət ərzində hansı qrup preparatların istifadəsi məqsədə uyğundur?
A) Ca antoqonistləri
B) AÇF-inhibitorları
C) Valproat turşusu
D) Benzodiazepinlər
E) Aminoqlikozidlər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 21
Dostları ilə paylaş: |