Nil timsahı



Yüklə 1,39 Mb.
tarix05.01.2022
ölçüsü1,39 Mb.
#111877

Timsah sürünən heyvandır və onun üç əsas növü məlumdur. Bu növlərdir: həqiqi timsahlar, alliqatorlar və qavial. Timsah yırtıcı və çox təhlükəli sürünəndir. O, insanı yeyə də bilir. Amma əsasən xırda su balıqları və quşlarla qidalanır. Timsahın hər üç növü maraqlı və bir-birindən fərqlidir. Bunun üçün də hər üçü haqqında sizə maraqlı əhvalatlar danışacağıq.




Həqiqi timsahlardan iki timsah bizim üçün daha tanışdır: Avstraliya duzlu su timsahı və Nil timsahı.

Avstraliya timsahı: erkək Avstraliya timsahları dişilərlə müqayisədə daha böyük olurlar, təxminən 6-7 metrə çatırlar. Timsahın bu növü ən geniş yayılmışdır. Avstraliyadan başqa, onlar İndoneziya və Papua-Yeni Qvineyada da yaşayırlar. Son zamanlar Avstraliya timsahı Yaponiyada da aşkarlanmışdır. Alimlər bunu onunla izah edirlər ki, timsah böyük məsafədə asanlıqla üzə bilir, yorulmur. Avstraliya timsahları əsasən quşları, tısbağaları və xərçəngləri yeyirlər, amma böyük timsahlar antiloplara və hətta camışlara da hücum çəkirlər. Onların çənələri və dişləri o qədər güclü olur ki, bu ölçüdə heyvanları asanlıqla yeyirlər.




Nil timsahı: Nil timsahı Avstraliya timsahından sonra ən böyük ölçüdədir. Qədimlərdə bu timsahı misirlilər ilahiləşdirir və ona böyük ehtiramla yanaşırdılar. Bu timsahın qısa ayaqları var, amma çox sürətli və güclüdür, ayaqlarının köməkliyi ilə timsah sürətlə qaça bilir. Onun dərisi xüsusidir, asanlıqla kəsilmir və deşilmir, bunun üçün də timsahı öldürmək asan iş deyil. Nil timsahının, digər timsahlarda olduğu kimi, üzgəc pərdəsi var və qaçışdan da cəld üzə bilir. Timsahlar, ümumiyyətlə, suyun altında olmağı sevmirlər. Onlar başlarını suyun səthinə çıxarır və hava alırlar, amma lazım gəldiyində, timsahlar suyun altında 2 saat da qala bilirlər. Nil timsahları 5 metrə qədər böyüyürlər və təxminən 500 kiloqram çəkidə olurlar. Nil timsahı, Avstraliya timsahı kimi, quşlarla və heyvanlarla qidalanır, amma insanları da bir çox hallarda yeyir. Məsələn, 2005-ci ildə Uqandada böyük Nil timsahını öldürdülər. O, 20 il ərzində 83 nəfəri yemişdir.

Nil timsahının dərisindən nadir çantalar və dəyərli əşyalar hazırlayırlar. Onun dərisini əldə etmək üçün çoxlu Nil timsahını məhv etmişlər və onların sayı da çox azalmışdır. Hal-hazırda Nil timsahı Qırmızı Kitaba daxil edilmişdir.

Alliqator həqiqi timsahdan xarici görünüşü ilə fərqlənir. Onun ağzı bağlı olanda, yuxarı çənəsinin dişləri örtülür və yalnız aşağı çənəsinin dişləri görünür. Timsahların isə ağızlarını örtdüklərində hər iki, aşağı və yuxarı dişləri görünür. Timsahın və alliqatorun baş formaları da müxtəlifdir, həqiqi timsahın başı uzunsov və itidir, alliqatorun başı isə bir az dairəvi və kütdür. O, ingilis “u” hərfinə bənzəyir.
İki növ alliqator mövcuddur: Amerika və Çin, onların yayıldıqları yerin əsasında. Hər iki alliqator tünd rəngdədir, tünd boz, bəzən isə qara da olur. Alliqatorlar əsasən heyvanlarla və quşlarla qidalanırlar.

Qaviala timsahların xüsusi bir növüdür. Bu növ, əsasən, Hindistanda yayılmışdır. Xarici görünüşü və əlamətləri ilə Hindistan qavialası digər iki növdən çox fərqlənir. Onun başı iti və nazikdir. Onun uzun və çox ensiz ağzı var, bununla da balıqları tutur. Erkək qavialaların boğazlarının üstündə balaca zoğ əmələ gəlir, bu da onların səslərini dəyişir və incəldir. İncə səslə isə dişi qavialaya özünü bəyəndirir.

Qavialalar böyük ölçülü timsahlardır, orta ölçüdə 6-6,5 metrə çatırlar, amma onlar insan üçün təhlükəli deyillər. Çünki sahildə olduqlarında çox asta hərəkət edirlər. Suda isə Hindistan qavialası bütün timsahlardan cəld üzür.



Nəhəng timsahın əhvalatı

Luluni adlanan nəhəng timsah Ginnesin rekordlar kitabına daxil olmuşdur, çünki o, azadlıqda böyümüş ən böyük timsahdır. Onun uzunluğu 6,7 metrdir və çəkisi 1075 kiloqrama çatır. O, 5 metr uzunluğunda olan Avstraliya timsahının rekordunu ötüb keçmişdir.

Luluni 2010-cu ilin sentyabrında Filippinlərin Bunavan şəhərində üçgünlük ov nəticəsində tapılmışdı. Onun axtarışınıa 2009-cu ildə yerli balıqçının yoxa çıxmasından və azyaşlı uşağın ölümündən sonra başlanmışdı. Hər iki halda “cinayətkar” indi artıq rekordsmen timsah hesab olunurdu.

Adamyeyən luluninin tutulmasında 100 nəfər iştirak edirdi. Luluninin tutulması elə də asan deyildi; ilk dörd cəhd boşa çıxdı, timsah tələni yırtmışdı. Sonda, ovçular onu dəmir troslu tələ ilə tuta bildilər.




Lulunin tutulması

Lulunini yerli zooparka yerləşdirdilər, bura onu görməyə çoxlu sayda insan gəlirdi.





Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin