Nizami Gəncəvi



Yüklə 226,81 Kb.
səhifə2/3
tarix01.12.2018
ölçüsü226,81 Kb.
#85220
1   2   3

Nizami Gəncəvinin yaradıcılığı hələ sağlığında Azərbaycan, eləcə də bütün Yaxın Şərq ədəbiyyatı və elmi fikri üçün nümunə olmuş, məhəbbətlə izlənilmişdir. Şairin mövzula-rında əsər yazmaq, onun “Xəmsə”sinə cavab vermək əsrlər boyu Şərq poeziyasında ənənəvi şairlik imtahanı sayılmışdır. XIII əsrdən başlayaraq onun poemalarına 40-dan çox nəzirə yazılmışdr.

Əmir Xosrov Dəhləvi, Ə.Cami, Ə.Nəvai kimi böyük sənətkarlar Nizamini ustad adlandırmışlar. Şairin yaradıcılığı Qərbi Avropa ədəbiyyatına da təsir göstərmişdir. Görkəmli tədqiqatçı Y.E.Bertels sübut etmişdir ki, Nizaminin poemaları ilə Avropanın cəngavərlik romanları arasında müəyyən bənzərlik mövcuddur. C.Bokkaççonun “Ameto”,K.Qostinin “Turandot”, A.R.Lesajın “Çin şahzadə xanımı”, Volterin “Zadiq, yaxud tale” və başqa əsərlər Nizaminin poemalarının süjetləri əsasında qurulmuşdur. Nizaminin yaradıcılığı Şərq incəsənətinin, xüsusilə miniatür sənətinin inkişafında mühüm rol oynamışdır.


Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.Nizami Gəncəvinin Gəncədə dəfn olunduğu yerdə möhtəşəm məqbərəsi ucaldılmışdır




b b b b b



2011-ci il sentyabrın 26-da XII əsr intibahının parlaq zəkası, söz sənətinin əbədiyaşar nümayəndəsi, Azərbaycan xalqının mütəfəkkir oğlu, filosof-şair dahi Nizami Gəncəvinin anadan olmasının 870 ili tamam olur. Azərbaycan xalqı böyük qürur hissi ilə ölməz söz ustadının 870 illiyini təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Azərbaycanın bütün şəhərlərində o cümlədən Nizami Gəncəvinin doğma vətəni Gəncə şəhərı də şairin yubileyini onun adına layiq keçirmək üçün geniş tədbirlər planı hazırlayıb və bu istiqamətdə hazırlıq işlərini həyata keçirir.

Gəncə şəhər MKS-nin kollektivi Nizami ədəbi irsini layiqincə təbliğ məqsədilə silsilə tədbirlər planı hazırlayıb. Yekun olaraq kitab bayramı keçiriləcək..

Bütün aləmləri idrakının və hissiyyatının dinamik gücü ilə çox asanlıqla fəth edən parlaq, ensklopedik zəka sahibi, ulu mütəfəkkir, bütün elmlərin kilidlərinə işıqlı fəhminin açarını salan böyük Nizami Gəncəvinin sənət dünyasının hüdudları o qədər sonsuzdur ki, neçəki insanlıq mövcuddur və hətta neçə-neçə yüz illər, min illər bundan belə irsi araşdırılacaq , təbliğ olunacaqdır.

Şairin bəşəriyyətə bəxş etdiyi sənət incilərini təbliğini təmin etmək məqsədi ilə kitabxanalar tədbirlər planı hazırlamalıdır.Respublikanın müxtəlif bölgələrində, o cümlədən Gəncədə silsilə tədbirlər keçiriləcəkdir.
Gəncə MKS-nin şöbə və filialları bu yubileylə əlaqədar kitabxanalarda müxtəlif tədbir formalarından: kitab sərgiləri, oxucu konfransı. ədəbi-bəddi gecə, kitab müzakirəsi, şer gecəsi ,kitab xülasəsi,sual-cavab gecəsi,söhbət,biblioqrafoq icmalalrdan istifadə etməlidirlər. Bu tədbirlərin keçirilməsində məqsəd Azərbaycan poeziyasının korifeyi haqqında müasir oxucunu daha da məlumatlandırmaqdan ibarətdir.


Dahi şair haqqında çap olunmuş ədəbiyyat eləcə də dövrü mətbuatda dərc olunan materiallar biblioqrafiq kartotekalarda rubrikalara əlavə olunmaqla və yubiley materiallarını orada əks etdirməklə göstərilməlidir.Kitabxanalarda keçirilən ən iri həcmli tədbirlərdən biri oxucu konfransıdır. Oxucu konfransının üstün cəhətlərindən biri odur ki, dahi şairinin ayrı-ayrı əsərləri ilə yüzlərlə oxucunu tanış etmək imkanı yaradır.Bu məqsədlə keçirilən oxucu konfranslarında müzakirə olunacaq əsərlərin nə dərəcədə əhəmiyyətli və təsirli olması,bu günün tələbləri ilə necə səslənməsi əsas meyar kimi götürülməlidir.Oxucu konfransı keçirmək üçün kitabxanaçı plan və proqram tərtib etməlidir.Tərtib olunacaq planda tədbir üçün kitabların, məruzələrin, şerlərin seçilməsi,elanın, dəvətnamənin yazılması, tədbir keçiriləcək yerin müəyyən edilməsi və s. göstərilir.

  • Konfransın keçiriləcəyi tarix “.....................”

  • Keçiriləəcyi yer (Tapşırılsın .......................)

  • Konfransın əsas məruzəçisinin ayrılması (Tapşırılsın.....................)

  • Kitab üzrə çıxışlar üçün suallar tərtib edilməsi (Tapşırılsın..................)

  • Çıxışların hazırlanması (Tapşırılsın.....................)

  • Konfransın mövzusuna həsr olunmuş kitab sərgisi (Tapşırılsın...........)

  • Elanın yazılışı,dəvətnamənin tərtib edilməsi və paylanması(Tapşırıl..)

  • Konfransın açılışı (Tapşırılsın.....................)

Konfransa hazırlıq dövründə planla yanaşı olaraq, konfransın gedişini və çıxışlar üçün sualları müəyyənləşdirən proqram da tərtib etmək lazımdır. Pproqramda keçiriləcək tədbirin adı, giriş sözü və çıxış edəcək başqa şəxslərin adları qeyd olunmalıdır. 1. Giriş. 2. Əsas məruzə. 3. Çıxışlar.

Dahi şairin 870 illiyi ilə əlaqədar olaraq ”Dünya poeziyasının günəşi”,”Böyük həyatın unudulmaz salnaməsindən”, ”Şərq intibahının görkəmli nümayəndəsi”,”Dahi və humanist mütəfəkir”,”Dünya poeziyasının ilham mənbəyi”,”Nizami Gəncəvi və dünya ədəbiyyatı” və s.mövzularda oxucu konfransı keçirmək olar.

Oxucu konfransına hazırlıq dövründə kitabxanaçı tədbirlə bağlı olan ədəbiyyatı seçməli və həmçinin dövrü mətbuatda dərc olunan materiallardan da istifadə etməlidir.Tədbirin keçirilməsində ali və orta məktəbin müəllim və şaggirdlərinin, ixtisaslı mütəxəssislərin. imkanlarından istifadə etmək lazımdır.Oxucu konfransında giriş sözü ilə çıxış edən tədbirin ideya, mahiyyəti, məqsədi, müıllifin yaradıcılığının ayrı-ayrı dövrləri , şairin əsərlərinin mövzu aktuallığından, onun ədəbiyyatdakı mövqeyi haqqında məlumat verməli, girişdən sonra tərtib olunmuş suallar ətrafında çıxışlar edilir.Tədbirin rəhbəri yekun sözü ilə çııxş edənlərin dediklərini tamamlamalı tədbiri sona yetirməlidir. Bu cür tədbirlər yubiley ilində Azərbaycan poeziyasının söz incisinin xiridarının əsərlərinin təbliğinə yardım göstərir və oxucuları şairin yaradıcılığı ilə yaxından tanış edir. onlarda Nizami Gəncəvi yaradıcılığına məhəbbəti daha da artırır və kitabxanada oxucuların və kitab verilişinin çoxalmasına səbəb ola bilər.

MKS-nin şöbə və filiallarında "Azərbaycan poeziyasının korifeyi" adlı oxucu konfransı keçirmək olar.

Konfransı giriş sözü ilə açaraq, dəvət olunmuş qonaqları və tədbir iştirakçılarını salamlayıb tədbiri açıq elan etmək olar.Sonra bildirmək lazımdır ki, 2011-ci il böyük Nizami Gəncəvinin 870 illik yubileyidir. Ölkəmizdə, həmçinin respublikamızdan kənarda, eləcə də bütün türk dünyasında Nizami yaradıcılığına bir daha müraciət olunur, bu dahi şairin yaradıcılığı ilə bağlı müxtəlif tədbirlər keçirilir. Daha sonra Nizami Gəncəvinin həyat və yaradıcılığına dair çıxışlr olmalıdır. GDU-nun nizamişünas professor və müəllimləri, orta məktəb müəllimləri tədbirdə cıxış edə bilər.

Konfransda "Nizami Gəncəvi və türk dünyası","Nizami yaradıcılığında məhəbbətin fəlsəfəsi", "Nizami yaradıcılığı və Azərbaycan intibahı", "İsgəndərnamə poemasının tədrisi məsələləri", "Nizami və din" və s.mövzularında məruzələrlə çıxışlar etmək olar. Son dərəcə əhəmiyyət kəsb edən tədbirin sonunda dahi şairimiz Nizami Gəncəviyə həsr olunmuş ədəbi-bədii kompozisiya da nümayiş etdirmək məqsədə uyğundur. Sonda N.Gəncəviyə həsr olunmuş tədbirin əhəmiyyəti barədə çıxış etmək yerinə düşər. “ Klassik Azərbaycan ədəbiyyatınn ən böyük nümayəndəsi Nizami Gəncəvi ” və s.

Dahi şairimiz Nizami Gəncəvinin 870 illiyi ilə bağlı kitabxanalarda ədəbi-bədii gecələr də keçirmək olar. Ədəbi-bədii gecələri müxtəlif adlar altında keçirmək olar:“Dünya poeziyasının günəşi”,”Bədii sözün tanrısı”,”Nizami dühasının işığında”, ,” O dahini düşünəndə: Nizami Gəncəvi-870”,”Sözün zirvəsi, zirvənin sözü: Nizami dünyasına bir nəzər“,”Zamanların dahisi”,”Dünya poeziyasının ilham mənbəyi”,”Zamanların dahisi:Nizami Gəncəvi“,”,Dünyanın sirri var sözü var səndə”, ”Şərqin ilham çeşməsi:Nizami Gəncəvi-870“,”Poeziyanın sönməz günəşi”,”Dünya klassik ədəbiyyatının güzgüsü”,”Dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığı” Dahi şair Nizami Gəncəvinin dünya ədəbiyyatında rolu”,”Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı”” Dahi şair Nizami Gəncəvinin hikmət gülüstanı” və s.

Ədəbi-bədii gecələr oxucu konfransına yaxın tədbirlərdəndir.Bu cür gecələrin keçirilməsinin də özünəməxsus xarakterik cəhətləri vardır. Ədəbi-bədii gecələrin köməyi vasitəsilə oxuculara dahi şair haqqında geniş məlumat verilir.Tədbirə şairin həyat və yaradıcılığından danışmaq üçün Nizamişünas alimləri dəvət etmək tədbirin daha canlı keçməsinə imkan yaradar.Həmin şəxslər şair haqqında geniş məlumat verib oxucuların suallarına da cavab verə bilər.Həmin şəxslər şairin ayrı-ayrı əsərlərindən bəhs etsə daha maraqlı olar.Bundan sonra digər cıxış edənlərə söz verilir.Gecədə tədbirin mövzusuna uyğun gələn şerlərdən parçalar söylənilməli, eləcə də tədbirdə cıxış edən şairlərin də mövzuya uyğun şerlərin söylənilməsi tədbiri daha da maraqlı edər.

Nizami Gəncəvinin şerlərinə bəstələnmiş mahnıların ifası ,eləcə də şairə həsr olunmuş ayrı-ayrı əsərlərinə başqa şairlərin şerləri səslənə bilər da tədbiri rəngarəng və məzmunlu edər.Burada şairin əsərləri əsasında yazılmış operadan (Leyli və Məcnun », »Yeddi gözəl »əsərlərindən səhnələr göstərmək yerinə düşər.Dram teatrın artislərinin ifasında şeir və poemalardan parçalar da ifa etmək tədbirin canlı keçməsinə səbəb olar.

Nizami poeziyasının mövzu dairəsi çox genişdir. Burada iqtisadi məsələlərə, incəsənətə, mədəniyyətə,estetikaya,əməyə və vətənpərvərliyəvə s. dair yüksək fikirlər vardır.Ona görə də kitabxanalarda şairin əsərlərini geniş şəkildə təbliğ etmək üçün kitabxanaçıdan yüksək bilik və bacarıq tələb olunur.Çünki,göstərdiyimiz məsələlər üzrə gənc oxucuya fərdi xidmət göstərmək ,onun sorğusuna ətraflı cavab vermək və bu zaman onun yaş xüsusiyyətlərini nəzərə almaq lazımdır.

Şairin yubileyinə hazırlaşarkən onun az tanınmış əsərlərini birinci növbədə oxuculara çatdırmaq, tədbirlər planı hazırlayarkən belə əsərlərin təbliğinə daha çox diqqət yetirmək tövsiyə olunur.Göstərilən əsərlərin müzakirəsini təşkil etmək, nizamişünasları bu müzakirələrə dəvət etmək lazımdır.Ümumiyyətlə kütləvi tədbirlərin rəngarəng keçməsi üçün illüstrativ kitab sərgilərindən geniş istifadə edilməsi tövsiyə olunur.

Şairin əsərləri bütün oxucu qrupunu əhatə etdiyi üçün əsərlərini təbliğ etmək məqsədilə tədbirdə iştirak edən oxucu qrupu, onların yaş xüsusiyyətləri və s. nəzərə alınmalıdır.Bu tədbirlər zamanı şairin əsərlərinin bədii dəyəri göstərilməli. Ideya məzmunu açılmalı, əsər haqqında məlum olmayan və yeni aşkarlanan fikir və faktlar oxucuya geniş şəkildə çatdırılmalıdır.Keçirilən tədbirlərin məzmunlu alınması üçün yazıçıları, ali və orta məktəb müəllimlərini və şəhərin digər nümayəndələrini bu işə cəlb etmək olar.

Musiqili ədəbi-bədii gecə” Azərbaycan musiqisində Nizami”, ” Nizami Gəncəvi və muğam sənəti”, “Nizami və musiqi dünyası” ,” Nizami Gəncəvi və muğam sənəti”,

Azərbaycan musiqisində Nizami”,”Nizami Gəncəvi irsi” və s. Nizamiyə eləcə də onun əsərlərindəki surətlərə həsr etdiyi şeirlərdən parçalar təqdim etmək,eləcə də şairin “Sənsiz”,”Sevgili canan” və digər şerlərinə yazılmış musiqilər səsləndirmək olar.



Aşağıdakı mövzularda şer gecələri keçirmək olar:“Nizaminin söz çələngi”,”Böyük ideyalar şairi”,”Nizami-nurlu səhər”,”Dahi Nizaminin lirikası”,”Bir elmi öyrənmək istədikdə sən çalış hər işi kamil biləsən”,”Nizami əsərləri dünya şer xəzinəsinin nadir incilərindəndir”Gəncənin ulu sənətkarı”,” Böyük poemalar müəllifi”,”Şerimizin şərəf və iftixarı”.”Dünya şöhrətli Nizami Gəncəvi” ,” Nizaminin lirikası”,”Şairin şeir karvanı”,“Nizaminin söz dünyası”,“Nizaminin söz çələngi”,” Böyük ideyalar şairi”, “Nizami poeziyası” ,“Poeziya və dostluq bayramı “, “Zəngin fikir xəzinəsi”,”İnsana arxadır onun kamalı”,”Nizaminin hikmət və nəsihətləri”,” Nizami və onun poeziya sələfləri”,“Səadət və məhəbbət müğənnisi”,”Nizami-nurlu səhər”,”Dahi Nizaminin lirikası”,” Bir elmi öyrənmək istədikdə sən çalış hər işi kamil biləsən”,”Nizami əsərləri dünya şer xəzinəsinin nadir incilərindəndir”Gəncənin ulu sənətkarı”,” Böyük poemalar müəllifi”,”Şerimizin şərəf və iftixarı”.”Dünya şöhrətli Nizami Gəncəvi”,” Nizaminin lirikası”,“Böyük Nizami dühası”,Nizaminin fikir dünyası” ,”Şairin mənzum hekayələri:” Sözün zirvəsi, zirvənin sözü: Nizami Gəncəvi-870”,” Nizami dühası, Nizami sənəti”,”Dünya poeziyasının ölməz qartalı”, ”Dahilər dahisi Nizami irsindən...”,“Böyük Nizami dühası “,“Gəncəli müdrik”,“Nizami poeziyası” ,”Şairin şeir karvanı”,İnsana inam poeziyası”,”Həyata səsləyən lirika”,”Müqəddəslik və ülvilik poeziyası”,”Tükənməz ilham bulağı: Nizami Gəncəvi-870“ ,”Şair dühasının sönməz işığı: Nizami Gəncəvi-870 “,”Nizaminin məqbərəsi önündə düşüncələr”, “Yad et məni ürəkdən: Nizami Gəncəvi-870 “,”Şairin söz xəzinəsindən: Nizami Gəncəvi-870”,”Nizami və onun poeziya sələfləri”,”Poeziya və dostluq bayramı“,”Nizami lirikası”,” Nizaminin hikmət çeşməsi”,” Nizaminin qəsidə yaradıcılığı”,”Şərqin ilham çeşməsi: Nizami Gəncəvi-870 “, “Deyilə bilən hər sözdən sən yaxşısan: Nizami Gəncəvi-870 “, “Zəngin fikir xəzinəsi”,” Sözün Nizami zirvəsi” ,”Nizaminin hikmət və nəsihətləri”,”Nizami və onun “Xəmsə”si”,”Nizami yaradıcılığında doğma Gəncənin tərənnümü“,”Nizami dünyasına bir nəzər “,”Az danışmağın gözəlliyi” ,”Bəşəri ideyalar carçısı: Nizami Gəncəvi” . və b.

Kiçik yaşlı uşaqlar üçün ibrətamiz mövzularda nağıl saatı təşkil etmək uşaqlarda dahi şairin yaradıcılığı ilə tanış olmağa imkan yaradır:

Kərpickəsən kişinin dastanı”,” Fitnə” ,”Sultan Səncər və qarı”,”Xeyir və Şər” və s.



Şairin həyatından bəhs edən yazıçı M.S.Ordubadinin qələmə aldığı “Qılınc və Qələm” romanının müzakirəsi keçirmək şairin həyat və yaradıcılığını bədii təsvirlərlə oxuculara çatdırmaq oxucuların marağına səbəb olar. .

Rəsm müsabiqəsi yaxud oxucuların əl işləri Nizami əsərləri incəsənətdə”, ” Nizami obrazı ədəbiyyatda və incəsənətdə”,” Rəssamın gözü ilə: Nizami Gəncəvi-870 “,“Təsviri sənətimizdə Nizami Gəncəvinin obrazı necə yarandı”,” Nizami dünyası boyalarda”,

Nizami poeziyası miniatürlərdə” ,”Nizami əsərləri incəsənətdə”,” Nizami dünyası boyalarda”,” Azərbaycan musiqisində Nizami”,” Nizami obrazı ədəbiyyatda və incəsənətdə” adı altında tədbirlər də maraqlı olar.



Dəyirmi masalar da şairin yaradıcılığının təbliğinə mühüm rol oynayır.Dəyirmi masalar canlı fikir mübadiləsidir.Belə tədbrlər dünyaörüşü genişləndirir,insanın fikir və dilini təkmilləşdirir.Tədbiri keçirərkən auditoriyanı müəyyənləşdirmək (gənclər,müəllim və ziyalılar) lazımdır. Belə tədbirlərə zəngin həyat təvrübəsi olan hörmətli şəxsiyyətlər dəvət olunmalıdır.Tədbiri başlayarkən iştiakçılara mövzu ətrafında sərbəst fikir mübadiləsi edə bilmələrini xatırlatmaq lazımdır.Hər kəs çıxış edənə,aparıcıya sual vermək hüququna malikdir.Dəyirmi masada keçirilən tədbirin mövzusuna uyğun suallar tərtib olunur və bu suallar əsasında tədbir davam etdirilir.Sualların az,ya çoxluğu auditoriyanın tərkibindən,vaxtdan asılıdır,5-9 sual qoyula bilər.Suallar bütün mövzunu açmalı,əhatə etməlidir,ardıcıl olmalıdır. Dəyirmi masada iştirakçlardan hər biri sualdan birini seçib o haqda çıxış edə bilər. Dəyirmi masalar aşağıdakı mövzularda tərtib oluna bilər:

Nizami Gəncəvi və Şərq ədəbiyyatı”,”Dünya mədəniyyətinin əvəzsiz dühası”,” Dünya klassik ədəbiyyatının güzgüsü”, “Nizami və Şərq ədəbiyyatı”, “Dünya ədəbiyyatının incisi”, “Dahi Nizaminin ölməz Xəmsəsi”,”Nizami Gəncəvinin sənət aləmi”,”Şərqdə intibah və Nizami Gəncəvi”, “Dahi Nizami və türk ədəbiyyatı” və s. başlıqlarda dəyirmi masalar keçirmək olar.“Nizami Gəncəvinin dünya şöhrəti”,“N.Gəncəvinin yaradıcılığında uşaq mövzusu”, “Nizami əsərlərində məcazlar “,”Şairin gənclik dünyası”.”Nizami “Xəmsə”sində sənət və sənətkar”,” Nizami Gəncəvinin “Xəmsə”sində təlim-tərbiyə məsələləri “,,”Dünyagörüşü və ağıl tərbiyəsi haqqında Nizaminin fikirləri”, “Xəmsə”də əxlaq tərbiyəsi məsələləri “, “Estetik tərbiyə ilə bağlı N.Gəncəvinin ideyaları “,”Təbiəti mühafizə və ekoloji tərbiyə ilə bağlı fikirləri” ,”“Xəmsə”də əmək tərbiyəsi və iqtisadi tərbiyə məsələləri”,” Şairin ölməz şöhrəti”,”Nizami Gəncəvinin elm dünyası” , “Nizaminin əsərləri təbiətə dair fikirlərin tükənməz xəzinəsidir “,”Qədimdən XIX əsrə qədər Şərqdə tərbiyəvi fikirlər”, ”N.Gəncəvinin əsərlərində təlim-tərbiyə məsələləri”, Nizami və etnoqrafiya”,” Nizami yaradıcılığında humanizm “,” Nizami və təbiət elmləri”,”. Nizami Gəncəvinin dünyagörüşü” ,”Nizami kitab və kitabxana haqqında”,” Humanizm- Nizami dünyagörüşünün əsasıdır”,” Nizami Gəncəvinin ictimai və siyasi görüşləri”,” Dünya fəlsəfi irsindən yarpaqlar”,



Şairin yubileyi ilə bağlı aşağıdkı başlıqlar altında məruzələr, söhbətlər də keçirmək olar. ”Nizaminin pedaqoji düşüncələri”,”Nizaminin fikir dünyası”,”Azərbaycan ədəbiyyatın-da Nizami ənənələri”, “Nizami ərəb ədəbiyyatşünaslığında “, “Gəncəli müdrik”,”Şairin gənclik dünyası”. Nizami “Xəmsə”sində sənət və sənətkar”,” Şairin yaradıcılığında vətənpərvərliyin tərənnümü”” Böyük şairin oğlu Məhəmmədə nəsihətləri: Nizami vətənpərvər şairdir”,” Nizami Gəncəvi lirikasının bədii xüsusiyyətləri “,”Nizaminin qəsidə yaradıcılığı “, “Deyilə bilən hər sözdən sən yaxşısan: Nizami Gəncəvi-870“,” Nizami irsinin müasir tədqiqi “,” Nizami: Dövrü, şəxsiyyəti və təlimi”,” Klassik and nümunəsi”,”Nizami Gəncəvinin ailəsi və Gəncə”,”Şairin idealı və ilham mənbəyi “,” Nizami Gəncəvinin “Xəmsə”sində təlim-tərbiyə məsələləri “, “Nizami hikməti“, “Xəmsə” də əxlaq tərbiyəsi məsələləri “,”Nizami Gəncəvinin elm dünyası” , “Nizaminin əsərləri təbiətə dair fikirlərin tükənməz xəzinəsidir “,”Nizami yaradıcılığında humanizm “, ”Nizaminin fikir dünyası”, ” Nizami və təbiət elmləri”,,”Nizami Gəncəvinin dünyagörüşü”,” Dünya fəlsəfi irsindən yarpaqlar”,”N.Gəncəvinin yaradıcılığında uşaq mövzusu”,” Nizami Gəncəvi: şair və alim”,” Nizami Gəncəvi irsi və folklor” ,” Nizami əsərlərində təbiət”,” Sözün Nizami zirvəsi”,” Əxlaqda Nizami nümunəsi”,” Şairin zəhmət və zəka dünyası”,” Nizami Gəncəvinin zövq tərbiyəsi məktəbi”,” Dahi şair və mifologiya”,” Elmi fikirlər dühası”,” Nizami və tibb aləmi”,” Nizami Gəncəvi və muğam sənəti”,” Mütəfəkkir şairin elmi fikirləri”,” Nizami Gəncəvinin pedaqoji görüşləri”,” Nizami Gəncəvinin elmi dühası”,”Nizaminin əsərlərində ailə tərbiyəsi”, ” Nizami fenomeni və bəşəri düşüncə “,”Şərqdə intibah və Nizami Gəncəvi”,”Orta Şərq şairləri Nizami haqqında “, “Nizami Gəncəvi və Sokrat dünyası”,”Azərbaycan ədəbiyyatşünaslı-ğında Nizami və dünya ədəbiyyatı “,”Nizaminin yaradıcılığı “Qərb-Şərq divanında”,” Nizami XIX əsr rus şərqşünaslığında “,” Nizami əsərlərinin əlyazmaları dünya kitabxana və muzeylərində “,” Şərq ədəbiyyatında Nizami məktəbi “,”Misir ədəbiyyatşünaslığı və Nizami Gəncəvi “, ”Dahilər dahisi Nizami irsindən...:”,” Nizami və xalq əfsanələri,” Nizami Gəncəvi irsi və folklor”,” Əxlaqda Nizami nümunəsi”,” Şairin zəhmət və zəka dünyası”,” Elmi fikirlər dühası: Nizami Gəncəvi”,” Nizami yaradıcılğında xalq mərasimlərinin təsviri”,” Mütəfəkkir şairin elmi fikirləri”,” Nizami Gəncəvinin pedaqoji görüşləri” Nizami Gəncəvinin elmi dühası”,” Nizaminin fikir dünyası”,”Nizaminin əsərlərində ailə tərbiyəsi “,” Şərqdə intuibah və Nizani Gəncəvi” , ”Nizami və dünya

ədəbiyyatı”,” Nizami və türk ədəbiyyatı”,” Nizami Gəncəvi irsi və Sədi yaradıcılığı”,” Ömrün fikir dünyası”,”Nizami fransız mənbələrində”, ”Şərqdə intibah və Nizami Gəncəvi”,” Nizami fenomeni və bəşəri düşüncə”, ”Nizami dünya meridianlarında“,”Orta Şərq şairləri Nizami haqqında “,“Nizami Gəncəvi və Sokrat dünyası”,” Nizami və Şekspir”, ”Şairin dünya şöhrəti: Nizami Gəncəvi- 870 “, Ömrün gözəllik çağı: Nizami Gəncəvi”, “Nizami və intibah”,”Şairin mənzum hekayələri”,” Şairin yaradıcılığında vətənpərvərliyin tərənnümü”,”Şairin sirli-sehrli dünyası: Nizami Gəncəvi “,” Mütəfəkkir şairin torpağa münasibəti”,” Böyük şairin oğlu Məhəmmədə nəsihətləri” ,”Nizami vətənpərvər şairdir”,”Nizami Allahın sədaqətli bəndəsi kimi”,” Nizami Gəncəvi lirikasının bədii xüsusiyyətləri “,”Nizaminin ədəbi təlimi: Nizami Gəncəvi“,” Nizami irsinin müasir tədqiqi”,” Nizami və Bərdə: Bəşəri ideyalar carçısı “,”Nizaminin lirik əsərlərinin tədrisi və şagirdlərin mənəvi tərbiyəsi “,”Şair dühasının sönməz işığı”, ”Nizami- tükənməz mövzu mənbəyidir”,“Nizami: dövrü, şəxsiyyəti və təlimi”,” Klassik and nümunəsi”,”Nizami Gəncəvinin ailəsi və Gəncə”,”Şairin idealı və ilham mənbəyi “, ”Xalqımızın təfəkkür rəmzi”,”Gözəllik xəzinəsi-Afaq “

Sual-cavab gecələri: “Nizami Gəncəvini necə öyrənirik”,” Nizami Gəncəvi kimdir?”, “Təsviri sənətimizdə Nizami Gəncəvinin obrazı necə yarandı?”,””Nizami müasirliyi: Şair dünyası - Nizami Gəncəvi-870”,”Nizami xəzinəsi” ,“ A.Şaiqin uşaq şeirlərində Nizami mövzuları” , Nizami yaradıcılığında uşaq ədəbiyyatı nümunələri” ,”Böyük eşq tərənnüm-çüsü”,”Dünya poeziyasının iftixarı”,” Mənəvi sərvətlər xəzinəsi”, ”Poeziyamızın sönməz günəşi”,”Nəsildən-nəslə:Görkəmli sənətkarların Nizami haqqında fikirləri”,“Əsrlərə yadigar qalmış ad”,” Şeir səmasının sönməz günəşi”,”Nizami irsini dərindən öyrənək “,”Bütün zamanların şairi: Nizami Gəncəvi”, “Dahi Nizaminin rübabı ölməzdir”, ”Nizamini yetirən xəlqi-milli zəmin”,”Şair-mütəfəkkir”,“İntibah və Nizami Gəncəvinin poeziyası” ,”Nizami yaradıcılığının şagirdlərin mənəvi tərbiyəsində rolu” ,”.Nizaminin irsi ölməzdir “mövzularında keçirmək məsləhətdir.

Kitab sərgiərini aşağıda göstərilən başlıqlarda tərtib etmək məsləhətdir “Dünya ədəbiyyatının günəşi: “Bəşəri ideyalar carçısı: Nizami Gəncəvi-870” ,”Şair dühasının sönməz işığı:Nizami Gəncəvi-870”Azərbaycan şairi və mütəfəkkiri “,“Dünya poeziyasının iftixarı: Nizami Gəncəvi-870 “,”Mənəvi sərvətlər xəzinəsi Nizami Gəncəvi-870 “,”Poeziyamızın sönməz günəşi:”, ”Əsrlərə yadigar qalmış ad”,”Şeir səmasının sönməz günəşi: Nizami Gəncəvi-870 “,”Şairin rübabı ölməzdir “Nizamini irsini öyrənək: Nizami Gəncəvi-870 “,”İnsana inam poeziyası”,”Həyata səsləyən lirika”,” Nizami dühası, Nizami sənəti”,”Dünya poeziyasının ölməz qartalı”,”Müqəddəslik və ülvilik poeziyası”,”Dahi şair, böyük mütəfəkkir””Şair dühasının sönməz işığı”,” Nizaminin hikmət çeşməsi”,”Xalqımızın təfəkkür rəmzi: Nizami Gəncəvi- 870”,”Milli iftixarımız: Nizami Gəncəvi-870 “, Humanist şair”, ,”Bəşəri şəxsiyyət: Nizami Gəncəvi-870” ,”Dünya poeziyasının fəxri Nizami Gəncəvi-870”,”Tanrı hüzurunda duran şair: Nizami Gəncəvi-870”, “Heyrət, ey büt... - Nizami Gəncəvi-870” ,”Ecazkar Gəncəvi - Nizami Gəncəvinin 870”,”Poeziyamızın günəşi: Nizami Gəncəvi-870”,”Milli iftixarımız: Nizami Gəncəvi-870”,” Nizami fenomeni”, “Nizami və əsərləri ədəbiyyatımızda“,”Dünya bir şətrəncdir: Nizami Gəncəvi-870 “,,”Tükənməz ilham bulağı: Nizami Gəncəvi-870”,” Nizami fenomeni “,”Bəşəri şəxsiyyət: Nizami Gəncəvi-870”,”Şair dühasının əzəməti: Nizami Gəncəvi-870”,”Dünya poeziyasının fəxri Nizami Gəncəvi-870”,” Yad et məni ürəkdən: Nizami Gəncəvi-870“,”Tanrı hüzurunda duran şair:Nizami Gəncəvi-870“ ,“Nizami lirikası” və s.





b Dahi şair Nizami Gəncəvinin müdrik fikirləri b





QÜVVƏT ELİMDƏDİR, BAŞQA CÜR HEÇ KƏS

HEÇ KƏSƏ ÜSTÜNLÜK ELƏYƏ BİLMƏZ !

HƏR UCA RÜTBƏDƏN BİLİNİZ, FƏQƏT

ALİMİN RÜTBƏSİ UCADİR, ƏLBƏT !

NİZAMİ GƏNCƏVİ.



İNCİTƏK SÖZLƏR SEÇ, AZ DANIŞ, AZ DİN,

QOY AZ SÖZLƏRİNLƏ DÜNYA BƏZƏNSİN.

AZ SÖZÜN İNCİTƏK MƏNASI SOLMAZ,

ÇOX SÖZÜN KƏRPİCTƏK QİYMƏTİ OLMAZ.

NİZAMİ GƏNCƏVİ







b Görkəmli şəxsiyyətlər b

Dahi şair Nizami Gəncəvi

b haqqında b







Yüklə 226,81 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin