Note- this is a model policy that scus should use as an example to write their policy



Yüklə 116,14 Kb.
tarix07.07.2018
ölçüsü116,14 Kb.
#55955


Azərbaycanda Kredit İttifaqları üçün Əməliyyat Normaları

Kreditlərin Yığılması Modeli,

Bakı, Sentyabr 2008

Mündəricat


Kreditlərin Yığılması Modeli, Prosedurlar və Təklif olunan Formalar 3

1. Gecikdirilmiş kredit anlayışı 3

2. Siyasətə Nəzarət 3

Əlavə 1 6

Cəmi ödənilmiş 6

Gecikdirilmiş kreditlər üzrə hüquqi proses 8

15. Birinci Addım (Yerli İqtisad Məhkəməsi) 8

16. İkinci Addım (Apelyasiya Məhkəməsi) 9

17. Üçüncü Addım (Ali Məhkəmə) 9

18. Beşinci Addım (Ali Məhkəmənin Plenimu) 9

Əlavə 2 10

Əlavə 3 11

Əlavə 4 12

Əlavə 5 13

Əlavə 6 14

Əlavə 7. 14




Kreditlərin Yığılması Modeli, Prosedurlar və Təklif olunan Formalar


Qeyd: Bu Kİ-rı tərəfindən öz siyasətlərini yazmaqda nümunə kimiistifadə oluna biləcək siyasət modelidir. Əgər bu siyasət Kİ-nın özünəməxsus xüsusiyyətlərini əks etdirmirsə, idrə heyəti tərəfindən qəbul edilməli deyil.

1. Gecikdirilmiş kredit anlayışı


Gecikdirilmiş kredit dedikdə kredit müqaviləsi üzrə tam ödənilməyən hər hansı kredit başa düşülür. Ödəmə cədvəlindən asılı olaraq, ödəniş həm əsas məbləğ, həm də faiz üzrə və son ödəniş tarixindən sonra əsas məbləğ və yığılmış faiz üzrə ola bilər.

2. Siyasətə Nəzarət


Kredit İttifaqının (Kİ) idarə heyəti kreditlərin yığılması siyasətinin formalaşması, nəzərdən keçirilməsi və tənzimlənməsi üçün məsuliyyət daşıyır. Ildə bir dəfədən az olmayaraq idarə heyəti bu siyasətləri nəzərən keçirməli və onları elə dəyişdirməlidir ki, gündəlik əməliyyatlar əks olunsun.

3. Kreditin Yığılması üçün Məsuliyyət

Menecer bu siyasətə müvafiq olaraq Kİ-nin krediti toplama cəhdlərini koordinasiya etməkdə məsuliyyət daşıyır. Menecer gündəlik əməliyyatları Kİ işçisinə və ya üzvünə həvalə edə, krediti vaxtında ödəməyən daha çətin borcalanlar ilə məhkəmə işlərini Müşahidə Şurasına həvalə edə bilər. Menecer toplamalar ilə əlaqədar proqram hazırlayır və Kredit İttifaqının Kredit Mütəxəssisini təyin edir.



4. Gecikdirilmiş kreditlər barədə hesabatvermə

    Gecikdirilmiş kreditlər hər ayın son tarixinə hesablanır. Gecikdirilmiş kreditlər üzrə hesabat (bax Əlavə 7) idarə heyətinin aylıq iclaslarda balans və gəlir hesabatı ilə birlikdə təqdim edilməlidir. Gecikdirilmiş kreditləri bəyan edərkən, yalnız qaytarılmayan kreditin məbləği deyil, bütün verilən kredit balansı barədə hesabat verilməlidir.

Ödəniş gününə qədər ödəmə gecmiş sayılmır. Məsələn – Aylıq ödənişli kredit üzrə 60 gün ödəniş olunmayıbsa, burada faktiki 30 gün gecikdirmə var. Gecikdirilmiş hissəli ödəniş bir gecikdirilmiş ödəniş sayılır.

5. Gecikdirilmiş kreditlər ilə bağlı nəzəriyyə

Gecikdirilmiş kreditlərin kompensasiya edilməsi üçün hər bir zəruri hərəkətin üzvlər tərəfindən başa düşülməsi vacibdir. Bu hərəkətlərə aşağıdakılar daxildir:



  • Kredit(lər) barədə krediti vaxtında qaytarmayan borcalanlar və onların zəmanətçiləri ilə davamlı əlaqə saxlamaq;

  • Borcalan tərəfindən vəd edilmiş ödəniş olunmadıqda dərhal hərəkət etmək;

  • Girov dəyərini itirməzdən əvvəl ona vaxtında ödəniş yönəltmək və bu da özündə zəmanətçilərin məsuliyyətini şamil edir;

  • Gecikdirmə üzrə olan haqqları ödəmək; və

  • Kİ tərəfindən həyata keçirilən geri ödəmələrə zamanı krediti vaxtında qaytarmayan borcalanlar ilə əlaqədar məhkəməyə müraciət etmək.

Kİ-yə borcu olan üzv dərhal Kİ-nin ərazisini tərk edirsə, Kİ üzv ilə əlaqəni itirməməkdə və ya onun qoyduğu girov barədə diqqətli olmalıdır.

6. Zamin duran şəxsə xəbərdarlıq

Birbaşa borcalan ilə əlaqə saxlanılan eyni vaxtda zamin duran şəxslə də əlaqə saxlanılmalıdır. Borcalana olan hər bir xəbərdarlıq və telefon zəngləri də onlara olunmalıdır. Onlar həmişə gecikdirilmiş kreditlərdən xəbərdar olmalıdırlar. Zamin duran şəxslər Kİ-lara kreditin qaytarılmasında tam məsuliyyət daşıyırlar.

Birbaşa borcalanın kredit ödəməyəcəyi aşkar olan kimi zamin duran şəxslə kompensasiya barədə tədbir görülməlidir.

7. Ödəniş yönəldilmiş (kredit müqabilində alınmış) Girovun Satılması

Ödəniş yönəldilmiş girovun satışı mövcüd Azərbaycan qanunvericiliyinə müvafiq olaraq aparılmalıdır. Əmlakın satışından əldə olunan vəsait Kredit Ödəmələri üzrə Müstəsna Hüquq başlıqlı bəndə təsvir edildiyi kimi istifadə olunmaldır.

Əgər qalıq balans varsa, (qaytarılmalı kredit balansı ilə satılmış girovun məbləği arasında fərq) məhkəmə üzvün bu məbləği ödəməyə məsul olub-olmaması barədə qərar qəbul edəcəkdir. Bu birdəfəlik ödəmə ola bilər. Əgər bu mümkün deyilsə, onda ödəmələr qalıq balans ödənilərənə qədər olunmalıdır.

8. Kreditin silinməsi

İdarəetmə orqanları kreditin tolanıla bilməyəcəyi qərarına gəldikdə, kreditlər silinməlidir. Kreditin silinməsi borcalanı krediti ödəmək məsuliyyətindən azad etmir, bu yalnız mühasibatlıqda qeyd edilməsi üçündür. Kreditin yığılması cəhdləri üzv öz maliyyə vəziyyətini yaxşılaşdırana və Kİ-yə geri ödəyə bilənə qədər davam etdiriləcəkdir. Silinmiş kreditlərin mühasibatlıq qeydləri növbəti 5 il üzrə balansdan kənar mühasibatlıqda qeyd edilir. Silinmiş kreditləri olan üzvlə geri ödəmə təmin edilənə qədər 6 aydan bir bu kreditlər və faiz məzənnəsi üzrə əlaqə saxlanılmalıdır. Bu müddət ərzində geri ödəmə təmin edilməsə, məbləğ balansdan kənar mühasibatlıqdan silinməlidir.



9. Kİ üzrə Qaytarılmayan kreditlərin təhlili

Aylıq əsasla Müşahidə Şurası qaytarılmayan kreditlərin təhlilini həyata keçirməlidir. Dəyişikliklərin istiqaməti barədə təhlil kredit keyfiyyəti və toplamalarına ünvanlanmış aşağıdakı məzənnələrdən istifadə edilməklə başa çatdırılmalıdır:



  • Qaytarılmayan kreditlər üzrə cəmi silinmiş kreditlər / Orta Kreditlər məqsəd - < 0.5%

Hesablama belədir: son 12 ay üçün silinmiş kreditlər – son 12 ay üçün kompensasiyalar/ son 12 aydan yuxarı orta kredit balansı.

  • Cəmi Kreditlər / Cəmi Aktivlər məqsəd - >85%

  • Cəmi Qaytarılmayan Kreditlər / Cəmi Kredit Portfeli məqsəd - 5% və ya az

  • Yığılmış kredit kompensasiyaları/yığılmış silinmiş kreditlər məqsəd 100% olmalıdır

Kreditvermədə Kİ kapitalını azalda biləcək istiqamətlərin müəyyən edilməsi də vacibdir. Müşahidə Şurası Kredit Komisiyası və İdarə Heyəti ilə birlikdə gecikdirilmiş kredit növlərini nəzərdən keçirməlidir.

  • Vaxtında krediti qaytarmayan borcalanların ümumi bir xüsusiyyəti varmı (eyni sənaye, onlar əlaqəlidirmi)?

  • Krediti vaxtında qaytarmağa mane olan səbəblər hansıdır?

  • Üzvlərə çoxmu kredit verilir?

10. Kredit Ödəmələri üzrə olunan üstünlüklər

Əgər kredit hesablama əsası ilə aparılırsa, Borcalandan alınmış ödəmələrə aşağıdakı ödəmə üstünlükləri tətbiq edilməlidir:



  • Hüquqi və ya toplama üzrə xərclər;

  • Gecikdirilmiş kreditlər üzrə gecikdirmə haqqı;

  • Faiz; və

  • Əsas məbləğ.

Kredit qeyri hesablama əsası ilə aparılırsa, kredit ödəmələri üzrə olunan üstünlüklər əksinə tətbiq edilməlidir. Bu səbədən də əsas məbləğ birinci ödənilir.

11. Cərimələr

Kİ-na alınmamış ödəmələr üçün kecikdirmə haqqı ödənilməlidir. Əgər borcalan krediti vaxtında ödəməyibsə, kecikmə cəriməsi hər gecikdirilən gün üzrə hesablanmalıdır. Cərimə faiz dərəcəsindən 1.5 dəfə artıq hesablanacaq. Cərimənin dərəcəsəsi Kİ və borcalan arasında imzalanan sazişdə ök əksini tapmalıdır. İdarəetmə cəriməni kifayət qədər yüksək müəyyən etməlidir ki, bu borcalanları ödəməni vaxtında etməyə təşviq etsin.

Kreditin yığılması ilə əlqədar baş verən hər hansı və bütün xərclər üçün üzv məsuliyyət daşıyır.

12. Gecikdirilmiş kreditlər üzrə Faiz

Əgər Kİ hesablama əsaslı metodan istifadə edirsə, gecikdirilmiş kreditlər üzrə faiz kreditin vaxtında qaytarılmasından 3 ay sonra hesablanmalı deyil. 3 aydan çox vaxtı keçmiş kreditlərin yığılması sual altındadır; buna görə də hesablanmış və ya gözlənilən faizlər Kİ-nin aktivi kimi nəzərdə tutula bilməz.


Bu siyasət İdarə Heyəti tərəfindən ____________________ tarixinə nəzərdən keçirilib və təkmilləşdirilib.

Əlavə 1


YIĞIM PROSEDURLARI

  1. Əgər Kİ avtomatlaşdırılmış gündəlik idarəetməyə malikdirsə, Kİ gecikdirilmiş kreditlər ilə əlaqədar hesabat tərtib edir və 10 gün və ya daha çox müddətə gecikmiş borcları olan borcalanlar ilə əlaqə saxlayır. Əgər Kİ kompüter sisteminə malik deyilsə və hesablamalar əllə aparılırsa, onda gündəlik əsasla Kİ bütün kreditlər üzrə mühasibatlıq kartlarını nəzərdən keçirməklə 10 gün və ya daha çox müddətə gecikmiş borcları olan borcalanları müəyyən etməlidir.

  2. Gecikdirilmiş kreditlər üzrə istifadə olunan ən ümumi metod vasitəsilə sadəcə olaraq tələb olunan ödəmələrin sayı ilə olunmuş ödəmələrin sayı müqayisə edilir. Hesablama aşağıdakı kimi aparılır:

  • Ilk ödəmə üzrə ödəniş günündən cari tarixə qədər (ay sonu) olan müddətə bütün qaytarılmalı ödəmələrin sayını müəyyən et.

  • Olunmuş faktiki ödəmələrin sayını müəyyən et. Bu, üzvlər tərəfindən ödənilən cəmi məbləğ əlavə olunmaqla və qeyddə göstərilən ödəniş məbləğinə bölünməklə oluna bilər.

  • Olunmuş ödəmələrin sayından qaytarılmalı ödəmələrin sayı çıx (a – b = c). Fərq gecikdirilmiş ödəmələrin sayını verəcəkdir.

    Nümunə:




    Əsas məbləğ hissəsi




    Ödənilməli faiz hissəsi

    Ödənilmiş faiz hissəsi

    15-Yan

    100




    25

    25

    15-Fev







    25

    25

    15-Mar







    25

    25

    15-Apr

    100




    25

    25

    15-May







    25

    25

    15-İyun







    25

    25

    15-İyul







    25

    25

    15-Avq







    25

    0

    15-Sen







    25

    0

    15-Okt







    25

    0

    15-Noy







    25

    0

    Cəmi ödənilmiş


    200







    175

    Cəmi qaytarılmalı







    275

    100

    Ödəmə tarixi keçmiş aylar







    4



















    275-175=100/25=4 olunmalı ödəmə



Limitsiz kredit və ya kredit xətti gecikdirilmiş kreditlərin hesablanması üçün tətbiq edilən eyni hesablamalardan istifadə edəcəkdir.

Bir ödəniş üçün gecikdirilmiş krediti yuxarıda istifadə olunan metoddan istifadə etməklə hesablamaq olmaz. Bu kredit müqaviləsinə əsaslanmalıdır. Əsas məbləğ və faiz də daxil olmaqla, əgər bir ödəniş ödəmə tarixində olunmalıdırsa, krediti ödəmə müddətindən 30 gün keçmişsə belə bu kredit gecikmiş sayılımır. Əgər kredit üzrə faiz ödəmələri bütün kredit müddəti ödənilmirsə, gecikdirilmənin hesablanması bu faiz ödmələrinin ödənilməməsi tarizindən hesablanır.



  1. Aylıq əsasla idarə heyəti iclasında menecer vaxtında qaytarılmauyan kreditlərin cədvəlindən istifadə etməklə, 30 gündən çox müddətə gecikdirilmiş bütün kreditlər üzrə hesabat verəcəkdir. Menecer həmçinin gecikdirilmiş kreditlər üzrə hər hansı fəaliyyət barədə, olunmuş ödənişlər barədə və ödəniş yönəldilmiş girov və həmçinin yenidən maliyyələşdirilən kredit barədə müzakirə aparmalıdır. Müşahidə Şurası vaxtaşırı idarə heyətinə kreditlərin yığıla bilməməsi səbəbindən balansdan kənar silinməli kreditlər barədə məsləhət verməlidir.

  2. Borcalan tərəfindən ödəmə 10 gündən çox müddətə gecikdiyi halda, ilk toplama xəbərdarlığı (bax əlavə 3) göndərilməli və telefon əlaqəsi və ya borcalan şəxsən baş çəkilməlidir. Həmçinin borcu vaxtında qaytarmayan borcalan üçün toplama kartı (bax Əlavə 6) hazırlanmalıdır. Bu kartın surəti və bütün göndərilən bütün xəbərdarlıqlar borcalanın kredit faylında saxlanılmalıdır. Toplama kartının əsli toplama üzrə fayl sistemində saxlanılmalıdır.

  3. Yiğimla əlaqədar fayl sistemi aşağıdakı kimi tərtib olunur:

  • Ayın hər günü üçün bölüşdürücü olmalıdır və borcalan tərəfindən ödəniş olunacaq gündən əvvəl kart yerləşdirilməlidir. Məsələn - əgər borcalan ayın 20-si ödəməyi söz vermişsə, vəd kartda qeyd edilməli və ayın 20-dən qabaq yerləşdirilməlidir.

  • Gecikdirilmiş kreditlərin yığılması ilə əlqədar bütün hərəkətlər, ödəmə üzrə vədlər, və ya borcalan tərəfindən qeydlər bu kartda qeyd edilməlidir. Bütün bu informasiyanın yazılı şəkildə yerləşdirilməsi hüquqi məqsədlə və həmçinin həm rəsmi şəxsləri, həm də borcalanı gecikdirilmiş kreditlə əlaqədar dediyi və etdiyi bütün şeylər haqqında əsaslandırılması məqsədilə mühümdür.

  • Yığım üzrə 1-ci məktub göndərilir və üzvə ödənişi etməsi üçün maksimum 5 gün verilir, sonra toplama kartı bölüşdürücüdə 5 gün əvvələ yerləşdirilir.

  • Ödəmələrin yığılması üzrə məsul olan şəxsin hər iş günü birinci işi həmin günə ödəniş etməyi söz vermiş bocalanlar ilə əlaqə saxlamaqdır.

  • Əgər ödəniş etməyən borcalan ilə əlaqə saxlanılarkən, o ödəməni edəcəyi barədə yenidən inandırıcı şəkildə və`d edirsə, kart yeni ödəniş tarixinə qoyulmalıdır.

  • Əgər əlaqə saxlanılmayıbsa və ya borcalanın ödəniş edəcəyi güman edilmirsə, onda hüquqi prosesslərə başlanılması və girovun özgəninkiləşdirilməsi, kredit üzrə zəmatənit alınması və ya borcalanı ödəməni etməyə qabil etməsi üçün kredit şərtlərinin dəyişdirilməsi barədə qərarı qəbul edilməlidir. (bax Kreditin verilməsi və Yenidən maliyyələşdirmə).

  1. Daimi və ardıcıl nəzarətin vacibliyi kifayər qədər vurğulanmalıdır. Əgər borcalan vəd etdiyi ödəməni etmirsə, yığan şəxs vəd edilmiş ödəmənin olunmadığı günün ertəsi onunla əlaqə saxlamaqla, gecikdirilmiş ödəməni həll etməyə cəhd etməlidir. Əgər boralanla bu məsələni dərhal həll edilməsə, borcalan vəziyyətin ciddiliyini başa düşməyəcəkdir. Yığan şəxs borcalanlara gecikdirilmiş ödəmələrin onlar üçün gələcəkdə kredit alma imkanlarına təsir edəcəyini qabaqcadan izah etməlidir. Daimi nəzarət həmçinin Kİ-yə olunacaq aylıq ödəmənin digər hər hansı ödəmələr kimi vacib olduğunu vurgulamalıdır.

  2. Ikinci əlaqə (bax Əlavə 4) 20 gündən sonra saxlanılır. Əgər birinci xəbərdarlıqda telefon və ya şəxsi əlaqə saxlanılmayıbsa, onda bu əlaqə ikinci xəbərdarlıqda və ya kreditin ödəmə müddəti 20 gün keçdikdən sonra olunmalıdır.

  3. Üçüncü xəbərdarlıq (bax Əlavə 5) göndərilir və 30 gün müddətində ödəmə olunmadıqda şəxsi əlaqə saxlanılır.

  4. Əgər bu ilkin tədbirlər istənilən nəticəni verməyibsə, Kİ borcu hüquqi prosesslər vasitəsilə əldə edə bilər.

  5. Girovun özgəninkiləşdirilməsi məhkəmə tərəfindən təsdiq edildikdən sonra başlamalıdır. Borcalanı girovu könüllü təhvil verməyə inandırmaq üçün hər bir cəhd olunmalıdır.

  6. Əgər kredit üzrə zaminlik vardırsa, zamin duran şəxs ilə birbaşa borcalanla əlaqə saxlanılan zaman əlaqə saxlanılmalıdır. Onlara borcalana olunan bütün xəbərdarlıqlar və telefon zəngləri olunmalıdır.

  7. Şəxsi əlaqəyə və telefon zənglərinə daha çox üstünlük verilir və adətən kreditin yığılması barədə xəbərdarlığa nisbətən onlar daha səmərəlidir. Krediti vaxtında qaytarmayan borcalan üçün toplama xəbərdarlığını atmaq çox asandır. Şəxsi əlaqə saxlamaqla isə borcalanla aylıq ödəməni vaxtında etməyin əhəmiyyəti müzakirə edilə bilər. Həmçinin borcalan tərəfindən krediti vaxtında qaytarmamağın bəzi səbəbləri (ola bilsin işin itirilməsi) müəyyən edilə bilər. Vəd edilmiş ödəmənin nə zaman olunacağı, ödənişi kimin edəcəyi, ödəmənin məbləği nə qədər olacağı, və onlar ödəməni hansı yollla edəcəyi (məvacib, şəxsi əmanət, dostdan alınmış borc və s) kimi zəruri məlumatlar alına bilər. Əgər şəxsi əlaqə saxlanılmışsa və kredit girovla təmin olunmuşsa, yığan şəxs şərtləri və girovun təxmini dəyərini qiymətləndirə bilər.

  8. Hər zaman Kİ xəbərdar olmaldır ki, avtomatik ödəmələr və ya məvacibdən çıxmalar başa çatmışdır, Kİ dərhal borcalan ilə əlaqə saxlamalıdır. Borcalanın ödəməni necə edəcəyi barədə informasiya alınmalıdır; borcalanın ünvanı, telefon nömrəsi, iş yeri və şəxsi məlumatlar daxil olan informasiyanın doğruluğunu təmin etməlidir.

  9. Yadda saxlayın ki, yığım prosesinin məqsədi nəğd pul ödənişidir. Əgər borcalan Kİ ilə işləmək arzusundadırsa və krediti həqiqətən geri ödəmək istəyirsə, kreditin verilməsi və yenidən maliyyələşmədən istifadə oluna bilər (bax Kreditin Verilməsi və Yenidən maliyyələşmə bölməsi). Heç bir şərt altında kreditin verilməsi və ya yenidən maliyyələşdirmə borcalan krediti geri ödəyə bilmədiyi üçün və ya kredit gecikdirilmiş kreditlər siyahısından silinməsi üçün kredit müddətinin uzadılmasından istifadə oluna bilməz. Eyni zamanda, əgər borcalanın krediti ödəmək niyyətində olmadığı və kreditin daha ödənilməyəcəyi aşkar olunursa, Kİ dərhal məhkəmə prosesinə başlamalıdır ki, girov öz dəyərini itirənə qədər səmərəli şəkildə ona ödəniş yönəltsin. Borcalan tərəfindən Kİ-yə könüllü şəkildə girovun təhvil verilməsi hüquqi prosesslərdən əvvəl olunmalıdır. Adətən könüllü təhvil vermə ucuz başa gəlir. Özgəninkiləşdirmə yerli qanunvericiliyə uyğun şəkildə aparılır.

Gecikdirilmiş kreditlər üzrə hüquqi proses

Əgər borcalan cavab verməyibsə və ya cavab Kİ-ni qane etmirsə, Kİ məsələni Yerli İqtisad Məhkəməsinə çıxarmaqla, məhkəmə qərarı vasitəsilə borcalandan öz kreditlərinin geri ödənilməsini tələb edir.



15. Birinci Addım (Yerli İqtisad Məhkəməsi)


İddiaçı məsələni məhkəməyə çıxarandan sonra 3 ay müddətində məhkəmə qərar qəbul edir.
Məhkəmə qərarı tərəflərə élan edir.
Əgər tərəflər məhkəmə qərarını aldıqdan sonra 1 ay müddətində Apelyasiya Məhkəməsinə müraciət etmirlərsə, məhkəmə qərarı qüvvəyə minir.
Yerli İqtisad Məhkəmənin qərarı icra vərəqi ilə birlikdə icra edilməsi məqsədilə məhkəmə icraçısına 1 ay müddətində göndərilir.
Məhkəmə icraçısı icra vərəqini aldıqdan sonra 2 ay müddətində Məhkəmənin tələblərini icra etməlidir.
Məhkəmə icraçısı əmtəə birjasında açıq hərrac təşkil etməklə 2 ay müddətində girov qoyulmuş əmlakı satır.

16. İkinci Addım (Apelyasiya Məhkəməsi)


Əgər tərəflər məhkəmə qərarını aldıqdan sonra 1 ay müddətində Apelyasiya Məhkəməsinə müraciət edirlərsə, Apelyasiya Məhkəməsi 2 ay müddətində mövzu üzrə qərar qəbul edəcəkdir.
Apelyasiya Məhkəməsinin qərarı məhkəmədə qəbul olunan zamandan qüvvəyə minir.
Apelyasiya Məhkəməsinin qərarı icra vərəqi ilə birlikdə 1 ay müddətində məhkəmə icraçısına göndərirlir.
Məhkəmə icraçısı icra vərəqini aldıqdan sonra 2 ay müddətində Məhkəməınin tələblərini icra etməlidir.
Məhkəmə icraçısı əmtəə birjasında açıq hərrac təşkil etməklə 2 ay müddətində girov qoyuluş əmlakın satışını təşkil edir.

17. Üçüncü Addım (Ali Məhkəmə)


Əgər tərəflər Apelyasiya Məhkəməsinin qərarı ilə razı deyillərsə, onda tərəflər 3 ay müddətində məsələni Ali Məhkəməyə çıxarır. Ali Məhkəmə vəziyyət ilə məşğul olarkən, Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş borcların yığılması prosesi davam edir.
Ali Məhkəmə Apelyasiya Məhkəməsinin qərarını Apelyasiya Məhkəməsinə yenidən baxılması üçün geri göndərir.
Əgər tərəflər Ali Məhkəmənin qərarı ilə razı deyillərsə, onda onlar 2 ay müddətində Ali Məhkəmənin Plenumuna müraciət edə bilərlər.

18. Beşinci Addım (Ali Məhkəmənin Plenimu)


Ali Məhkəmənin Plenimunun qərarı son qərardır.

Əlavə 2


YIĞIM ÜZRƏ DAXİLİ NƏZARƏT

Kiçik Kİ-lərdə məhdud sayda işçi olması səbəbindən sağlam daxili nəzarətə malik olmaq çox zaman çətindir. Mümkün halda dələduzluq və qeyri qanuni fəaliyyətlər üçün imkanları məhdudlaşdırmaq vacibdir. Bunu yadda saxlamaqla, yuxarıda göstərilən siyasətlər və prosedurlar ilə birlikdə aşağıdakı daxili nəzarət təklif edilir:



  1. Krediti təsdiqləyən və ya paylayan şəxslər kreditin yığılması sahələrində işləməməlidir.

  2. Mümkün halda, krediti yığan şəxslərin nəğd pula çıxışı olmamalıdır.

  3. Bütün işçilər gecikdirilmiş kreditlər üzrə hesablardan xəbərdar olmalıdır ki, üzv kredit ittifaqına gələrkən krediti gecikdirən üzvlər ilə geri ödəmə barədə müzakirələrdə iştirak etsin.

  4. Idarə Heyəti vaxtaşırı gecikdirilmiş kredit hesabatından kreditlərin necə silinməsini müəyyən etməlidir. Gecikdirilmiş kredit siyahısından kreditlərin silinməsinin yalnız 3 yolu vardır:

  • Üzv krediti cari ödəyir;

  • Kredit itkilərin təmin edilməsi hesabına silir; və ya

  • Kreditin müddəti yenidən maliyyələşdirilir və ya kredit uzadılır və ya kredit qaytarma tarixləri yenidən dəyişdirilir.

Idarəetmə və rəsmi nümayəndələr təmin etməlidir ki, kredit ödəmə tarixini yenidən dəyişdirilməsi Kİ-nin krediti gecikdirmə səviyyəsini aşağı salmaq məqsədilə olunmasın.

Əlavə 3


YIĞIM ÜZRƏ XƏBƏRDARLIQ #1

Borcalan aylıq ödəməni 10 gün gecikdirdikdə onlarla şəxsi, telefon vasitəsilə və ya yazılı əlaqə saxlanılır. Toplama barədə ilk xəbərdarlıq dostcasına olunmalıdır ki, çox güman ki, onlar ödəməni etməyi yaddan çıxarıblar və aylıq ödəməni etməkdə elə bir problem yoxdur. Ödəməni tələb edən birinci xəbərdarlıq alındıqıdan sonra 5 gündən çox olmayarq ödəniş olunmalıdır.

TARİX _________________

Hörmətli___________________,

Biz sizin ______________ 20_____tarixinə qaytarılmalı ______________nömrəli kredit üzrə _____________(məbləğ) ödənişi almamışıq. Biz ümid edirik ki, bu nəzərinizdən qaçıb və bu xəbərdarlıq tarixindən 5 gün gec olamayaraq, ödəmənin bügün olunmasını qiymətləndirərdik. Xahiş edirik ki, ödəməni bu gün ofisə gətirin.

Əgər sizin kredit ödənişinin olunmasında probleminiz varsa, bizim ofisimizlə əlaqə saxlayın və biz sizə krediti vaxtında qaytarmanız üçün necə kömək edə biləcəyimizi müzakirə edək.

Yadda saxlayın ki, ödəniş olunma tarixindən sonra (7 gün təklif olunur) ___________ tarixinə ödəniş olunmazsa, ______________ (məbləğ) gecikdirilmə haqqı mövcüddür. Bu haqq əsas məbləğ və ona hesablanmış faizə əlavə olaraq ödənilir.

Hörmətlə,



Əlavə 4


YIĞIM ÜZRƏ XƏBƏRDARLIQ #2

20 gün ərzində ödəniş olunmayıbsa, ikinci xəbərdarlıq göndərilir və/və ya borcalanla şəxsi və ya telefon əlaqəsi saxlanılır. Bu xəbərdarlıq daha ciddi şəkildə olunmalıdır. Bu xatırlatma borcalanı xəbərdarlıq tarixindən 5 gün gec olamayaraq, dərhal ödəməni etməyi və krediti vaxtında qaytarmağa səbəb olan problemi müzakirə etmək və işgüzar həll və ya ödəmə cədvəli yaratmaq məqsədilə Kİ ilə əlaqə saxlamağı tələb edir.

TARİX _____________________

Hörmətli ______________________,

Biz sizin ______________ 20_____tarixinə qaytarılmalı ______________nömrəli kredit üzrə _____________(məbləğ) ödənişi hələ də almamışıq. Xahiş edirik ki, ödəməni bu gün, amma, xəbərdarlıq tarixindən 5 gün gec olamayaraq ofisə gətirin.

Ödənişi gecikdirməklə, siz təmamilə Kİ-də kredit alma reytinqinə təsir edirsiniz. Gecikdirilmiş ödəmələr gələcəkdə kredit alınmasında problemlərə səbəb ola bilər.

1-ci xəbərdarlıqda qeyd edildiyi kimi, əgər sizin kredit ödənişinin olunmasında probleminiz varsa, bizim ofisimizlə əlaqə saxlayın və biz sizə krediti vaxtında qaytarmanız üçün necə kömək edə biləcəyimizi müzakirə edək. Əgər ofislə əlaqə saxlamasanız, onda elə güman edilir ki, bu problemi həll etmək üçün siz Kİ ilə işləmək istəmirsiniz və bu da bizi daha ciddi tədbirlət görməyə məcbur edəcəkdir.

Mənimlə ___________________________ saatlar ərzində _________________ (telefon nömrəsi) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Yadda saxlayın ki, ödəniş olunma tarixindən sonra (7 gün təklif olunur) ___________ tarixinə ödəniş olunmazsa, ______________ (məbləğ) gecikdirilmə haqqı mövcüddür. Bu haqq əsas məbləğ və ona hesablanmış faizə əlavə olaraq ödənilir.

Hörmətlə,


Əlavə 5


YIĞIM ÜZRƏ XƏBƏRDARLIQ #3

30 gün ərzində ödəniş olunmayıbsa, üçüncü xəbərdarlıq göndərilir və/və ya borcalanla şəxsi və ya telefon əlaqəsi saxlanılır. Bu xəbərdarlıqda zamin duran şəxsdən ödəməni etməsi tələb olunacağı və ya kreditin yığılması üçün hüquqi prosesə müraciət olunacağı və girovun özgəninkiləşdiriləcəyi qeyd edilir. Girov öz dəyərini itirənə qədər Kİ özgəninkiləşdirmə prosesinə başlayacaqdır.

Yadda saxla ki, Kİ üçün xəbərdarlıqda nə deyildiyi və ya üzvün bunlara əhəmiyyət verməməsi ilə bağlı məsələləri nəzərdən keçirməsi çox mühümdür.

TARİX ____________________

Hörmətli _____________________,

Sizin ______________ 20_____tarixinə qaytarılmalı ______________nömrəli kredit üzrə _____________(məbləğ) ödənişi hələ də alınmamışdır. Əgər biz sizdən _________________ (xəbərdarlıq alma tarixindən sonra 5 gün – təklif olunur) tarixinə qədər məlumat almasaq, biz sizin son borc hesabınızı kompensasiya etmək məqsədilə bütün mümkün hüquqi tədbirlərə müraciət edəcəyik.

Biz sizə əhəmiyyət vermədiyiniz ödənişi etməni tələb edən 2 xəbərdarlıq göndərmişik. İndi sizin kreditniz 30 gün gecikmişdir. Bu çox ciddi şəraitdir. Biz daha artıq sizin krediti gecikdirmənizə imkan verə bilmərik. Krediti qaytarmamaqla, siz özünüzün kredit reytinqinə ziyan vurmaqla, digər üzvlərə də kredit almaqda çətinlik yaradırsınız, belə ki, əlavə kreditlər üçün vəsait toplanılımır və siz Kİ-yə əməliyyat xərclərini qarşılamağı çətinləşdirirsiz. Kredit almaq üstün cəhətdir. Əgər siz bu krediti gecikdirsəniz və problemi dərhal həll etməsəniz, gələcəkdə kredit almaq çətin olacaqdır.

Siz ___________, 20___ tarixinə qədər bu problemi həll etməlisiniz.

Mənimlə ___________________________ saatlar ərzində _________________ (telefon nömrəsi) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Ödəniş olunma tarixindən sonra (7 gün təklif olunur) ___________ tarixinə ödəniş olunmazsa, ______________ (məbləğ) gecikdirilmə haqqı mövcüddür. Bu haqq əsas məbləğ və ona hesablanmış faizə əlavə olaraq ödənilir.

Hörmətlə,

Əlavə 6


KREDİTİ GECİKDİRMİŞ BORCALANIN YIĞIM KARTI
Üzvün adı____________________________________________________ Üzvün Nömrəsi___________________

Ünvanı_______________________________________________________ Zamin duran şəxsin adı_____________________________________________

Telefon nömrəsi________________________________________________ Zamin duran şəxsin hesab nömrəsi____________________________________

İş Yeri ____________________________________________________ Zamin duran şəxsin ünvanı__________________________________________

İş Ünvanı ______________________________________________ Zamin duran şəxsin telefon nömrəsi___________________________________

İş Telefonu ___________________________________________________ Zamin duran şəxsin iş yeri__________________________________________

Kreditin ilkin məbləği____________________________________________ İş yerinin ünvanı__________________________________________________

Kredit Təyinatı__________________________________________________ İş Yerinin Telefon Nömrəsi_________________________________________

Kreditin ilkin geri ödəmə müddəti (tarix)______________________________ İlkin Kredit Müddəti (aylarla)________________________________

Ödənişlərin tezliyi__________________________________

Kreditin ödəniş Forması (əmək haqqından tutularaq, nəğd pul)______________ Girovun Təsviri__________________________________________________

Qeydlər_________________________________________________________ Girovun Dəyəri__________________________________________________

________________________________________________________________ Girovun Yeri____________________________________________________

________________________________________________________________ Girov Şərtləri____________________________________________________

________________________________________________________________ İlkin kredit müqaviləsində olunmuş hər hansı modifikasiya__________________

________________________________________________________________ ________________________________________________________________



YIĞIMDAKI TƏRƏQQİ VƏ İNFORMASİYA

Yığım Tarixi Yığım tədbirinin növü Aparılan Yığım tədbirinin nəticəsi Növbəti Tədbir Tarixi və hər hansı qeyd

_________________________ ______________________________ _________________________ __________________­­­­­­_________________

_________________________ ______________________________ _________________________ __________________­­­­­­_________________



_________________________ ______________________________ _________________________ __________________­­­­­­_________________

Əlavə 7.





______________________________tarixinə Gecikdirilmiş Kreditlər üzrə Cədvəl.


































Borcalanın adı

 

Kredit tarixi

Kreditin ilkin məbləği

Gecikdirilmiş aylar

1-dən 2-yə

Gecikdirilmiş aylar

2-dən 3-ə

Gecikdirilmiş aylar

3-dən 6-ya

Gecikdirilmiş aylar

6-dan 12-yə

> 12

gecikmiş ay

Son ödəniş tarixi

Son ödəniş məbləği


Kreditə təminat kimi veriləcək girovun növləri daxil olmaqla qeydlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 116,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin