Nöqtələr
◘Ərəb dili qrammatikasında “ifal” babının mənalarından biri "aradan götürülmə"dir. Məsələn, lallıq mənasını verən “ucmə” sözü “ifal” babında “icam” olur. Bu söz lallığın aradan getməsini bildirir. Bu ayədəki “yutiqunə” sözü də güc-qüvvənin götrülməsini bildirir.
◘Allah əmrinə təslimçilik bir dəyərdir. Əgər oruc tutmaq əmr olunursa oruc tutmalıyıq, əgər iftar etmək hökm olunursa orucumuzu açmalıyıq.
“Məcməul-bəyanda” nəql olunur: Peyğəmbərin səhabələrindən bir dəstəsi hətta səfərdə də oruc tutur və öz oruclarını açmaq istəmirdilər. Həzrət Peyğəmbər (s) onları günahda suçladı. İmam Sadiq (ə) buyurmuşdur: “Əgər bir şəxs səfərdə oruc tutsa, mən onun cənazəsinə namaz qılmaram.” “Təfsiri-Qurtubi”də də nəql olunmuşdur ki, həzrət Peyğəmbər (s) Ramazan ayı Mədinədən Məkkəyə səfər edərkən yolda su istədi. O, su qabını əlinə götürdü ki, xalq bunu görsün. Hamı bunu müşahidə etdikdən sonra həzrət su içdi.
İstənilən halda müsafir və ya xəstə insan oruc tutarsa, bu oruc batildir və onun qəzasını yerinə yetirmək lazımdır.1 İmam Sadiq (ə) buyurmuşdur: “Hətta körpəsinin süd əmməsindən və ya bətnindəki körpədən nigaran olarsa, orucunu iftar etməlidir. Bu, Allahın lütf nişanəsidir.”2
Dostları ilə paylaş: |