Bildirişlər
1. İslamın istənilən bir şəraitdə, istənilən bir fərd üçün münasib qanunları var. Bu ayədə müsafirlərin, xəstələrin və qocaların hökmü bəyan olunmuşdur.
2. Şərait hökmün, təsirlərin və mənafelərin fəlsəfəsini biryolluq aradan aparmamalıdır. Əgər xəstə və ya müsafir şəxs bir şəraitdə oruc tuta bilmirsə, başqa bir vaxt həmin orucun qəzasını yerinə yetirməlidir. Orucun faydasından biryolluq məhrum qalmaq olmaz.
3. Səfər məqsədi öz-özlüyündə oruca mane olmur. Orucu pozmaq üçün səfərə çıxmaq zəruridir.
4. Orucun qəzalarının xüsusi vaxtı yoxdur.
5. Qüvvə vəzifə şərtidir.
6. Fəqirlərin yedirdilməsi əhkam mətnində yerləşdirilmişdir.
7. Yalnız həvəslə yerinə yetirilən ibadətlər inkişaf və Allaha yaxınlıq səbəbidir.
8. İlahi göstərişlər ən aşağı hədləri hamıya vacib etmişdir. Yuxarı dərəcələr isə insanın öz ixtiyarındadır. Ayədə bir acı doyurmaq vacib, birdən artığını yedirtmək isə müstəhəb əməl ünvanı ilə insanın ixtiyarında qoyulmuşdur.
9. İlahi göstərişlərin yerinə yetirilməsinin Allaha yox, insana aid müsbət təsirləri var.
185. ﴿شَهْرُ رَمَضَانَ الَّذِيَ أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِّنَ الْهُدَى وَالْفُرْقَانِ فَمَن شَهِدَ مِنكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَمَن كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَرَ يُرِيدُ اللّهُ بِكُمُ الْيُسْرَ وَلاَ يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُواْ الْعِدَّةَ وَلِتُكَبِّرُواْ اللّهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ﴾
“Ramazan ayı bir aydır ki, Quran onda nazil olmuşdur. (Quran) aşkar dəlillərlə xalqı hidayət edən və haqqı batildən ayıran vasitədir. Sizlərdən hər kəs bu aya yetişsə oruc tutmalıdır. Xəstə və ya səfərdə olan şəxs başqa günləri həmin sayda oruc tutsun. Allah sizin üçün çətinlik yox, asanlıq istəyir. (Orucun qəzası) onun üçündür ki, müəyyən olmuş günlərin sayını tamlaşdırasınız və sizi hidayət etdiyi üçün Allahı yada salasınız. Bəlkə şükür edən olasınız.”
Dostları ilə paylaş: |