gMənfəət müəssisələrin və digər təsərrüfat subyektlərinin təsərrüfat və maliyyə fəaliyyətinin nəticəsini əks etdirən ən vacib iqtisadi kateqoriyalardan biri kimi hesab edilir.Respublikamızın vergi sisteminin əsas elementlərindən biri kimi sayılır.
Bazar münasibətlərində ən vacib kateqoriya kimi mənfəətin bir sıra fünksiyaları vardır. Bunlar mənfəətin iqtisadi məzmunu və fünksiyaları əsasında izah olunur. Mənfəət, müəssisə və təsərüffat təşkilatlarının səmərəli fəaliyyətinin nəticəsi və əsas göstəricisi kimi rol oynayır.Yəni, müəssisənin mənfəəti onun işinin səmərəli olmasını əks etdirir. Müəssisə üçün mənfətin dərəcəliyi mühüm əhəmiyyət kəsb eden itisadi göstəeicilərdən sayılır. Müəssisə və təsərrüfat təşkilatlarının mənfəət əldə etməsi onun mülkiyyətçilərinin və ya təsisçilərinin əsas məqsədlərindən biri kimi hesab edilir. Kəmiyyətcə mənfəət bir neçə amildən aslıdır.
Mənfəət həmçinin stimullaşdırıcı fünksiyanıda yerinə yetirir.Müəssisənin mənfəəti təsərrüfat maliyyə fəaliyyətinin son nəticəsi olmaqla, bazar təsərrüfatının həlledici rolu qismində çıxış edir. Onun məqsədi müəssisənin səmərəli fəaliyyətini təmin etmək və sosial mədəni ehtiyaclarını ödəməyə xidmət edir. Mənfəət həm də iqtisadiyyatı inkişaf etdirmək və büdcəyə vergi ödəməsini təmin etməkdən ibarət olan əsas iqtisadi mənbə hesab edilir.
Mənfəət müəssisənin xüsusi kapitalının artırılmasının əsas və vacib amilərindən hesab olunur. Bazar münasibətləri şəraitində müəssisənin sərəncamında qalan mənfəət hesabına investisiya qoyuluşları və divident siyasətini, müəssisənin inkişaf prespektivini müəyyən eden amilərdən hesab olunur.
Bazar iqtisadiyyatı mənffətin müəssisənin istehsal fondlarının və əmtəəlik məhsullarının əsas yeniləşdirilməsinin hərəkətverici qüvvəsi hesab edilir və mənffət müəssisədə istehsal amilərrinin əsasını təşkil edir.
Mənfəət müəssisə kollektivinin sosial rifahı mənbəyi kimi çıxış edir. Müəssisənin zəruri öhdəlikləri yerinə yetirildikfən sonra müəssisə sərancamında qalan mənfəət hesabına işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını və sosial-mədəni tədbirlərinin həyata keçirilməsini təmin edir.
Mənfəət dövlətin büdcəsinin gəlirlərinin təşkili forması kimi çıxış edir, mənfəətdən dövlət bücəsinə vergi ödənilməsi nəticəsində formalaşan büdcə qanunvericilik əsasında büdcə xərclərinin ödənilməsinə yönləndirili.
Ümumiyyətlə, müəssisənin fəaliyyət məqsədi onun mülkiyyətini maksimum hədə çatdırmaq, mənfəətin maksimum hədə artırmaq, sosoal ehtiyacları maksimum ödəmək, idarəetmə üzrə maksimum mükafat almaq yönümlü sistemdən ibarətdir.
Mənfəəti daha aydın təsəvvür etmək onun yerinə yetirdiyi fünksiyalara əsas diqqətin verilməsindən ibarətdir. Mənfəət fiskal, stimullaşdırıcı fəaliyyətin nəticəsinin qiymətləndirilməsi, təkmiləşdirilməsi və s. fünksiyalarını yerinə yetirmiş olur.
Müəssisənin mənfəəti dedikdə, onun iqtisadi və sosial inkşafının əsas amiləri nəzərdə tutulur. Buda sahibkarlıq fəaliyyətinin məqsədlərindən meydana çıxan amilərdir.Mənffətin iqtisadi mahiyyəti öyrənərkən həmçinin qeyd etmək lazımdır ki, ayrı-ayrı təsərrüfat subyektlərinin mənfəətinin səmərəliliyini yüksəltmək hesabına deyil, məhsulun heç bir əsas olmadan qiymətinin yüksədilməsi hesabına artmağa cəhd göstərirlər.
Mənfəətin artırılması iqtisadi və sosial inkişafın əsas məqsədlərindən biri kimi hesab edilir və mənfəətin artırılması müəssisənin əsas vəzifəsidir. Müəssisə bu vəzifənin yerinə yetirilməsi üçün təsərrüfat fəaliyyətini maksimum səmərə ilə qurmağa yönəlməlidir. Müasir şəraitdə ölkədə mənffətli işləyən müəssisələrin sayının arması nəticəsində müəssisələrin iqtisadi-sosial inkişafı güclənir və büdcə gəlirlərinin formalaşmasında mənfəətin rolu getdikcə artmaqda davam edir.
Bazar iqtisadiyyatlı ölkələrdə müəssisənin uçot və hesabat sistemi müəssisənin maliyyə vəziyyətini əks etdirən iki toplu və əsas sənəd üzərində qurulur və tətbiq edili. Bunlara birinci olaraq konkret vaxt anında, və hesabat dövrünün sonunda müəssisənin aktiv və pasivləri göstərilən balansdır. İkinci sənəd balansın tərtib edildiyi iki tarix arasında müəyyən dövr ərzində onun gəlirlərini və xərclərini əks etdirən mənfəət və zərər hesabatının əsas prinsiplərindən biri kimi hesab edilir.
Vergi ödəyicisi vergi tutulan mənfəətin dəqiq müəyyənləşdirməsi üçün ən başlıca məqsədi kimi gəlir və xərclərin uçotunu aparmalıdır. Vergi uçotu iki metodla aparılır, kassa metodu və ya hesablama metodula. Müəssisə və təşkilatların mənffət vergisi dövlət iqtisadiyyatının inkişafına fəal təsir göstərən amilərdəndir. Kassa metodu ilə aparılan vergi vergi ödəyicisi gəlir əldə edəndə və gəlir onun sərancamına verilən zaman nəzərə almalı və gəlirdən öz xərclərini bu xərclər çəkildiyi zaman çımalıdır. Hesablama metodu ilə aparılan uçot gəlirin əldə edilməsinin və xərcin çəkilmə müddətindən aslı olmayaraq gəlir əldə etmə hüququnun əldə etdiyi və ya xərcin çəkildiyi barədə öhdəliyin yaranması vaxtı nəzərə alınır.
Dostları ilə paylaş: |