Bildirişlər
1. Allahın hüzuru və elminə iman insanı xətadan uzaqlaşdırır.
2. Allah üçün aşkar və xəlvət eynidir.
78. ﴿وَمِنْهُمْ أُمِّيُّونَ لاَ يَعْلَمُونَ الْكِتَابَ إِلاَّ أَمَانِيَّ وَإِنْ هُمْ إِلاَّ يَظُنُّونَ﴾
“Onlardan (yəhudilərdən) bəziləri Allah kitabını yalnız öz xəyal və arzularından ibarət bilən, dərs oxumamış fərdlərdir. Onlar yalnız öz gümanlarına bağlıdırlar.”
◘İslam peyğəmbərinin nişanələrindən xəbərdar olan, amma haqqı gizləyən keçmiş elimli yəhudilərin əksinə olaraq, avam camaat səmavi kitabdan xəbərsiz idi və arzu-xəyal içində yaşayırdı. Onlar düşünürdülər ki, yəhudilər üstün irqdirlər, həm də Allahın övladları və əzizləridirlər. Onlar heç vəchlə cəhənnəmə gedə bilməz, olsa-olsa bir neçə gün cəzalandırıla bilərlər. (Növbəti ayələrdə uyğun arzular haqqında danışılmışdır.1 (Qeyd)
Dostları ilə paylaş: |