Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə139/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   135   136   137   138   139   140   141   142   ...   484

Bildirişlər


1. Qəsavət və daşqəlblilik ardıcıl inadkarlıq nəticəsində yaranmış ən pis ruhi xəstəlikdir.

2. İlahi ayələrin və lütflərin müşahidəsi nəinki inadkar insanların imanını gücləndirmir, hətta onların qəlbini bir az da daşlaşdırır.

3. Nəslimiz üçün xəcalət olası bir iş görməyək. Əcdadlar daşqəlbli idilər. Amma Allah onların nəslinə belə deyir:

4. Elm öz-özlüyündə, təklikdə nuraniyyət gətirmir. Haqında danışılan qövm bütün möcüzələri görsələr də, yenə qəlbləri yumşalmadı.

5. Qəsavətin, qəlbin bərkliyinin də mərhələləri var.

6. Ən sadə təşbehlə ən dərin maarifi bəyan etmək olar.

7. Tənqid əsaslı olmalıdır. Quran buyurur ki, bəzi qəlblər daşdan da bərkdir. Suyun daş kənarından axması dəlil kimi göstərilir.

8. Cansız aləmin də hansısa səviyyədə şüuru var. Çünki onların qorxusu haqqında danışılır. Çünki qorxu yalnız elmdən doğur. “Fatir” surəsinin iyirmi səkkizinci ayəsində buyurulur: “Allahdan yalnız elmi olanlar qorxar.” Mövləvi öz şerində bu məsələni belə nəzmə çəkmişdir:

Zərrələr söz açır gizli və aşkar,

Gecə-gündüz sənlə danışır onlar.

Deyirlər: eşidib, görüb, duyuruq,

Sizinlə söhbəti yersiz sayırıq.

Var suyun, torpağın, çiçəyin dili,

Bunu eşidəsi bəsirət əhli.

9. Qəsavətin dərmanı ilahi elmə diqqətdir.

10. Qəlbidaşlıq bizim rəftarımıza təsirlidir.

11. Allah bizim bütün işlərimizdən xəbərdardır.
75. ﴿أَفَتَطْمَعُونَ أَن يُؤْمِنُواْ لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِّنْهُمْ يَسْمَعُونَ كَلاَمَ اللّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِن بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ

(Belə ki, ey möminlər!) (İnadkar yəhudilərin) sizin dininizə iman gətirməsi intizarındasınızmı? Hansı ki, onlardan bir dəstəsi Allahın sözlərini eşitdilər, onu anladıqdan sonra bilə-bilə təhrif etdilər.”



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin