Nöqtələr
◘Ayədə yəhudilərə müraciət olunur: Sizin iman gətirməmək məqsədi ilə Məhəmmədin ərəb olduğunu bəhanə gətirməyinizin digər bir dəlili budur ki, Musa sizin qövmdən olan ən üstün peyğəmbər ikən, aydın dəlillərlə və möcüzələrlə gəldiyi bir vaxt bir neçə gecəlik (Tur dağında münacata gedərkən) aranızda olmayanda buzovpərəstliyə üz tutdunuz. Musanın bütün zəhmətlərini bada verib özünüzə zülm etdiniz!
Bildirişlər
1. Düzgün mühakimə yürüdülməsində keçmişin öyrənilməsi faydalıdır.
2. Şirk və cahilliyyətə qayıdış insanın özünə və nəslinə zülmüdür.
93. ﴿وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُواْ مَا آتَيْنَاكُم بِقُوَّةٍ وَاسْمَعُواْ قَالُواْ سَمِعْنَا وَعَصَيْنَا وَأُشْرِبُواْ فِي قُلُوبِهِمُ الْعِجْلَ بِكُفْرِهِمْ قُلْ بِئْسَمَا يَأْمُرُكُمْ بِهِ إِيمَانُكُمْ إِن كُنتُمْ مُّؤْمِنِينَ﴾
“(Xatırlayın,) sizdən əhd aldığımız, Tur dağını sizin üzərinizə qaldırdığımız və “sizə verdiyimiz göstərişləri möhkəm tutun və eşidin” dediyimiz vaxt onlar dedilər: “Eşitdik və itaətsizlik etdik... Öz küfrləri səbəbindən buzovpərəstliyə bağlandılar. De ki, əgər iman iddiasındasınızsa, imanınız sizi pis şeylərə sövq edir.”
Dostları ilə paylaş: |