Nöqtələr
◘Məsihilər ibadət zamanı Beytül-Müqəddəsdə həzrət İsanın doğulduğu məhələ üz tuturdular. Bu yer onların sakin olduğu yerə nəzərən şərqdə yerləşirdi. Yəhudilər isə yaşadıqları yerdən qərbdə yerləşən Beytül-Müqəddəsə üz tuturdular. Amma Kəbə bu iki tərəfin arasında yerləşirdi. Quran bu mövzuya işarə ilə buyurur ki, biz Kəbəni ortada qərar verdiyimiz kimi, siz müsəlmanları da orta ümmət etmişik.
Təfsirçilər bu ayə haqqında müxtəlif fikirlər söyləmişlər. Orta ümmət təbiri haqqında bəziləri deyirlər ki, bu sözün arxasında ifratı və təfriti, cəbri və təfvizi, fərdi və cəmiyyəti əsas götürməyən orta bir ümmət nəzərdə tutulmuşdur.
Amma bəzi müqəddimələrdən aydın olur ki, ayədəki orta ümmət təbiri xüsusi fərdlərə aiddir. Bu müqəddimələrlə tanış olaq:
1. Quran orta ümməti əməllərə şahid kimi tanıtdırır. Onlar qiyamətdə xalqın əməllərinə şahid durmalıdırlar.
2. Şahidlik elmi agahlıq və ədalət tələb edir.
3. Agahlıq və ədalət sifəti hamıda müşahidə olunmur.
Rəvayətlərdə oxuyuruq ki, orta ümmət məsum imamlara işarədir. Əvvəla, onlar bütün işlərdən xəbərdardırlar. Bu məsələyə Quranda işarə olunur.1 (Qeyd)Rəvayətlərə əsasən, xalqın əməllərindən xəbərdar olan möminlər dedikdə məsum imamlar nəzərdə tutulmuşdur. İkincisi, onlar ədalətlidirlər.2 (Qeyd)İsmət (paklıq) və ədalət onları etibarlı etmişdir.
İmam Sadiq (ə) buyurmuşdur: “Necə ola bilər ki, dünya məhkəməsində bir neçə xurma üçün şahidliyə layiq olmayan insanlar qiyamətdə xalqa şahidlik ləyaqəti tapsınlar?” Hər halda, Allah hüzurunda bütün xalqın işlərinə şahidlik yalnız bir qrup insana aid olan xüsusiyyətdir. Rəvayətlərə əsasən, bu zümrə məsum imamlardan ibarətdir.
Sual oluna bilər ki, nə üçün Allah bəzilərinin adını çəkmək əvəzinə ümmət adını çəkir? Sualın cavabında deyə bilərik ki, Quran hətta bir nəfəri də ümmət sayır.3 (Qeyd)
Dostları ilə paylaş: |