Bildirişlər
1.Təbiəti tanımaq Allahı, Onun qüdrətini, hikmətini, birliyini tanımaq üçün allahşünaslıq yollarındandır.
2 Allahın oxşarı yoxdur və O, mürəkkəb tərkibə malik deyildir.
3. Həm təbiət, həm də insanın yaratdıqları ondandır.
4. Varlıq aləmindəki hər bir mövcud Allahın təbiətdəki ayələrindəndir.
Aqilin gözündə yaşıl bir yarpaq, Böyük Yaradandan gətirmiş soraq.
5. Yalnız aqillər varlıq aləminə baxmaqla allahşünaslıq dərsi öyrənirlər.
165. ﴿وَمِنَ النَّاسِ مَن يَتَّخِذُ مِن دُونِ اللّهِ أَندَاداً يُحِبُّونَهُمْ كَحُبِّ اللّهِ وَالَّذِينَ آمَنُواْ أَشَدُّ حُبًّا لِّلّهِ وَلَوْ يَرَى الَّذِينَ ظَلَمُواْ إِذْ يَرَوْنَ الْعَذَابَ أَنَّ الْقُوَّةَ لِلّهِ جَمِيعاً وَأَنَّ اللّهَ شَدِيدُ الْعَذَابِ﴾
“Xalq arasında bəziləri Allahdan qeyri məbudlar seçir və onları Allahı sevməli olduqları qədər sevirlər. Amma iman sahiblərinin Allaha olan eşqləri daha şiddətlidir. (Bütlərə pərəstiş etməklə) zülm edənlər Allahın əzabını müşahidə etdikləri vaxt biləcəklər ki, bütün güclər Allahın əlindədir və Onun əzabı şiddətlidir.”
Dostları ilə paylaş: |