Bildirişlər
1. Küfrdə dayanmaq və ya küfr halında ölmək Allahın rəhmətindən əbədi məhrumluqla müşayiət olunur.
2. Ən əsası insan ömrünün sonudur. Mühüm odur ki, insan dünyadan imanlamı gedəcək, yoxsa imansız?
3. Cəzanın yüngülləşdirilməsi və ya təxirə salınması dünyaya aiddir. Qiyamətdə nə yüngülləşdirmə var, nə də təxir.
163. ﴿وَإِلَـهُكُمْ إِلَهٌ وَاحِدٌ لاَّ إِلَهَ إِلاَّ هُوَ الرَّحْمَنُ الرَّحِيمُ﴾
“Sizin məbudunuz yeganə Allahdır. Ondan başqa məbud yoxdur. O, rəhman və rəhimdir.”
164. ﴿إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ وَالْفُلْكِ الَّتِي تَجْرِي فِي الْبَحْرِ بِمَا يَنفَعُ النَّاسَ وَمَا أَنزَلَ اللّهُ مِنَ السَّمَاء مِن مَّاء فَأَحْيَا بِهِ الأرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٍ وَتَصْرِيفِ الرِّيَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاء وَالأَرْضِ لآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ﴾
“Həqiqətən, göylərin və yerin yaranışında, gecə və gündüzün ardbaard gəlməsində, xalqa xeyir yetirmək üçün dəryada hərəkət edən gəmilərdə, Allahın göydən nazil edib onun vasitəsi ilə ölü torpağı diriltməsində, müxtəlif canlıları onda yaymasında, küləklərin yolunun dəyişməsində, göy və yer arasında bağlı buludlarda düşünən insanlar üçün nişanələr var.”
Dostları ilə paylaş: |