◘Bu ayədə Məkkə müşriklərinin qətl və ixrac əmri verilir, eləcə də, bu işə dəlil olaraq bildirilir ki, onlar illər boyu müsəlmanlara işkəncə vermiş, yurd-yuvalarından didərgin salmışlar. Bu isə qətldən də ağır işkəncədir. Belə ki, müsəlmanlar müşriklərlə mübarizə və savaşda süstlük göstərməməlidirlər.
Sual: Nə üçün işkəncə qətldən ağır sayılır?
Cavab: Qətlə yetirilmiş insan dünya həyatından ayrılıb axirətə qovuşur. İşkəncəyə məruz qalan insan nə axirətə yetişir, nə də dünyadan kam ala bilir.
Bildirişlər
1. Müəyyən məqamlarda düşmənə onun özü kimi cavab vermək və sərtlik göstərmək lazımdır.
2. Ədalətli müdafiə təkcə cəbhə və savaş deyil.
3. Dinlər insanın vətən haqqına malik olmasını qəbul edir.
4. Fitnəkar insan müharibə aparan insan kimidir. Onunla sərt şəkildə rəftar edilməlidir.
5. Hərəm və Məscidül-Həram müqəddəsdir. Müsəlmanların qanı isə daha müqəddəsdir. Burada “əhəmm” və “mühümm” məsələləri bəyan olunmuşdur.
6. Savaşda qabağa düşməli olmadığımız kimi, müqəddəslikləri sındırmaqda da qabağa düşməməlisiniz.
192. ﴿فَإِنِ انتَهَوْاْ فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ﴾
“Əgər əl çəksələr, həqiqətən, Allah bağışlayan və mehribandır.”
Dostları ilə paylaş: |