Bildirişlər
1. Bütün zaman kəsikləri eyni hörmətə malik deyil. Bəzi ayların hörməti xüsusi saxlanılmalıdır.
2. İslamda çıxılmaz vəziyyət yoxdur. İslamın və müsəlmanların qorunması məkan və zamanların hörmətindən öndə gəlir.
3. İslam təcavüz və əziyyət dini deyil. Amma başqalarının əziyyət və təcavüzünü qəbul etmir.
4. Hətta düşmənlərlə də ədalətli rəftar edək.
5. Qanunçuluq sistemi elə tənzimlənməlidir ki, müsəlmanlarda ümidsizlik, kafirlərdə cürət yaratmasın. “Müqabilə be misl”, yəni qarşı tərəfə eyni tərzdə cavab vermək belə bir əsasa malikdir.
6. Hətta savaş zamanı da təqvaya riayət İslamın tərbiyə üsullarındandır.
7. Əgər savaşda ədalət dairəsindən çıxmasaq, ilahi yardımlardan da faydalanacağıq. Elə düşünməyin ki, ədalət və təqva sizin qələbənizi təxirə salar.
195. ﴿وَأَنفِقُواْ فِي سَبِيلِ اللّهِ وَلاَ تُلْقُواْ بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ وَأَحْسِنُوَاْ إِنَّ اللّهَ يُحِبُّ الْمُحْسِنِينَ﴾
“Allah yolunda infaq edin. (İnfaqı tərk etməklə) özünüzü öz əlinizlə həlak etməyin. Yaxşılıq edin ki, Allah yaxşılıq edənləri sevir.”
Dostları ilə paylaş: |