Bildirişlər
1. Dünya və axirət bir-birinə zidd deyil. Bir şərtlə ki, insan həsənə, yaxşılıq ardınca getsin.
2. Hər cürə rifah pislənilmir. Əksinə, gözəl bir həyat bəyənilmişdir.
3. Cəhənnəmin xüsusi hesabı var. Allahdan axirət xeyri istənilsə də, atəşdən nicat tapmaq üçün ayrıca dua edilir. (Məsələn, “Mücir” duasında yetmiş dəfəyə yaxın deyilir: “Pərvərdigara! Bizə cəhənnəm atəşindən nicat ver.”
202. ﴿أُولَـئِكَ لَهُمْ نَصِيبٌ مِّمَّا كَسَبُواْ وَاللّهُ سَرِيعُ الْحِسَابِ﴾
“Onların öz kəsbindən (duasından) bəhrəsi və qisməti var. Allah sürətlə hər kəsin hesabına yetişər.”
Dostları ilə paylaş: |