◘Xalqı tanımaq yollarından biri onların arzuları və duaları ilə tanışlıqdır. Əvvəlki ayədə bir qrup şəxsin istəyi dünyaya aid idi; onlar bunun xeyrini-şərini düşünmürdülər. Bu ayədə isə ikinci qrupun istəyi “həsənədir”. Allahdan həm dünya, həm də axirətdə “həsənə” istənilir. Birinci dəstənin nəzərində əsas dünyadır. İkinci dəstə isə “həsənə” olan və axirətlə sonuclanan dünyanı dəyərli sayır.
Rəvayətlərdə dünya və axirət xeyirlərinin müxtəlif nümunələri sadalanmışdır.2 Həsənə isə bir neçə nümunə ilə məhdudlaşır.
◘Qurani-məciddə 115 dəfə “dünya”, 115 dəfə “axirət” sözləri işlədilmişdir. Bu bir təsadüf deyil. Əlbəttə, belə bir nəticə də çıxarmaq olmaz ki, dünya və axirətin əhəmiyyəti eynidir.
◘Dualarda ümumi məsələlər bəyan olunur. Nə əta etmək isə Allahın öhdəsinə qalır. Biz Allahdan həsənə və səxavət istəyirik. Çünki tərəqqimizin və xeyrimizin nədə olduğunu bilmirik. Bunu Allahın ixtiyarında qoyuruq. İnsan elmi məhdudiyyətlərə, agahlığının olmamasına görə xoşbəxt həyat üçün nəyə ehtiyaclı olduğunu bilmir. Ona görə də tövsiyə olunur ki, Allahdan vasitə yox, işin özünü istəyək. Çünki Allah həmin istəyimizi ağlımıza gəlməyən vasitələrlə gerçəkləşdirə bilər. Məsələn, Allahdan həcc ziyarətinə getmək tövfiqi istəyin. Amma deməyin ki, Pərvərdigara, mənə mal-pul ver ki, Məkkəyə gedim. Allah ağlımıza gəlməyən yollarla bizi məqsədimizə çatdıra bilər.
Dostları ilə paylaş: |