◘Ayədə ata, ana və övlad haqqında “əb” və “ümm” sözləri yox, “valid” və “validə” sözləri işlədilmişdir. Çünki “əb” və “ümm” sözləri əmiyə, müəllimə, zövcənin atasına (qaynataya) şamil olunur. Necə ki, peyğəmbərin arvadları möminlər üçün “validat” yox, “ümmihat” sayılmışdır.
◘Əvvəlki ayələrdə talaq, ərlə arvadın boşanmasından danışıldığı üçün ailədəki övladların da məsələsi aydınlaşdırılmalıdır. Övladlar ata-ana ixtilaflarına qurban verilə bilməz. Bu ayədə analıq hisslərinə diqqətdən, ana südünün əhəmiyyətindən, körpənin südə təbii ehtiyac ölçüsündən və südvermə müddətindən danışılmışdır.
Dostları ilə paylaş: |