Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə89/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   91

Nöqtələr


●Gecə qaranlığının əsəblərin sakitləşməsi, gündüz işığının fəaliyyət üçün əhəmiyyətli olması bu günkü elm tərəfindən sübuta yetirilmiş həqiqətlərdir.1

●Rəcət və məad mövzularının ardınca yuxu və oyaqlıqdan danışılması rəcət və məad mövzularına münasibətdə yaranası təəccübü aradan qaldırmaq məqsədi daşıya bilər. Bəli, rəcət və məad yuxu və oyaqlıq kimidir.

●Gecə Allahın insanlara rəhmət nümunəsi, ilahi hikmət və qüdrət nişanəsidir. Gecənin rolunu görməməzliyə vurmaq ayədəki cahilanə təkzib nümunələrindəndir.

İstirahət, aramlıq vasitələri


●Quranda bəzi işlər istirahət və aramlıq vasitəsi kimi tanıtdırılır. O cümlədən: Allah zikri1; qeybi yardımlar2; müqəddəs əsər və əşyalar3; ilahi övliyaların təşviqi4; sığınacaq və ev5; həyat yoldaşı6; gecə7.

Qeyd etməliyik ki, Quranın nazil edilməsi, Peyğəmbərin (s) meracı gecəyə təsadüf edir. Gecə dua və münacat vaxtıdır. Amma bəzi azğınlar gecə nemətindən sui-istifadə edib günaha batırlar.

Hazırkı əsrdə aramlıq üçün başqa ünvanlara müraciət olunur. Buna görə də nəticə əldə edilmir. Bu gün dünya texnoloji tərəqqiyə, silahlanmaya, var-dövlətə, gücə, diplomatik rabitələrə üz gətirmişdir. Mənəviyyat itirildiyindən aramlıqdan soraq yoxdur. Bir çoxları narkotik maddələrə, şəraba, eyş-işrətə aludə olmuşlar. Həqiqəti anlamaq üçün dünyada baş verən cinayətlərin statistikası ilə tanış olmaq yetər.

Bildirişlər


1. Zülmkarlara hökmən əzab veriləcək.

2. Zülmkarlara öncədən ilahi əzab vəd olunmuşdur.

3. Bədbəxtliklərin səbəbkarı insan özüdür.

4. Peyğəmbərlərin həyati əhəmiyyət daşıyan xəbərdarlıqlarının təkzibi insanın özünə qarşı zülmüdür.

5. Qiyamət günü zülmmkarın danışmağa sözü yoxdur.

6. Gecə və gündüzün dəyişməsindən ibrət götürməyənlər məzəmmətə layiqdirlər. Quranın tənqidləri daha çox qəflətdə yaşayanlara ünvanlanıb.

7. Varlıq aləmindəki nizam bəşəriyyətin ehtiyaclarına uyğundur. Bu uyğunluq hikmət sahibi və yeganə Rəbbin varlığını göstərir.

8. Həyat proqramlarınızda gecəni istirahət üçün ayırın.

9. İman və dini təfəkkürün rolu budur ki, yaranışı mənalı və məqsədli bilir, qüdrət və hikmət nişanəsi sayır.

10. İstirahət iş və səy üçün müqəddimə olmalıdır. Gündüzün işığı iş üçündür.8 İnsan bu işıq vasitəsi ilə Rəbbinin fəzlini soraqlamalıdır.

11. Yalnız iman əhli ilahi ayələrdən ibrət götürür.

Ayə 87:


﴿وَيَوْمَ يُنفَخُ فِي الصُّورِ فَفَزِعَ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ إِلَّا مَن شَاء اللَّهُ وَكُلٌّ أَتَوْهُ دَاخِرِينَ﴾

(Yada sal) o gün ki, sur üfürülər, göylərdə və yerdə Allahın istədiyindən savay hər kəs qorxuya düşər. Hamı müti halda Onun yanına gələr.



Nöqtələr


●“Daxirin” sözü zillət və kiçiklik mənasını bildirir.

●Quranda iki “sur üfürülməsindən” danışılır: hamının ölümünə səbəb olan üfürülmə və hamının dirilməsinə səbəb olan üfürülmə. Bu mövzuya “Zumər” surəsinin 68-ci ayəsində toxunulur: «Sur üfürülər, səmada və yerdə olan bütün mövcudlar ölər. Yalnız Allahın istədiyi kəslər istisnadır. Sonra yenidən sur üfürülər, dərhal bütün məxluq ayağa qalxıb hesab saatını gözləyər.»

Ayədə həm birinci, həm ikinci, həm də hər iki sur üfürülməsi nəzərdə tutula bilər.

●Rəvayətdə oxuyuruq: “Suru üfürmək İsrafil adlı mələyə tapşırılıb. “Ümmü-Davud” duasında İsrafilin adı qeyd olunur.1

●Qiyamətin başlanğıcından dəhşətə gələnlər növbəti iki ayədə tanıtdırılırlar. “Ənbiya” surəsinin 103-cü ayəsində bildirilir ki, həmin günün böyük fəryadı onları məhzun edər.

Bildirişlər


1. Varlıq nizamının dağılması, insanların ölümü və Qiyamətin başlanması dəhşətli bir səsin yaranması ilə baş verər.

2. Göylərdə diri və məsul mövcudlar var. Həşr və Qiyamət bu mövcudlara da aiddir.

3. Qiyamətdə hamı daxilən bir kiçiklik hiss edər.

Ayə 88:


﴿وَتَرَى الْجِبَالَ تَحْسَبُهَا جَامِدَةً وَهِيَ تَمُرُّ مَرَّ السَّحَابِ صُنْعَ اللَّهِ الَّذِي أَتْقَنَ كُلَّ شَيْءٍ إِنَّهُ خَبِيرٌ بِمَا تَفْعَلُونَ﴾

Dağları görər və zənn edərsən ki, hərəkətsizdirlər. Halbuki onlar buludlar tək hərəkətdədir. Hər şeyi diqqətlə nizamlamaq Allahın sənətidir. O, gördüyünüz bütün işlərdən xəbərdardır.”



Nöqtələr


●“Sənət” sözündən olan “sünə” sözü elm, diqqət və məharət əsasında görülmüş iş mənasını bildirir.

●Yer kürəsinin hərəkəti haqqında ilk dəfə italyan alimi Qaliley və polyak alimi Kopernik məlumat vermişdir. Bu hadisələr miladın 16-17-ci əsrlərinə təsadüf edir. Qaliley kilsənin təzyiqləri altında tövbə edib öz iddialarından əl çəkdi. Quran isə Qalileydən 1000 il əvvəl bir çox ayələrində yerin hərəkəti haqqında xəbər vermişdi.2

Bəzi təfsirçilər dağların hərəkəti dedikdə, sur üfürülməsindən sonra onların dağılmasının nəzərdə tutulduğunu bildirirlər. Onlar belə bir mənaya əsasən ayədən digər nəticələr də çıxarırlar.3

Bildirişlər


1. Kainat hərəkətdədir. Hətta tərpənməz görünən dağlar da hərəkət edir.

2. Dağların hərəkəti haqqında verilən məlumatlar Quranın elmi möcüzələrindəndir.

3. Dağların hərəkəti yerin hərəkətindən ayrı deyil. Demək, yer də hərəkət edir.

4. Dağlar da buludlar kimi sürətlə hərəkət edir. Belə bir hərəkətlə yerin aram dayanması ilahi nişanələrdəndir.

5. Dağların hərəkəti Allahın hikmətli qüdrət nişanələrindəndir.

6. İlahi dünyagörüşündə hər şey öz yerində möhkəmdir.


Ayə 89:


﴿مَن جَاء بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِّنْهَا وَهُم مِّن فَزَعٍ يَوْمَئِذٍ آمِنُونَ﴾

Yaxşı iş gətirən üçün əməlindən üstün mükafat olacaq. Onlar həmin günün qorxusundan amandadırlar.”



Ayə 90:


﴿وَمَن جَاء بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ﴾

Pis iş gətirən kəs üzü oda başıaşağı buraxılar. (Onlara deyilər:) «Yoxsa sizə gördüyünüz işlərdən artıq cəza verilir?»




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin