Nöqtələr
“Ənam” sözü “nəəm” sözünün cəm forması olub dəvələr mənasını bildirir. Amma bu söz inək və qoyuna da aid edilir. Canlılar mənasını bildirən “dəvabb” sözü dəvə, inək, qoyuna şamil olunsa da, bu heyvanlar xüsusi əhəmiyyət daşıdığından onların adı ayrıca (“ənam”) qeyd edilir.
“Xəşyət” dedikdə təzimlə yanaşı, elm və agahlıqdan qaynaqlanan qorxu nəzərdə tutulur.
İmam Sadiq (ə) buyurur: “Rəftarı sözünü təsdiqləyən insan alimdir.1
Ayədə buyurulur ki, elm insanda Allah qorxusunun yaranmasına səbəb olur. Surənin 28-ci ayəsində bildirilir ki, Allah qorxusu səbəbindən insan peyğəmbərlərin öyüdünü qəbul edir. Belə bir qənaətə gəlirik ki, elm insanı qəflət yuxusundan oyatmalıdır. Əgər bəzi alimlərin haqqı qəbul etmədiyini və bəzi avamların haqqa təslim olduğunu görürüksə, demək, Quran elm dedikdə fərqli bir mənanı nəzərdə tutur. Elm dedikdə həqiqət, nuraniyyət, bəsirət və hikmət mənası anlaşılmalıdır. Təqvasız alimlər Quran güzgüsündə cahildir. Onlar Allahın əzəmətindən, risalət və dünyadakı vəzifələrdən, yaranış məqsədindən, tale və Qiyamətdən qəflətdədirlər.
İmam Rizanın (ə) hərəmi kənarında Əllamə Təbatəbai ilə rastlaşdım. Nəzərinə çatdırdım ki, ilkin təhsil illərində namaz qılarkən ağlayırdım, amma hazırda biliyim artsa da, halım başqadır. Alimlərinin qorxusu ilə bağlı ayəni zikr etdim. O buyurdu: “Sizin əldə etdiyiniz elm məlumat və yaddaşlardan ibarətdir. Əgər həqiqi elm olsaydı, bəndəliyiniz güclənərdi.”
Dostları ilə paylaş: |