Nur təFSİRİ


Dünyaya Quran prizmasından bir baxış



Yüklə 2,21 Mb.
səhifə75/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   71   72   73   74   75   76   77   78   ...   572

Dünyaya Quran prizmasından bir baxış


Qurani-məciddə dünya və dünya həyatı müxtəlif təbirlərlə yad edilir, insanlara diqqətli olmaq tapşırılır. Uyğun təbirləri nəzərdən keçirək: Dünya ötəridir1; dünya oyuncaqdır2; dünya cüzi və əhəmiyyətsizdir3; dünya həyatı aldanış və qəflət səbəbidir4; dünya həyatı kafirlər üçün cilvələnmişdir.5; var-dövlət və övlad dünya zinətidir6; dünya kimsə üçün açılmayan qönçədir7; nə üçün dünyanı axirətə satırsınız8; nə üçün fani və məhdud dünya sizi razı salır9; nə üçün kiçik və ötəri dünya sizi şad edir10; nə üçün dünyanı axirətdən üstün tutursunuz11; nə üçün dünyaya sahib olanlar sizi heyran qoyur12; nə üçün təkcə dünya haqqında düşünürsünüz13; dünyapərəstlər bilmirmi ki, onların yeri cəhənnəmdir14.

Şübhəsiz, bütün bu xəbərdarlıqlar dünyagir insanlara ünvanlanıb. Ayə və rəvayətlərdə ədalət və insaf çərçivəsində dünyadan bəhrələnənlər yox, dünyapərəstlər, axirətini satanlar, qəflətdə qalanlar, məst olanlar, yoxsulların haqqını verməyənlər nəzərdə tutulur. Uyğun məzəmmətlər kamillik sorağınca gedən, axirətdən xəbərsiz qalmayan, məhrumların haqqını ödəyən, dünya işlərində zülmə yol verməyən insanlara aid deyil. İlahi çərçivədən çıxmayan var-dövlət və dünya fəzl və rəhmətdir.


Ayə 61:


﴿أَفَمَن وَعَدْنَاهُ وَعْدًا حَسَنًا فَهُوَ لَاقِيهِ كَمَن مَّتَّعْنَاهُ مَتَاعَ الْحَيَاةِ الدُّنْيَا ثُمَّ هُوَ يَوْمَ الْقِيَامَةِ مِنَ الْمُحْضَرِينَ﴾

Xeyir vəd verdiyimiz və onu görəcək kəs dünya həyatından bəhrə verdiyimiz, sonra Qiyamət günü (cəza üçün) gətiriləcək kəs kimidirmi?!”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin