Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə9/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   5   6   7   8   9   10   11   12   ...   572

Nöqtələr


Ayədəki “minnət” sözü verilən neməti dilə gətirmək yox, böyük və dəyərli nemət mənasını bildirir. Qarşı tərəfi alçaltmaq məqsədi ilə verdiyini dilə gətirmək, şübhəsiz, pis işdir.

Şübhəsiz ki, bir işin gerçəkləşməsi ilə bağlı Allahın qərarı varsa, həmin iş hökmən həyata keçəcək və heç bir maneə onun qarşısını kəsə bilməz. Qurani-kərimdə buyurulur: “Həqiqətən, bir şeyin olmasını istədiyi zaman Allah yalnız “ol” deyər və həmin şey dərhal olar.”1

Bütün nemətlər Allah tərəfindəndirsə də, bəndələr istənilən bir nemətə görə Ona borcludurlarsa da, Allah bir neçə nemət haqqında minnət təbirini işlədir. Görünür, bu nemətlər daha böyük əhəmiyyətə malikdir. İslam, peyğəmbərlik, hidayət (doğru yola yönəlmə), möminlərin hakimiyyəti qeyd olunan nemətlərdəndir.2

Çoxsaylı rəvayətlərdə həzrət Mehdi (ə) və onun dünyanın sonunda hakimiyyəti uyğun ayənin ən yetərli nümunəsi kimi təqdim olunur.3

Zəiflədilmişlərin yer üzünə hakimiyyət məsələsi Quranda müxtəlif təbirlərlə qeyd olunmuşdur:

a) “Allah iman gətirib saleh işlər görənlərə yer üzündə xilafət vəd etmişdir.”4

b) “Qədim sitəmkar qövmləri həlak etdikdən sonra sizi yer üzünə canişin qərar verərik.”5

v) “Saleh bəndələr yer üzünün varisləridir.”6

q) “Biz zəif salınmışları yer üzünün şərq və qərbinə varis edərik.”7

e) “Biz sitəmkarları məhv edər, sonra sizi yer üzünə sakin qərar verərik.”8

Hazırkı ayədə “müstəzəf” deyərkən imperializm tərəfindən zəifliyə sürüklənmişlər nəzərdə tutulur. Belə ki, özü özünü zəifliyə düçar edən insan “müstəzəf” sayılmır.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin