“LOĞMAN” SURƏSİ (31-ci surə, 34 ayə) “Loğman” surəsinin siması
34 ayədən ibarət olan bu surə Məkkədə nazil olmuşdur və onun ayələrində (ümumiyyətlə Quranda) iki yerdə Loğmanın adı çəkildiyindən surə “Loğman” adlandırılmışdır. “Loğman” surəsi “əlif, lam, mim” müqəttəə hərfləri ilə başlamış altı surədən biridir.
“Loğman” surəsindəki mövzuları növbəti şəkildə xülasələşdirmək olar:
1. Bəşəriyyətin hidayətində Quranın əzəmət və əhəmiyyətinin bəyanı;
2. Xeyir iş görənlər və təkəbbürlülər ünvanı ilə insanların bölgüsü, onlardan hər birinin taleyi;
3. Quranda cazibə qanunu və nəbatətdə cütlük kimi bəzi elmi möcüzələrin bəyanı;
4. Loğmanın öz oğluna hikmətli nəsihət və moizələri;
5. Yaranış və məada imanın dəlilləri;
6. Ölüm vaxtı və Qiyamətin bərpası kimi Allaha məxsus elmlərin bəyanı.
﴿بسم الله الرحمن الرحيم﴾
“Rəhman və rəhim Allahın adı ilə”
Dostları ilə paylaş: |