Həkim (hikmət sahibi) Loğmanın siması
“Əl-mizan” təfsirində cənab Loğman haqqında deyilənlərdən bir qismini yada salaq: Əziz Peyğəmbər (s) buyurmuşdur: “Loğman peyğəmbər deyildi. Amma çox düşünən və Allaha gerçəkdən iman gətirmiş bir bəndə idi. O, Allahı sevirdi, Allah da onu. Allah ona hikmət əta etmişdi.” İmam Sadiq (ə) buyurur: “Loğman var-dövlət, gözəllik və ya qohum-əqrəbaya xatir hikmət qazanmamışdı. O, təqvalı, həssas, həyalı və canıyanan bir şəxs idi. İki nəfər arasında dava-dalaş düşdükdə Loğman onları barışdırardı. Loğman alimlərlə ünsiyyətdə çox olar, öz nəfs istəkləri ilə mübarizə aparardı...”3
Loğman uzun ömür sürmüşdü. O həzrət Davudun müasiri olmuş, həzrət Əyyubun yaxınlarından sayılmışdı. Loğmana hikmət, ya da hökm sahibi olmaq ixtiyarı verildikdə o, hikməti seçmişdi. Loğmandan soruşurlar: “Bu məqama necə çatdın?” Loğman deyir: “Əmanətə vəfa qıldım, sədaqətli oldum, mənə aid olmayan işlərlə bağlı susdum.”4 İmam Sadiq (ə) buyurur: “Loğman öz dövrünün səmavi rəhbərini tanımışdır.”5
Allah Loğmana səmavi kitab verməmişsə də, kitab qədər dəyərli hikmət əta etmişdir. Bir gün mövlası Loğmana göstəriş verir ki, qoyunun ən üstün üzvünü ona gətirsin. Loğman qoyunun dilini gətirir. Növbəti gün mövlası Loğmandan ən pis üzvü istəyir. Loğman yenə də dil gətirir. Səbəbini isə belə izah edir: “Əgər dil haqq yolda hərəkət etsə bədənin ən yaxşı üzvü olar. Əks-təqdirdə, bədənin ən pis üzvü dildir.”6
Allahın, Allah rəsulunun, məsum imamların başqalarına nəsihət verərkən Loğmanın sözlərini dilə gətirməsi onun əzəmətini göstərir.
Dostları ilə paylaş: |