Bildirişlər
1. Kafirlər din və müqəddəsliklərin ziddinə təbliğat aparır. Onlar təhqir və məsğərədən başqa bir iş bacarmır.
2. Kafirlər xalqın dinə gəlişinə mane olur, özlərini xalqa rəhbər sayırlar.
3. Kafirlər xalqı dindən uzaqlaşdırmaq üçün dini şəxsiyyətləri və müqəddəslikləri alçaltmağa çalışırlar.
4. Kafirlər xalqı dini əqidələrdən çəkindirmək üçün dini məfhumların hiss üzvləri yox, düşüncə ilə qavranması xüsusiyyətindən istifadə edirlər.
Ayə 8:
﴿أَفْتَرَى عَلَى اللَّهِ كَذِبًا أَم بِهِ جِنَّةٌ بَلِ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ فِي الْعَذَابِ وَالضَّلَالِ الْبَعِيدِ﴾
“Görən o (bilərəkdən) Allaha iftira yaxır, yoxsa dəliliyi var? (Xeyir, belə deyil) axirətə inanmayanlar əzabda və (qurtuluş və haqdan) uzaq bir azğınlıq içindədirlər.”
Dostları ilə paylaş: |